Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

2019-cu ildə muxtar respublikada bütün sahələrdə inkişafa nail olunub, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilib, makroiqtisadi göstəricilər artıb, yaşayış məntəqələrində geniş quruculuq işləri aparılıb.

Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi qeyd olunub, əməkhaqlarının artırılması, yeni iş yerlərinin açılması əhalinin rifahını və məşğulluğunu təmin edib, sabitlik daha da möhkəmlənib. Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük böyük uğur və nailiyyətlərlə qarşılayır.

NUHÇIXAN xəbər verir ki, dekabrın 31-də Naxçıvan şəhərində həmrəylik bayramı və yeni ilin gəlişi minlərlə sakinin və turistin iştirakı ilə qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.

Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanmışdır. Dövlət başçısı 2019-cu ildə də ölkəmizdə inkişafın təmin olunduğunu bildirərək demişdir: "2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir”.

Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.

View the embedded image gallery online at:
http://www.naxcivantv.az/index.php/ri/22180-nax%C3%A7%C4%B1van-%C5%9F%C9%99h%C9%99rind%C9%99-d%C3%BCnya-az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n%C4%B1n-h%C9%99mr%C9%99yliyi-g%C3%BCn%C3%BC-v%C9%99-yeni-il-bayram%C4%B1-qeyd-olunub.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdfb8cd81d47

www.naxcivantv.az