Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında Açıq Səma Altında Muzey yaradılmışdır.

Naxcivantv.az xəbər verir ki, Ali Məclis Sədrinin Sərəncamında deyilir: "Müasir tarixşünaslığın tələbləri baxımından tədqiqini gözləyən sahələrdən biri də azərbaycanlıların yaşadıqları ərazilərdə geniş yayılmış qədim qoç heykəlləri, qəbirüstü abidələri və daş üzərində oymalardır. Qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar azərbaycanlılarda ən qədim mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar xalqımızın qədim mədəniyyətindən nümunələr olmaqla bərabər, eyni zamanda estetik təsir bağışlayan sənət əsərləridir".

Ən qədim insan yaşayış məskənlərindən olan Naxçıvanda sənətkarlıq və mədəniyyət də böyük inkişaf yolu keçmişdir. Bu torpağın hər qarışı tarixin müəyyən dövründən soraq verir, əcdadlarımızın həyat tərzi və yaşayışı haqqında dolğun təəssürat yaradır. Zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri ümumilikdə bəşəriyyətin tarixindən xəbər verən dəyərli qaynaqlardır.

Gülüstan və Türkmənçay müqavilələrindən sonra Naxçıvana köçürülmüş ermənilərin qədim Azərbaycan torpağını "erməniləşdirmək" sahəsində apardıqları siyasətin bir istiqaməti də daşdan yonulmuş mədəniyyət nümunələrinin dağıdılması olmuşdur. Bu mənada Ali Məclis Sədrinin Sərəncamı ilə yaradılan Açıq Səma Altında Muzey xalqımızın dekorativ-tətbiqi sənətinin ən gözəl nümunələrindən olan daşdan yonulmuş mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliğ sahəsində mühüm elmi əhəmiyyətə malikdir. Bu mədəniyyət ocağının ekspozisiyası son 15 ildə xeyli zənginləşmiş, muzeyi minlərlə tamaşaçı ziyarət etmişdir. Muzeyin ekspozisiyasında mifoloji və dini dünyagörüşlə əlaqədar olan 226 qoç heykəli, daş kitabə, qəbirüstü abidə, daşla bağlı məişət əşyaları qorunur və nümayiş etdirilir.

Bəşər tarixində daş əmək alətləri, daş heykəllər, daş epiqrafik yazılar, piktoqrafik yazı nümunələrinin daş üzərində həkk edilməsinin tarixi çox qədimlərə dayanır. Açıq Səma Altında Muzeyin  ən qədim  eksponatı da eramızdan əvvəl  IV-III minilliyə aid Gəmiqayadan gətirilmiş daş abidədir.

Naxçıvanın orta əsr memarlıq və tikinti sahəsində kərpic daha çox işlənsə də, daşdan istifadə, daşüzərində yazı ornamentlərin yaradılması üçün sənətkar və ustaların məharətli işlərinə də rast gəlinir. Bu illər ərzində bu nümunələrin muzeyə gətirilib, ərazinin bu eksponatlarla zənginləşdirilməsi də əsas vəzifələrdən olmuşdur.

Muzeyin əsas eksponatlarını daşdan yonulmuş qoç fiqurları təşkil edir. Qədim türk xalqlarının inamları və dəfn adətləri ilə bağlı olan daş qoç və qoyun heykəlləri ilk öncə dəfn olunanların yanına qoyulmuş, zaman keçdikcə bu adət tədricən qəbirlərin üstünə qoyulan heykəllərlə əvəz edilmişdir. İslam dininin qəbulundan sonra bu adət müvəqqəti unudulmuş, XIV əsrdən başlayaraq və tədricən XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu tayfalarının Azərbaycanda hakimiyyəti zamanı yenidən dirçəlmişdir. Həmin dövrdən etibarən Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da qəbirlərin üstünə daş qoç və qoyun heykəlləri qoyulmuşdur. Əksər qoç fiqurlarının üzərində qılınc təsvir edilməsi xalqımızın döyüşkən və qəhrəmanlıq tarixindən xəbər verir.

