Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür...

Təbiət, ətraf mühit daimi sərvətdir... Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq”. 

Müasir dövrdə insanın təbiətlə qarşılıqlı əlaqəsi və ekoloji məsələlərə münasibəti cəmiyyətin inkişaf səviyyəsini göstərir. Muxtar respublikada bu amil diqqətdə saxlanır. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. İməciliklər zamanı yeni ağacların əkilməsi, təmizlik və səliqə-səhman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Çünki insan sağlamlığının ən mühüm şərtlərindən biri də yaşıllıqların sahəsinin genişləndirilməsidir. Görülən işlərin nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. 

NUHÇIXAN xəbər verir ki, aprelin 4-də muxtar respublikada iməcilik keçirilmiş, yeni meyvə bağları və yaşıllıqlar salınıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarında iməcilik keçirərək 2 hektar sahədə yeni meyvə bağı salıblar. İməclik iştirakçıları əraziyə mindən artıq meyvə və üzüm tingləri əkmiş, təmizlik işləri görüblər. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. 

Bildirilib ki, bu ilin yazında muxtar respublikada 262 hektar sahədə meyvə bağlarının salınması, 109 mindən artıq müxtəlif meyvə tinglərinin əkilməsi nəzərdə tutulub. Bu günə qədər 65 hektar sahədə əkin aparılıb. 

Ali Məclisin Sədri yaz əkini mövsümündə meyvə bağlarının salınmasının davam etdirilməsi və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib. 

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 17 hektardan artıq yeni meyvə bağı və yaşıllıq zolaqları salınmış, 11 min 500 ting əkilib.

Digər rəsmi xəbərlər

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
Qarabürc kənd avtomobil yolu yenidən qurulub
Xidmət mərkəzində 3 sakin işlə təmin olunub
Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb
Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib
Elşad Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verildi - SƏRƏNCAM
"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Geriyə
İrəli