Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Dağıstanın Kaspiysk şəhərində dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.

  Azərbaycan Güləş Federasiyasından naxcivantv.az-a verilən məlumata görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı yığmamıza 63 kiloqram çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub.

Gümüş medallar isə yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. İslam Əliyev və Abdulmuslim Mamedov (hər ikisi 76 kq) isə bürünc medala sahib olublar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

www.naxcivantv.az