Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu gün 10-dan çox ölkəyə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac edilir. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən Naxcivantv.az-a məlumat daxil olub.

Verilən məlumata görə, cari ildə xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının müvafiq sınaqlarına başlanılıb. Həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir. Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir.

“Azərbaycan Silahlı Qüvvələrini yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu imzalanıb” - deyə məlumatda bildirilir.

www.naxcivantv.az