Aprel döyüşlərində Ermənistan ordusunun aldığı ağır zərbə rəsmi İrəvanın psixoloji vəziyyətini elə pozub ki, hələ də reallıq hissindən uzaqdadır. Azərbaycanın bütün istiqamətlərdə dövlət olaraq əldə etdiyi nailiyyətlər bu prosesi daha da dərinləşdirməkdədir.

Ölkə başçısı İlham Əliyevin Ağdam və Tərtər rayonlarına səfəri zamanı bu il aprelin əvvəllərində ermənilərin atəşləri nəticəsində qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrində dağıdılmış evlərin bərpası və yenilərinin tikintisi ilə əlaqədar ifadə etdiyi fikirlər erməniləri təlaşa salıb. Onlar Azərbaycanın cəbhə bölgəsində sürətlə quruculuq işlərini aparmasına quldur psixologiyası ilə reaksiya verib, müxtəlif böhtanlar atıb, özlərindən uydurma şeylər danışıblar. Bunlar Ermənistan rəhbərlərinin hələ də xəyal dünyasında qaldığını, regionda geosiyasi aspektdə müsbət heç bir iş görə bilmədiklərini göstərir.

Ədalət və həqiqətdən uzaq: erməni siyasi şüurunun bəzi problemləri

David Babayan adlı bir Azərbaycan vətəndaşı var. İndi o, özünü "DQR" adlanan qondarma qurumun "rəsmi şəxsi" kimi təqdim edir. Şübhəsiz ki, elə bu saxtakarlığına görə, bu tip başqa separatçılarla bir yerdə Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Onun cinayətlərinə son zamanlar torpağında böyüyüb, suyunu içdiyi, cibində pasportunu daşıdığı Azərbaycan dövlətinin Prezidentinə qarşı söylədiyi şər-böhtan da əlavə ediləcək. Bunlara kimsənin şübhəsi olmasın.

Lakin bizi D.Babayan kimi sosial-siyasi və humanitar əhəmiyyəti olmayan cılız canlılar deyil, ümumiyyətlə, Ermənistan adlandırılan bir ölkənin apardığı siyasətin bir sıra məqamları maraqlandırır. Aprel döyüşlərində aldığı güclü zərbədən sonra rəsmi İrəvanın başı xeyli gicəllənib. O hələ də şokdan ayıla bilməyib. Rəsmi dairələr elə ziddiyyətli, məntiqsiz və sərsəm fikirlər söyləyirlər ki, sağlam düşüncə qətiyyən qəbul etmir. Həm də ona görə ki, həmin fikirlərdə erməni siyasi şüurunun primitivliyi və vəhşiliyi bütün çılpaqlığı ilə özünü göstərir. Özü də, bütün mədəni oxuculardan üzr istəyərək bunu yazmağa məcburuq – onlar mövqelərini çox həyasız bir şəkildə bildirirlər. Özlərini işğal etdikləri Azərbaycan torpaqlarının qanuni sahibi sayaraq, təcavüz aktını ört-basdır etməklə sərhədsiz yalanlar söyləyirlər.

Azərbaycan rəhbərliyinin atdığı hər bir tutarlı addım, ifadə etdiyi tarixi həqiqətlər və ədalətli siyasi bəyanatlar İrəvanda psixi apatiya yaradır. Orada siyasi dairələr kollektiv surətdə psixiatriya xəstəxanasının pasiyentləri vəziyyətinə düşürlər. Ermənistanın böhtançı dairələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki tör-töküntüləri də bu dalğa üzərində nəsə donquldanır, adam kimi danışmağa cəhd göstərir. Ancaq o da alınmır–nəticədə, xəstə adamın sayıqlamaları yaranır! Bu da ermənilərin öz problemləridir.

Bu dəfə erməniləri Azərbaycan Prezidenti İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri zamanı ictimaiyyət qarşısındakı çıxışı çox həyəcanlandırıb, onların açıqca böyük qorxu keçirdiyi hiss olunub. Ermənilərin dili topuq çalıb. Azərbaycan rəhbərinin konkret tarixi faktlarla ifadə etdiyi fikirlərə ancaq qərəz, qəzəb və böhtanla cavab verə biliblər. O cümlədən heç bir siyasi statusu olmayan D.Babayan adlı birisi həyəcanından özünü itirib və nə danışdığının fərqinə Azərbaycan məhkəməsində ona veriləcək suallardan varacaq.

