Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Cari ilin ilk 11 ayında 147 ədəd POS-terminal quraşdırılıb və onların sayı 1 dekabr 2016-cı il tarixə 1191 ədədə çatdırılıb.

 Elektron ödənişlərin həcminin genişləndirilməsi ilə nağdsız hesablaşmaların miqyasının artırılması və pul dövriyyəsi təşkilinin daha da müasirləşdirilməsi muxtar respublikada iqtisadi inkişafın mühüm tələblərindən biri kimi götürülür.

Naxcivantv.az xəbər verir ki,Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən verilən məlumata görə, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş vasitələri ilə ödənilməsi imkanları artırılıb. Dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi məqsədilə POS-terminalların quraşdırılması davam etdirilr..

Verilən məlumatda o da bildirilir ki, bu dövrdə aparılan nağdsız əməliy­yatların həcmi 25 milyon 96 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 457 min manat çoxdur.

www.naxcivantv.az