Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin:

-Dövlət Məşğulluq Xidməti;

-Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxs statuslu Agentliyə çevrilsin.

2. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilsin.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanla yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

www.naxcivantv.az