NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlı kəndində xidmət mərkəzinin açılışı olub.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilib ki, 6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Burada ailə təsərrüfatları tərəfindən istehsal olunmuş 62 adda məhsul satışa çıxarılıb.

Xidmət mərkəzində işlə təmin olunan dərzi Dünya Ələkbərova gənclərin peşə sahibi olması, eləcə də işlə təminatı sahəsində görülən işlərə görə minnətdarlıq edib.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Muğanlı kəndi ölkəmizin abad yaşayış məntəqələri sırasına daxil oldu. İstər təsərrüfat, istərsə də təhsil sahəsində kəndin yaxşı ənənələri vardır. Bu ənənələr bugün də davam etdirilir. Kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun istifadəyə verilməsi, poçtun fəaliyyətə başlaması kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Muğanlı kəndinin bərəkətli torpaqları vardır. Sakinlər bu imkanlardan istifadə edərək torpaqları əkməli, təsərrüfatları genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər. Kənddə tikilib qurulanlar qorunub saxlanılmalı, abadlıq işləri davam etdirilməlidir.

“Muğanlı kəndində yaradılan şərait dövlətin öz vətəndaşlarına, kənd yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğıya bir nümunədir”, - deyən Ali Məclisin Sədri sakinləri təbrik edib, onlara firavan həyat arzulayıb.

Kənd ağsaqqalı, Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynov Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “1995-ci ildə deputatlığa namizəd kimi seçicilərlə ilk görüşünüz Muğanlı məktəbində olub. O vaxtdan 24 ildən artıq zaman keçir. Həmin dövrdən başlayaraq Naxçıvan Muxtar Respublikası inamla, uğurla inkişaf edib. Bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. İşıqlı gələcəyə gedən yol təhsildən keçir. Açılışı olan məktəb müəllim və şagirdlərin böyük sevincinə səbəb olub. Kənd və xidmət mərkəzləri, eləcə də həkim ambulatoriyası tikilib istifadəyə verilib, abadlıq işləri aparılıb. Kanallar təmizlənib, elektrik və qaz xətləri, rabitə sistemi yenilənib. Yollara asfalt örtük verilib. Ötən illərdə kənddə nasos stansiyası və 4 artezian quyusu işə salınıb. Bununla da kənd zəhmətkeşləri taxıl, qarğıdalı, tərəvəz məhsulları və yoncadan yüksək məhsuldarlıq əldə edirlər. Maldarlıqdan və heyvandarlıqdan da yaxşı gəlir götürürlər. Görülən işlərə görə kənd ziyalıları, kənd ağsaqqalları adından minnətdarlığımızı bildiririk”.

***

Muğanlı kəndində rabitə, elektrik, qaz və su xətləri yenilənib, 2140 metr fiberoptik, 3400 metr yeraltı kabel xətti, 5609 metr hava rabitə xətləri çəkilib. Eyni zamanda 5350 metr elektrik xətti çəkilib, 2 yeni transformator quraşdırılıb. 3626 metr qaz xəttində isə yerdəyişmə və təmir işləri aparılıb, 2800 metr uzunluğunda suvarma arxı, 5900 metr kollektor lildən təmizlənib, 290 metr qapalı drenaj xətti çəkilib.

Digər rəsmi xəbərlər

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Fərman imzalayıb
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Müasir kənd yolları inkişafın göstəricisidir
Yeni kənd mərkəzi istifadəyə verilib
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
Naxçıvanda Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Xidmət mərkəzinin açılışı olub
Gülşənabad kənd avtomobil yolu yenidən qurulub
Kənd mərkəzi fəaliyyətə başlayıb
Müasir Azərbaycan kəndi – Gülşənabad
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Alışar kəndində xidmət mərkəzinin açılışı olub
Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub
Muğanlıda xidmət mərkəzi istifadəyə verilib
Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub
Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb
Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
Geriyə
İrəli