İlham Əliyev aprel hadisələri zamanı erməni quldur silahlı dəstələrinin Azərbaycanın mülki əhalisini atəşə tutduğunu və çoxlu sayda evlərin dağıldığını xatırladaraq, bu ziyanı dövlətin qısa zamanda aradan qaldırdığını bəyan edib. Cəmi 6-7 aya yüzlərlə ev təmir edilib, tikilib və vətəndaşlara verilib. Bu, Azərbaycan dövlətinin gücünün göstəricisidir (bax: Düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası işləri ilə tanışlıq / AZƏRTAC, 3 dekabr 2016).

Azərbaycanın dövlət başçısı çox məntiqi və əsaslı olaraq bu hadisəni dövlətin qüdrətinin göstəricisi kimi xarakterizə edib. Təsəvvür edin, aprel ayında düşmənin hərbi təxribatına Azərbaycan güclü cavab verib, işğal altındakı ərazinin bir qismini qısa zamanda azad edib. Eyni zamanda, cəmi bir neçə aya düşmənin gözlə görə biləcəyi bir ərazidə bərpa işləri apararaq həm qorxmadığını, qələbəyə əmin olduğunu, həm bütün işləri öz torpağında gördüyünü, həm də dövlətin öz vətəndaşına nə dərəcədə qiymət verdiyini nümayiş etdirib. Bunları sadə ermənilər də görür və öz mənfur hakimiyyətləri ilə müqayisə edirlər. Onlar anlayırlar ki, əsl humanist, qayğıkeş, zəngin və demokratik dövlətlə bir sıra dairələr süni düşmənçilik yaradıblar.

Terrorçulara qoyulan heykəllər: qətliamlar üzərində yaradılan qondarma dövlət

Bunu erməni rəhbərliyi də dərk edir və arqumenti olmadığından, məntiqsiz reaksiya verir. Konkret olaraq, Azərbaycan tərəfinə böhtan atır. Şübhə etmirik ki, Azərbaycan Prezidentinin Ağdamdakı çıxışına ermənilərin xəstə təfəkkürü ilə reaksiya verməsinin əsl səbəbi dövlətimizin güclü olması ilə bağlıdır. İşğalçılar görürlər ki, artıq qarşılarında çox qüdrətli ordusu, güclü iqtisadiyyatı, çevik siyasətli rəhbərliyi olan Azərbaycan dövləti dayanıb.

Bu səbəbdəndir ki, bir sıra erməni siyasiləri və üzdəniraq separatçı rejimin tör-töküntüləri qəzəblərindən özlərini tamamilə itiriblər. Baxın, Azərbaycan Prezidenti deyir ki, İrəvan, Zəngəzur, Göycə, Qarabağ Azərbaycan torpaqlarıdır. Əgər bu faktı təkzib edə biləcək bircə dənə də olsun tarixi faktı ortaya qoya bilirlərsə, söz yoxdur. Lakin belə bir fakt yoxdur, ola da bilməz. Regionun tarixini yaxşı bilən insanlar sadalanan ərazilərin Azərbaycana aid olduğunu dəqiq bilirlər. Həmin ərazilərə ermənilərin çar Rusiyası dönəmində haradan, necə və hansı məqsədlərlə köçürüldüyünü də az-çox oxumağı bacaran adamlar bilirlər. Söhbət heç də Azərbaycanda, yaxud Türkiyədə olan arxiv materiallarından getmir. Rusiya arxivlərinin çoxlu sayda sənədləri hər şeyi gün kimi aydınca ortaya qoyur. Bəs onda D.Babayan kimi vəhşi tiplər, ibtidai icma dövrü adamları hansı üzlə həqiqəti inkar edə bilər? Yəni onlar bu dərəcədə axmaq və sadəlövhdürlər ki, Azərbaycanla bağlı dedikləri hər bir böhtana dünyanın sivil və mədəni kəsiminin ancaq istehza ilə güldüyünü görmürlər? Görünür, ya doğrudan da adi həqiqətləri bilmirlər, ya da gördüklərindən çox qorxurlar!

