Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İkinci ali təhsil  almaq istəyənlərin nəzərinəNaxçıvan Dövlət Universiteti 2017-2018-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ikinci ali təhsil almaq üçün qiyabi şöbəyə tələbə qəbulu elan edir.

NDU-nun mətbuat xidmətindən naxcivantv.az-a verilən məlumata görə, ikinci ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Naxçıvan Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. İkinci ali təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Şəxsin ikinci ali təhsil üzrə seçdiyi ixtisas onun tutduğu vəzifənin profilinə uyğun olmalıdır. İkinci ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 - rektorun adına ərizə;

-ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olunmuş surətləri;

-3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- əmək kitabçasından çıxarış;

- şəxsiyyət vəsiqəsinin surəti;

- şəxsiyyət vəsiqəsi və diplom şəxsən təqdim olunur.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Sənədlər 2017-ci il iyun ayının 20-dən iyul ayının 20-dək hər gün (istirahət günlərindən başqa) saat 10:00-dan 16:00-dək Naxçıvan Dövlət Universitetində qəbul edilir (əsas bina 2-ci mərtəbə, 207 saylı otaq).

İkinci ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq ikinci ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil haqqı müqavilə əsasında müvafiq ixtisaslar üzrə uyğun qaydada ödənilir.

 Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, əsas bina. Telefon: 545-45-59

www.ndu.edu.az

 

www.naxcivantv.az