NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına səfərinə görə Türkiyənin Diyanət İşləri Başqanına təşəkkür edərək deyib: Naxçıvan İslamın qapısıdır. Ona görə ki, İslam Naxçıvanda könüllü qəbul olunmuş, dini dəyərlərimiz qorunub yaşadılmışdır. Bu gün muxtar respublikada 211 məscid və 17 dini icma fəaliyyət göstərir, 240-a yaxın din xadimi vardır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında 80 məscid tikilmiş, 159 məscid isə yenidən qurulmuşdur. Həyata keçirilən tədbirlər İslam dininin olduğu kimi öyrədilməsi və təbliğinə imkan verir. Hazırda “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası üzrə ali dini təhsilli kadrlar hazırlanır. Bu ixtisasın məzunları İslamın olduğu kimi öyrədilməsi ilə yanaşı, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də səmərəli fəaliyyət göstərəcəklər.

İslamda dini dözümlülük və tolerantlıq ənənələrinin yaşadılmasından, dini-mənəvi dəyərlərin olduğu kimi insanlara çatdırılması vacibliyindən danışan Ali Məclisin Sədri ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib, İslam elmi və dövlətçilik sahəsində böyük təcrübəsi olan Türkiyənin Diyanət İşləri Başqanına fəaliyyətində uğurlar arzulayıb.

Əli Erbaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb.

Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu ifadə edən Türkiyənin Diyanət İşləri Başqanı deyib: Naxçıvanın adının Nuh peyğəmbərlə bağlı olması mühüm əhəmiyyətə malikdir. Ali Məclis Sədrinin rəhbərliyi ilə qədim və müqəddəs diyar Naxçıvanda bu gün əldə olunan inkişaf, ən əsası isə İslam dəyərlərinin qorunub yaşadılması sahəsində görülən işlər qürurvericidir. Muxtar respublikadakı sabitliyin nümunə olduğunu bildirən Əli Erbaş göstərilən diqqətə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Ali Məclisə yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirildi - FƏRMAN
Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
İlkin Abdullayev vəzifəsindən azad edildi - SƏRƏNCAM
Ordubad rayonunda Uşaq Xəstəxanası yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub
Naxçıvan Qarnizonunun Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib
Ali Məclisin Sədri Fərman imzalayıb
Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcək
Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək
Böyükdüz kənd avtomobil yolu yenidən qurulub
Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində
Naxçıvanda bir sıra səhiyyə işçilərinin əməkhaqqı 50 faiz artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb
Ali Məclisin Sədri Sərəncam imzaladı
Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi təsdiq edilib - FƏRMAN
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilib - FƏRMAN
Duzdağda yeni şaxta istifadəyə veriləcək
Geriyə
İrəli