Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 11-də Elşad Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elşad Məmmədqulu oğlu Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin".

Qeyd edək ki, Elşad  Əliyev  hazırda  Naxçıvan  Muxtar Respublikası  Baş nazirinin birinci  müavini  vəzifəsində çalışır.

www.naxcivantv.az