Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini yüksəldib. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamları ilə Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında, həmçinin respublika və şəhər əhəmiyyətli tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqinə başlanıb. 2019-cu ilin dekabr ayından isə Culfa rayonunda icbarı tibbi sığortaya keçidlə bağlı işlərə başlanılıb. Mərkəzi xəstəxanada yenidənqurma işləri görülüb, müasir tibbi avadanlıqlar quraşdırılıb. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılmasına töhfə verir. Bu sahədə tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilib. Ötən dövrdə rayon mərkəzi xəstəxanalarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə, ümumilikdə, 292 adda 462 ən müasir tibbi cihaz və avadanlıq, 25 yeni təcili tibbi yardım avtomobili alınıb. Agentliyin Culfa rayonunda yaradılmış qeydiyyat məntəqəsinin də fəaliyyəti təmin edilib, məlumat bazaları hazırlanıb, icbari tibbi sığortanın tətbiqi məqsədi ilə tibb işçilərinə təlim və seminarlar keçirilib. Samiq Sadıxov icbari tibbi sığortanın tətbiqi sahəsində qarşıya qoyulan vəzifələrin icrasında səylərin daha da artırılacağını bildirib.

Tibb bacısı Nəsibə Hacıyeva Culfa Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından minnətdarlıq edərək deyib: Muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğı göz önündədir. Culfa Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, əhaliyə nümunəvi tibbi xidmətin göstərilməsi üçün hər cür şəraitin yaradılması səhiyyə sahəsinə göstərilən diqqətin bariz nümunəsidir. Tətbiq olunan icbari tibbi sığorta həm kollektiv, həm də əhali tərəfindən məmnunluqla qarşılanır. Nəsibə Hacıyeva yaradılan şəraitdən istifadə edərək əhaliyə hərtərəfli səhiyyə xidməti göstərəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın ən qiymətli sərvəti onun insanlarıdır”, fikrini xatırladaraq deyib: İnsanların sağlamlığının keşiyində durmaq səhiyyə işçilərinin vəzifəsidir. Keyfiyyətli səhiyyə xidməti üçünsə lazımi şərait yaradılmalıdır. Culfa Rayon Mərkəzi Xəstəxanasında görülən işlər onu deməyə əsas verir ki, sakinlərə hərtərəfli tibbi xidmət göstəriləcəkdir. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəxanada 31 adda 57 müasir tibbi avadanlıq və ləvazimat alınaraq quraşdırılmışdır. Yeni avadanlıqlar müayinə və müalicələrin dəqiq aparılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi tibbi heyətin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına və əhalinin keyfiyyətli səhiyyə xidməti ilə təmin olunmasına hesablanmışdır. Culfa rayonunda 47 mindən artıq əhali yaşayır. Əhaliyə Rayon Mərkəzi Xəstəxanası, 13 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Culfa Rayon Mərkəzi Xəstəxanasının ötən bir il ərzindəki fəaliyyəti təhlil edilərkən aydın olur ki, burada əhalinin sağlamlığı keşiyində dayanan peşəkar tibbi heyət formalaşmışdır. Bu da icbari tibbi sığortanın uğurlu tətbiqinə şərait yaradacaqdır.

Ali Məclisin Sədri xəstəxananın kollektivinə təşəkkür edərək deyib: Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər icbari tibbi sığortanın tətbiqinə tam imkan verir. Çünki lazımi səhiyyə infrastrukturu yaratmadan icbari tibbi sığortanı tətbiq etmək mümkün deyil. Artıq muxtar respublikanın səhiyyə müəssisələrində icbari tibbi sığortanın tətbiqi üçün hər cür şərait vardır. İcbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətin 638-i Culfa Rayon Mərkəzi Xəstəxanasında tətbiq olunacaqdır. Gələcəkdə digər tibbi xidmətlərin də tətbiq olması üçün imkanlar mövcuddur.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına və əhaliyə nümunəvi tibbi xidmət göstəriləcəyinə əminliyini bildirib, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, icbari tibbi sığortanın tətbiqi məqsədi ilə Culfa Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılıb, Təcili tibbi yardım şöbəsi yenidən təşkil edilib, Hemodializ zalı genişləndirilib. Xəstəxananın Poliklinika şöbəsində, Burun-qulaq-boğaz, Oftalmoloji, Stomatoloji və Fizioterapiya kabinələrində, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində, reanimasiya palatalarında, Laboratoriyada, Ginekoloji və doğuş bölməsində 31 adda 57 yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılıb, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilib.

Xəstəxanada sürətli internet şəbəkəsi yaradılıb, 46 kompüter və 5 printer alınıb, icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqə yaradılıb. Hazırda xəstələrin qeydiyyatı “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə həyata keçirilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Culfa Rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyat məntəqəsi və elektron məlumat bazası yaradılıb, mərkəzi server və digər avadanlıqlar vasitəsi ilə dünyanın qabaqcıl səhiyyə məlumatlarının idarəetmə sistemi olan “Medisoft” və “Fonet” Səhiyyə İnformasiya İdarəetmə Sisteminin fəaliyyəti təmin edilib.

Digər rəsmi xəbərlər

Naxçıvanda yeni meyvə bağları salınıb
Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO
Naxçıvanda qayğıya ehtiyacı olanlara mənzillər təqdim edilib
Yəhya Allahverdiyev yeni vəzifəyə təyin edildi - FƏRMAN
Naxçıvanda yeni açıq səhmdar cəmiyyət yaradıldı - FƏRMAN
Ali Məclisin Sədri muxtar respublika qadınlarını təltif etdi
Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar naziri təyin edildi - FƏRMAN
Rövşən Məmmədov rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub
Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvanda sahibkarlarla görüş olub
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi işçilərinin aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı, RTÖM publik hüquqi şəxsə çevrildi
Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Geriyə
İrəli