Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 26-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında  Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə:

Bayramov Faiq Rafiq oğlu

Məmmədov Fikrət Binnət oğlu

Səfərov Ramazan Səhrəd oğlu – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;

Allahverdiyev Allahverdi Sabir oğlu

Həsənov Hümbət Yusif oğlu

İsmayılov Bəhruz Vaqif oğlu

Kərimov Ziyad Aydın oğlu

Zeynalov Qafar Sadıq oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".

www.naxcivantv.az