Muxtar respublikada iqtisadi inkişafın təmin olunması həm də səhiyyə quruculuğunun genişlənməsinə, o cümlədən tibbi xidmətin keyfiyyətinin artırılmasına səbəb olub.

Kəndlərdə müasir həkim ambulatoriyalarının tikilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlı kənd həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıb. Bildirilib ki, ambulatoriyada 8 otaq - baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptek yerləşir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi elektroterapiya və ultrasəslə, eləcə də ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilib.

Tibb bacısı Samirə Məmmədova yaradılan müasir iş şəraitinə görə minnətdarlıq edib, insanların sağlamlığının qorunmasında səylərini artıracaqlarını bildirib.

Ali Məclisin Sədri əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi vacibliyini qeyd edib, ambulatoriyanın imkanlarından səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Fərman imzalayıb
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Müasir kənd yolları inkişafın göstəricisidir
Yeni kənd mərkəzi istifadəyə verilib
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
Naxçıvanda Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Xidmət mərkəzinin açılışı olub
Gülşənabad kənd avtomobil yolu yenidən qurulub
Kənd mərkəzi fəaliyyətə başlayıb
Müasir Azərbaycan kəndi – Gülşənabad
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Alışar kəndində xidmət mərkəzinin açılışı olub
Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub
Muğanlıda xidmət mərkəzi istifadəyə verilib
Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub
Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb
Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
Geriyə
İrəli