Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Dağlıq Qarabağ münaqişə zonasında davam edən döyüşlər zamanı ölüb.

NUHÇIXAN İnformasiya Agentliyinin erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə siyasətçinin qızı sosial şəbəkədə bildirib.

D.Matevosyan 1995-99-cu illərdə deputat olub. 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanın seçki kampaniyasına rəhbərlik edib. Seçkilərdən sonra baş vermiş iğtişaşlarla əlaqədar 3 il müddətinə azadlıqdan məhrum edilib.

www.naxcivantv.az