Yusif Küseyir oğlu türbəsi bərpa olunub

Naxçıvan qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələri ilə zəngindir.

Muxtar respublika ərazisindəki mağaralar, ilk insan məskənləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr xalqımızın qədim tarixindən soraq verir. Son illər tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov türbədə aparılan bərpa işləri ilə maraqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, Naxçıvan memarlıq abidələri ilə çox zəngindir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılmış, 70-dən artıq abidə bərpa olunub. Bu abidələr içərisində Yusif Küseyir oğlu türbəsi öz orijinal quruluşuna görə xüsusi ilə diqqəti cəlb edir. Abidə qülləvari türbələr sırasına aiddir. Muxtar respublikada tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsi kimi Yusif Küseyir oğlu türbəsi də bərpa olunmuşdur. İsmayıl Hacıyev tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliği sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika ziyalıları adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən diyardır”, - fikrini xatırladaraq deyib: Tariximizi yaşadan abidələrdən biri də 850 il bundan əvvəl memar Əcəmi Naxçıvani tərəfindən tikilmiş, el arasında isə “Atababa günbəzi” kimi tanınan Yusif Küseyir oğlu türbəsidir.

Ali Məclisin Sədri türbənin bərpaçılarına təşəkkürünü bildirərək demişdir: Tarixi abidələri qoruyub saxlamaq onu tikməkdən daha çətindir. Yusif Küseyiroğlu türbəsi tikildiyi dövrdən bugünə qədər qorunub saxlanılıb. Bərpadan sonra isə abidəyə ikinci həyat verilib. Abidələrin pasportlaşdırılması, onların qorunması və bərpası vacib məsələdir. Çünki abidələr xalqımızın daş pasportudur. Tarixi abidələr xalqın neçə yüz il bundan əvvəl hansı mədəniyyətə malik olduğunu təsdiq edir. Ona görə də abidələr qorunmalı, ilkin görkəmi saxlanılmaqla bərpa olunmalı və gələcək nəsillərə çatdırılmalıdır.

“O şəxslər xoşbəxtdirlər ki, onlar əməllərinə və xidmətlərinə görə tarixdə yaşayırlar. Memar Əcəmi Naxçıvani yaratdığı abidə, Yusif Küseyir oğlu isə xalqımıza göstərdiyi xidmətlərlə tarixdə yaşayırlar”, - deyən Ali Məclisin Sədri bildirib ki, abidələrin  bərpası və qorunub saxlanılması xalqın tarixinin yaşadılması deməkdir. Bu gün muxtar respublikada qədim, orta əsrlər və son dövrlərə aid abidələrimiz bərpa olunur.  Lakin təəssüflə deməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri tarixi abidələrimizə təsirsiz qalmamışdır. Həmin dövrdə anbar kimi istifadə olunan Yusif Küseyir oğlu türbəsinin memarlıq quruluşuna ciddi ziyan vurulub. Sonrakı dövrdə abidədə bəzi bərpa işləri aparıldı. Bu gün isə abidə əsaslı şəkildə bərpa olunaraq ikinci həyat verilib. Muxtar respublika ərazisindəki digər abidələrimiz kimi, bu abidə də tədqiq olunmalı, abidə ilə bağlı materiallar toplanılaraq kitab halında nəşr edilməlidir. Çünki abidələrin bərpası ilə yanaşı, həm də onların öyrənilməsi qarşıda duran əsas vəzifədir. Tariximiz həm abidələrdə, həm də yazılı mənbələrdə - kitablarda yaşadılmalıdır.

Sonra abidəyə baxış olub. Tarixi abidələrin bərpası üzrə mütəxəssis, memar Arif Əzizov məlumat verib ki, türbənin bərpasına 2019-cu ilin iyun ayında başlanılmış, ətrafı dəmir beton istinad divarları ilə bərkidilmiş və kərpiclə üzlənib. Türbənin xarici və daxili, həmçinin sərdabə divarlarının aşınan hissələri, həndəsi və nəbati naxışlar ilkin forması saxlanılmaqla bərpa edilmişdir. Abidədə haşiyə, eləcə də qapı üzərindəki kitabə yazıları da bərpa olunmuş, açıq və qızılı rənglərlə boyanıb. Türbənin daxilindəki nəmliyin götürülməsi üçün gümbəz hissədə və üst piramida örtüyündə nəfəsliklər açılıb.

Bildirilib ki, Yusif Küseyir oğlu türbəsi yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülmüşdür. Türbə ölkəmizin qülləvari türbələri içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir. Giriş qapısının baş tərəfindəki kitabədə türbənin hicri təqvimi ilə 557-ci il, yəni 1162-ci ildə Yusif Küseyir oğlunun xatirəsinə inşa edildiyi göstərilmişdir. Abidənin qurşağında Qurani-Kərimin “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb.

Abidənin ətrafı abadlaşdırılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Digər rəsmi xəbərlər

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib - FOTOLAR
Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi - QƏRAR - FOTOLAR
Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək
“İxrac ilinə” mühüm töhfə
Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat
Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub
Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi - FƏRMAN
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub
Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib
Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi - FƏRMAN
Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır
Ali Məclisin Sədri Fərman imzalayıb
Ali Məclisin Sədri Fərman imzalayıb
Tarixi yaşadanları tarix də yaşadacaqdır
Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində
Ali Məclisə yeni şöbə müdiri təyin edildi
Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib
Naxçıvanda yeni meyvə bağları salınıb
Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO
Geriyə
İrəli