Rayonda geniş quruculuq işləri aparılır.

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...”. 

Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda kompleks inkişaf təmin edilibdir. Rayonda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yeni sənaye müəssisələrinin yaradılması, aqrar sahədə islahatların əhatə dairəsinin genişləndirilməsi əhali rifahını yüksəldib, məskunlaşma artıbdır. Aparılan genişmiqyaslı quruculuq işləri, sosial obyektlərin, inzibati binaların və yol infrastrukturunun tikilib istifadəyə verilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, Şərur şəhəri və kəndlər abad yaşayış məntəqələrinə çevriliblər. Bu il də rayon mərkəzində və kəndlərində quruculuq işləri davam etdirilir. 

Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları

istifadəyə verilib

Şərur rayonunda xalqımızın qədim adət-ənənələrinin, milli və mənəvi dəyərlərinin qorunub yaşadılmasına, zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 12-də Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları istifadəyə verilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub. 

Məlumat verilib ki, 3 mərtəbədən ibarət Mərasim evinin birinci mərtəbəsində dini icma sədrinin və müavininin otağı, kəbin otağı, 44 yerlik iclas zalı, kitabxana, təsərrüfat işçiləri üçün otaq və qazanxana vardır. İkinci mərtəbədə qadınlar üçün 168 yerlik mərasim zalı və mətbəx, üçüncü mərtəbədə isə kişilər üçün 168 yerlik mərasim zalı və mətbəx yerləşir. 

Şərur rayon Dini İcmasının sədri Nəsib Novruzov minnətdarlıq edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir, dini-tarixi abidələr bərpa olunur, yeni məscid və mərasim evləri tikilir. Şərur şəhərində yeni mərasim evinin istifadəyə verilməsi sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Bilirik ki, bütün bu tədbirlər rayon sakinlərinin rahatlığı üçündür. Söz veririk ki, qurulub yaradılanları qoruyacaq, gələcək nəsillərə ötürəcəyik. Nəsib Novruzov rayon sakinləri və dindarlar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada mərasim evlərinin tikintisi geniş vüsət almışdır. Bu gün də Şərur şəhərində yeni mərasim evi istifadəyə verilir. Binada yas mərasimlərinin keçirilməsi ilə yanaşı, həm də rayon dini icması üçün lazımi şərait yaradılmışdır. Mərasim evlərinin tikintisi üçün iş adamları və sakinlər tərəfindən göstərilən təşəbbüs dövlət tərəfindən dəstəkənir, şərait yaradılır, köməklik göstərilir. Bütün bunlar da ölkəmizdəki inkişafın, sabitliyin və dövlət-xalq birliyinin nəticəsidir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, dini dəyərlərimiz qorunub saxlanılmalıdır. 

Ali Məclisin Sədri mərasim evinin tikilməsinə təşəbbüs göstərən şəxslərə və bu işdə əməyi olanlara təşəkkür edib. 

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemi çəkilib. 

Digər rəsmi xəbərlər

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib - FOTOLAR
Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi - QƏRAR - FOTOLAR
Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək
“İxrac ilinə” mühüm töhfə
Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat
Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub
Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi - FƏRMAN
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub
Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib
Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi - FƏRMAN
Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır
Ali Məclisin Sədri Fərman imzalayıb
Ali Məclisin Sədri Fərman imzalayıb
Tarixi yaşadanları tarix də yaşadacaqdır
Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində
Ali Məclisə yeni şöbə müdiri təyin edildi
Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib
Naxçıvanda yeni meyvə bağları salınıb
Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO
Geriyə
İrəli