Muzeydə çoxlu sənduqələr, qəbir daşları qorunub saxlanılır. Qəbir daşları üzərində mərhumun peşə və sənətini əks etdirən bir sıra  məişət və təsərrüfat əşyaları, güzgü, qayçı, xəncər təsvirinə rast gəlinir. Sənət əsərlərində günəşin də təsvirinə tez-tez rast gəlinir. Günəş istilik, həyat, işıq rəmzi olduğundan daşyonma ustaları da daş üzərində müxtəlif formada dairələr həkk etmişlər. Qəbirüstü abidələr orta əsrlərdə Naxçıvanda daşişləmə sənətinin intibah dövrü keçirdiyini sübut edir. Sənduqələr-sinədaşları kiçik formalı memarlıq əsərləridir. Sənduqələrin üzəri Qurani-Kərimdən götürülmüş ayələrdən ibarət kitabələrlə bəzədilmişdir.

Eksponatlar arasında memorial xatirə abidələri mühüm yer tutur. Onlardan biri də burada nümayiş olunan ən qədim qəbirüstü xatirə abidəsidir. Qəbilə quruluşu dövrünün məhsulu olan bu abidə, qəbir üzərində dik basdırılmış heykələ bənzəyir.

Naxçıvan müxtəlif tərkibli və keyfiyyətli daş ehtiyatları ilə zəngindir. Muzeydə nümayiş etdirilən sütun altlıqları da formalarına görə müxtəlifdir. Orta əsrlərdə sütun altlıqları darvaza qapılarının yanında bəzək əşyası kimi istifadə edilmişdir. Daş məmulatı təkcə tikinti materialı kimi deyil, həmçinin təsərrüfat və məişətdə də geniş tətbiq olunmuşdur. Muzeydə nümayiş olunan su daşı, xırman daşı, dəyirman daşı, dibək daşı vaxtilə məişətimizdə geniş yer tutmuşdur.

Vaxtilə baxımsız, tarixə laqeydlik təəssüratı yaradan bu ərazi indi tarix və mədəniyyətimizə məhəbbətin ifadəsi olan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərir. Hər il muzeyi minlərlə tamaşaçı, xüsusilə xarici ölkə vətəndaşları ziyarət edir. Bu isə zəngin tarixi-mədəni irsimizin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ordubad rayonunda monitorinq aparılıb

25-05-2019-17-36 Xəbərlər

Ordubad rayonunda monitorinq aparılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Əsrlərin sınağından çıxan kitab

25-05-2019-17-03 Xəbərlər

Əsrlərin sınağından çıxan kitab

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Oxunması zəruri olan ...

Naxçıvan Qızlar Liseyinə şagirdlərin marağı artıb

25-05-2019-16-39 Xəbərlər

Naxçıvan Qızlar Liseyinə şagirdlərin marağı artıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Qızlar Lise...

Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqlara baş çəkiblər

25-05-2019-16-10 Xəbərlər

Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqlara baş çəkiblər

NUHÇIXAN xəbər verir ki,  “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ərəfəsində...

Prezident İlham Əliyev Naxçıvanın mədəniyyət işçilərini təltif etdi - SƏRƏNCAM

25-05-2019-15-12 Xəbərlər

Prezident İlham Əliyev Naxçıvanın mədəniyyət işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev mayın 25-də Azərbaycan Respublikasının mədəniyyət xadimlə...

Uşaqlar “Qızıl xoruz” tamaşasına baxıblar

25-05-2019-14-40 Xəbərlər

Uşaqlar “Qızıl xoruz” tamaşasına baxıblar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır

25-05-2019-12-18 Xəbərlər

Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır

Muxtar respublikada daxili bazarın yerli və keyfiyyətli ərzaq məhsulları ilə təm...

Ötən günün mənzərəsi - VİDEO

25-05-2019-11-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Cəlil Məmmədquluzadə yaradıcılığı həmişə müasirdir

25-05-2019-11-25 Xəbərlər

Cəlil Məmmədquluzadə yaradıcılığı həmişə müasirdir

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  “Azərbaycan dili və ədəbiyy...

Naxçıvanda sabaha olan hava proqnozu

25-05-2019-11-02 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 26-na gözlənilən hava proqnozu açıqlanıb. ...