Buyurun, bir faktı da deyə bilərik. Ermənistanda Njde ləqəbli bədnam general Qaregin Ter-Arutyunyanın (1886-1955) heykəlini ucaldıblar. Bu həmin Njdedir ki, İkinci dünya müharibəsi zamanı faşistlərlə əlbir olub. Onun alman qaniçənlərlə əlaqəsi 1934-cü ildən başlayır. Təşəbbüskar da Njdenin özü olub. Erməni faşist əlaltısı və nasisti Hitlerə müraciət edərək əməkdaşlıq təklifini verib. Onun yanında başqa bir erməni, "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayan (1883-1956) da olub. Bu iki faşist, terrorçu Almaniyanın işğal etdikləri ərazilərdə cəllad funksiyasını yerinə yetiriblər. Onlar on minlərlə əsir götürülmüş insanlara işgəncə veriblər, qətllər törədiblər. Njde 1944-cü ildə sovet əsgərlərinin əlinə keçir və o, qatil ömrünün qalan hissəsini Vladimir şəhərindəki həbsxanada keçirərək, 1957-ci ildə gəbərir.

Faşizmə qulluq etmiş bir insana hansı ölkədə heykəl qoyarlar? Mahiyyəti faşist olan dövlətdə! Ermənistana bununla bağlı Moskvadan etiraz da bildirilib, erməniləri başa düşmədiklərini deyiblər. Ancaq biz erməniləri də, rusları da yaxşı başa düşürük. Təcavüzkara və satqına yardım edənlər həmişə növbəti zərbəni elə satqının özündən alırlar. Minlərlə rus əsgərini qətlə yetirən Dro və Njdeyə Ermənistanda heykəl qoyur, onların vəhşiliklərini, cəlladlıqlarını qəhrəmanlıq kimi təqdim edirlər. Bununla da ermənilər Rusiyanın özünə qarşı hərəkət edir, özlərinə yeni ağa tapmaq arzusuna düşürlər.

Erməni faşizminin cinayət əməlləri bunlarla bitmir. Xocalıda, Şuşada, Ağdamda, Sumqayıtda və başqa yerlərdə onların törətdikləri vəhşiliklərin dünyada bənzəri yoxdur. Başqa güclərin əmrlərini köləcəsinə yerinə yetirib, onların qurduqları oyunlarda oyuncaq olan erməni terrorçuları və faşistləri Babayan, Sarkisyan, Saakyan, Koçaryan və başqalarının timsalında əməllərini davam etdirirlər. Bu adamların işlərindən ermənilərin özləri də ziyan görməkdədirlər. Ən azından erməni dövlətçiliyinin özünütəsdiq prosesi getmir – bu günə qədər Ermənistanın suverenliyi başqalarının iradəsi altında inildəməkdədir.

Əslində, bizim üçün səviyyəsiz, gerizəkalı adamların mövqeyi maraqlı deyil. Azərbaycan müstəqil dövlət kimi öz siyasətini bütün şərtlərdə yeridir və buna davam edəcək. Düşündürücü odur ki, erməni terroru və faşizminə Qərb dövlətləri olduqca laqeyd yanaşır, ermənilərin əsassız, qərəzli və böhtançı mövqelərini tənqid etmirlər.

BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər, lakin onların heç biri yerinə yetirilməyib. Həmin sənədlərdə Dağlıq Qarabağı və onun ətrafındakı rayonları Ermənistanın işğal etdiyi açıqca göstərilib. Erməni məntiqinə görə, BMT, ATƏT kimi təşkilatlar da "faşist" təşkilatlarıdır! Bu kimi absurd iddialara, yalanlara dünya siyasətçiləri nə vaxta qədər reaksiya verməyəcəklər? Onların əsassız təəssübkeşliyi bumeranq kimi özlərinə qayıdacaq. O gün uzaqda deyil!

Newtimes.az

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...