Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adlar, ali rütbələr, orden və medallar verilib.

Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunu təltif etdi - SİYAHI

Naxcivantv.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar hüquqşünas”

Kişiyev Rauf İsmayıl oğlu – polkovnik

“Əməkdar həkim”

Tağıyev Tofiq Tağı oğlu – tibb xidməti polkovnik-leytenantı

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Ağayev Zakir Samiddin oğlu
polkovnik Əliyev Azər Əli oğlu
polkovnik Nəcəfov Hilal Əlimurad oğlu
polkovnik Salahov Füzuli Zəbiş oğlu

Azərbaycan Prezidenti, həmçinin Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Natiq Avıl oğlu – general-mayor
Əmirağayev İslam Şixzadə oğlu – polkovnik

“Vətən uğrunda” medalı ilə

Mənsimov Tehran Cavid oğlu – polkovnik
Seyfullayev Kutais Qüdrət oğlu – polkovnik
Hətəmov Baba Ələmdar oğlu – polkovnik-leytenant
Nəciyev İlqar Rəşid oğlu – polkovnik-leytenant
Nuriyev Xizri Əhməd oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Cəlalov Zaur Alxaz oğlu – polkovnik
Fərhadov Cavid Mövlud oğlu – polkovnik-leytenant
Həsənov Anar Yaqub oğlu – polkovnik-leytenant
Şıxəliyev Aydın Bəhman oğlu – polkovnik-leytenant
Eynullayev Əli Höküməli oğlu – gizir
Şıxəliyev Səftər Tapdıq oğlu – gizir

“Hərbi xidmətlərə görə” medalı ilə

Eyyubov Teymur Tərlan oğlu – general-mayor
Bəkirov Sübhan Kamal oğlu – polkovnik
Həsənov İlqar Məhər oğlu – polkovnik
Həsənov Məhərrəm Əşir oğlu – polkovnik
Quliyev Əziz Qədir oğlu – polkovnik
Pənahov Elşad İslam oğlu – polkovnik
Ağakişiyev Asif Əli oğlu – polkovnik-leytenant
Mirzəyev Aşur Hacıağa oğlu – polkovnik-leytenant
Mirzəyev Anar Mehman oğlu – mayor
Baxşəliyev Nizami Fizuli oğlu – baş leytenant

 

www.naxcivantv.az