Türkiyədə Baba Nemətulla Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR

25-05-2019-09-42 Xəbərlər

Türkiyədə Baba Nemətulla Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universiteti...

Gənclər atıcılığın tir növündə yarışıblar

24-05-2019-19-27 Xəbərlər

Gənclər atıcılığın tir növündə yarışıblar

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Nazirlik və prokurorluq əməkdaşlarının iştirakı ilə praktiki seminar

24-05-2019-18-50 Xəbərlər

Nazirlik və prokurorluq əməkdaşlarının iştirakı ilə praktiki seminar

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Qeyri- hökumət təşkilatları həm də vətəndaş cəmiyyəti institutlarıdır

24-05-2019-18-15 Xəbərlər

Qeyri- hökumət təşkilatları həm də vətəndaş cəmiyyəti institutlarıdır

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Muzeylərlə əməkdaşlıq güclənir

24-05-2019-17-23 Xəbərlər

Muzeylərlə əməkdaşlıq güclənir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Çili mətbuatında Naxçıvanla bağlı yazı dərc olunub

24-05-2019-17-06 Xəbərlər

Çili mətbuatında Naxçıvanla bağlı yazı dərc olunub

NUHÇIXAN xəbər verir ki, Çilinin geniş oxucu kütləsinə malik epicentrochile.com ...

Naxçıvanlı tələbələr Çində təcrübə keçəcəklər

24-05-2019-16-30 Xəbərlər

Naxçıvanlı tələbələr Çində təcrübə keçəcəklər

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat ...

Muxtar respublikada yeni təsis edilən Prezident təqaüdlərinin ödənilməsinə başlanılıb

24-05-2019-14-31 Xəbərlər

Muxtar respublikada yeni təsis edilən Prezident təqaüdlərinin ödənilməsinə başlanılıb

Sosial müavinətlərin artımı ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 20...

Ali təhsil ocağında “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib

24-05-2019-13-30 Xəbərlər

Ali təhsil ocağında “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Naxçıvanda bir ayda dəmir yolundan 14 mindən çox sərnişin istifadə edib

24-05-2019-11-51 Xəbərlər

Naxçıvanda bir ayda dəmir yolundan 14 mindən çox sərnişin istifadə edib

Bu ilin aprel ayında muxtar respublikada dəmir yolu nəqliyyatı vasitəsilə ayrı-a...

“1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib

24-05-2019-11-32 Xəbərlər

“1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

Sosial şəbəkələrdə Naxçıvanla bağlı paylaşımlar yer alıb - VİDEO

24-05-2019-10-52 Xəbərlər

Sosial şəbəkələrdə Naxçıvanla bağlı paylaşımlar yer alıb - VİDEO

Artıq bir neçə müddətdir ki, Naxçıvan Televiziyasının efirində “Sosial şəbəkələr...

“Heydər Əliyev kuboku”nun sahibi məlum olub

24-05-2019-10-38 Xəbərlər

“Heydər Əliyev kuboku”nun sahibi məlum olub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Ötən günün mənzərəsi - VİDEO

24-05-2019-10-11 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

24-05-2019-09-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi araşdırılıb

23-05-2019-22-49 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi araşdırılıb

“Springer” nəşriyyatında çap olunan “Ekofiziologiya, abiotik stressə davamlılıq ...

Xalq yazıçısı Ədəbiyyat Muzeyində anılıb

23-05-2019-21-22 Xəbərlər

Xalq yazıçısı Ədəbiyyat Muzeyində anılıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Duzdağ Fizioterapiya Mərkəzinin 40 illiyi qeyd olunub

23-05-2019-20-57 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzinin 40 illiyi qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Duzdağ Fizioterapiya Mərkəzinin yaranmasının 40 illiyi ...

Darıdağ Arsenli Su Müalicəxanasının ətrafı yaşıllaşdırılır

23-05-2019-20-20 Xəbərlər

Darıdağ Arsenli Su Müalicəxanasının ətrafı yaşıllaşdırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

“Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi

23-05-2019-19-54 Xəbərlər

“Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...