Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib.

Kənd və xidmət mərkəzlərinin inşa olunması, yolun yenidən qurulması Alışarın quruculuq xəritəsini tamamlayıb.

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar Kənd Mərkəzinin açılışını edib.

Bildirilib ki, bir mərkəzdən idarəetmənin təşkilində kənd mərkəzlərinin mühüm rolu vardır. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, 4400 kitab fondu olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika işçisi üçün otaq və zal vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti təmin edilib, 384 nömrə tutumlu yeni ATS quraşdırılıb. Kənddə 67 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 204 üzvü vardır ki, onlardan 40-ı qadın, 39-u isə gəncdir.

Feldşer-mama məntəqəsi üçün binada 4 otaq ayrılıb. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, ilkin tibbi yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlarla təmin edilib.

Tibb bacısı Səadət Murtuzayeva minnətdarlıq edərək deyib ki, əvvəllər şəraiti olmayan binada fəaliyyət göstərirdik. Xidmətin təşkilində çətinliklər yaranırdı. Lakin bu gün feldşer-mama məntəqəsi üçün ən müasir şərait yaradılıb. Bu da imkan verəcəkdir ki, səhiyyə işçiləri sakinlərə hərtərəfli xidmət göstərsinlər.

Digər rəsmi xəbərlər

Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvanda sahibkarlarla görüş olub
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi işçilərinin aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı, RTÖM publik hüquqi şəxsə çevrildi
Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Ali Məclisə yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirildi - FƏRMAN
Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
İlkin Abdullayev vəzifəsindən azad edildi - SƏRƏNCAM
Ordubad rayonunda Uşaq Xəstəxanası yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub
Naxçıvan Qarnizonunun Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib
Ali Məclisin Sədri Fərman imzalayıb
Geriyə
İrəli