Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Maddi-mədəni irsimizin qorunmasında və təbliğində muxtar respublika sakinləri də fəallıq göstərir, əldə olunan maddi-mədəniyyət nümunələrini muzeylərimizə hədiyyə edirlər.

 Naxcivantv.az xəbər verir ki, dekabrın 19-da Babək rayonunun  Nehrəm kənd sakini Akif Hacıyev, Ordubad rayonunun Nüsnüs kənd sakini Oruc Əliyev, Kəngərli rayon sakini Tünzalə Ağayeva və Şərur rayonunun Cəlilkənd sakini Tofiq Mirzəyev tərəfindən qədim mədəniyyətimizi əks etdirən sikkələrdən, məişət əşyaları, saxsı qablar və silah nümunələrindən ibarət 58 eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.

  Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının  mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Təkcə bu ilin 10 ayı ərzində muxtar respublikanın muzeylərini 273 minə yaxın insan ziyarət edib.

    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır. Bu işdə muxtar respublika sakinləri də öz köməkliklərini göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub.

Natəvan Qədimova maddi-mədəniyyət nümunələrini muzeyə hədiyyə etdiklərinə görə sakinlərə təşəkkür edib.

Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov da çıxış edərək muzeylərin zənginləşdirilməsinin əhəmiyyətindən bəhs edib.

   Muzeyə bir neçə eksponat təqdim edən Kəngərli rayon sakini Tünzalə Ağayeva bu xeyirxah işlə gələcəkdə də məşğul olacağını bildirib. “Milli-mənəvi dəyərlərimizi və maddi-mədəni irsimizi qorumaq hamımızın borcudur”,-deyə o bildirib.

   Sonda tədbir iştirakçıları muzeylə tanış olublar.

View the embedded image gallery online at:
http://www.naxcivantv.az/index.php/news/754-naxc-van-doevl-t-tarix-muzeyin-yerli-sakinl-r-t-r-find-n-yeni-eksponatlar-t-qdim-olunub-fotolar.html?tmpl=component&print=1&layout=default&page=#sigProId52b0763196

 

                                                                         Əbülfəz Dünyamalıyev

NTVxəbər

                                                               

www.naxcivantv.az