Naxçıvan Muxtar Respublikası özünəməxsus coğrafi zənginliklərə malikdir. Onun əzəmətli təbiəti, nadir landşaft tipləri, ayrı-ayrı guşələrinin təkrarolunmaz gözəlliyi turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır.

Son 20 ildən artıq bir dövrdə muxtar respublika təbiətinin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər bu qədim Azərbaycan diyarının daha da gözəlləşməsinə, təbiətinin zənginləşməsinə, flora və fauna növlərinin sürətlə artmasına gətirib çıxarıb.

Görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının ümumi ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət ərazisinə çevrilib. Təbii ki, muxtar respublikanın coğrafi ərazilərinin böyük bir hissəsini dağlıq və dağətəyi ərazilər, nisbətən düzəngahlar təşkil edir. Bu ərazilərdə yüzlərlə təbiət abidələrinin, mineral bulaqların, tarixi tikililər və arxeoloji obyektlərin olduğunu nəzərə alsaq, ərazini müxtəlif turizm növlərinin inkişafı üçün ideal məkan saymaq olar. Xüsusilə son dövrlərdə dünyada piyada turizminin inkişaf etdirilməsi üçün müxtəlif ölkələrin təqdim etdiyi yeni layihələr muxtar respublikamızın tanıdılması baxımından əvəz­olunmaz imkanlar ortaya çıxarır.

İldən-ilə daha çox nüfuz qazanan piyada turizmi insanın psixo­emosional və fiziki aləminə ahəngdar şəkildə təsir göstərir, onda dözüm, iradə, nizam-intizam, komandada işləmək bacarığı kimi müsbət keyfiyyətlər yaradır. Piyada turizmi həm də qeyri-formal ünsiyyət forması kimi çıxış edir. Bu turizm növü ilə məşğul olan insan ətraf mühitlə birgə yaşayış qaydalarına, turizm texnikasının vərdişlərinə yiyələnir. O, piyada yürüşlərdə təbiətə qayğı ilə yanaşmağı, ekstremal situasiyaların öhdəsindən gəlməyi, zərərçəkənlərə ilk tibbi yardım göstərməyi öyrənir. Muxtar respublikamızda coğrafi şəraitin müxtəlifliyi turizmin piyada, o cümlədən macəra növünə marağı artırır. Bu baxımdan paytaxt Naxçıvan şəhərindən muxtar respublikamızın istənilən bölgəsinə piyada turizminə maraq göstərənlər üçün müxtəlif marşrutlar hazırlayıb təqdim etmək mümkündür. 
Piyada turizminin maraqlı tərəflərindən biri də odur ki, yerli və əcnəbi turistlər hərəkət etdikləri marşrut boyu muxtar respublikanın təbiəti ilə birbaşa təmasda olur, flora və faunasını öyrənir, tarixi və mədəni abidələrlə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Necə deyərlər, bu turizm növü insanlara hansısa obyekti əllə göstərməklə yox, yaxından görməklə təqdim etmək imkanı verir. 
Turizmin bu növünə daha yaxın hesab edilən sektorlardan biri də dağ turizmidir. Dağ turizmi dünyada dağlıq ərazilərdə turizmin inkişaf etdirilməsi üçün təklif olunan istiqamətlərdən biridir. Dağ turizminin alpinizmlə fərqli cəhətlərindən biri odur ki, turistlər alpinistlərdən fərqli olaraq hər hansı dağ zirvəsini fəth etməyi qarşılarına məqsəd qoymurlar. Onlar üçün dağlıq ərazilərə gəzinti xarakterli səyahətlər, çətin yol şərtlərinə dözümlülük, səyyar çadırlarda gecələmək daha çox ön planda olur. Bu turizm növünün inkişafında da dağ turist düşərgələrində təlim keçmiş fiziki, nəzəri və praktik cəhətdən hazır olan kadrların hazırlanmasına ehtiyac var. 
Ekstremal turizmin bir növü kimi, dağ turizmi özündə müəyyən risk və təhlükələr daşısa da, nəticə etibarilə, bu, bir çoxları üçün əsrarəngiz istirahət deməkdir. Onu da xatırlatmaq lazımdır ki, Kiçik Qafqaz dağları əhatəsində olan Naxçıvan Muxtar Respublikası turistlər üçün bu gün regionda ən maraqlı coğrafi ərazilərdən biridir. Mövzu ilə əlaqəli olduğundan onu da qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən Transqafqaz Piyada Turizmi Assosiasiyası ötən ildən Cənubi Qafqaz ölkələrini birləşdirəcək piyada turizm şəbəkəsinin yaradılması ilə bağlı yeni layihə həyata keçirməyə başlayıb. Beş ilə başa çatacaq layihə Cənubi Qafqazda 20-dən çox milli parkı əhatə edəcək. Layihənin Azərbaycanda da həyata keçirilməsi turistlərin regionumuza marağının artmasına səbəb olacaq. Nəzərə alaq ki, muxtar respublikamızda mövcud rayonların hər biri ayrılıqda dağlıq ərazilərə malikdir. Bu əraziləri bir-biri ilə əlaqələndirəcək yeni dağ turizm marşrutlarının işlənilməsi və turizmin bu növünü seçənlərə təqdim edilməsi dağ turizminin yeni imkanlarını ortaya qoyacaq. 
Beynəlxalq statistikaya görə, hazır­da dünya turizm bazarının 10 faizi ekstremal turizmin payına düşür. Bu gün ölkəmizdə dağ turizmi yeni formalaşan turizm sahələrindən biridir. Vaxtilə turizm nöqteyi-nəzərindən diqqətdən kənarda qalan dağlıq ərazilər getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Bu sahədə muxtar respublikamızda peşəkar kadrların yetişdirilməsi, dağ idmanı üzrə bələdçilərin hazırlanması yaxın gələcəkdə piyada və dağ turizminin inkişafında əhəmiyyətli rol oynayacaq.

 Səbuhi Həsənov

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Düşmən öldürülən daha 62 əsgərinin adını açıqlayıb

21-10-2020-18-20 Xəbərlər

Düşmən öldürülən daha 62 əsgərinin adını açıqlayıb

Ermənistanın Müdafiə Nazirliyi döyüşlərdə öldürülən hərbçilərin növbəti hissəsin...

Ermənistana məxsus daha 3 PUA məhv edilib

21-10-2020-16-23 Xəbərlər

Ermənistana məxsus daha 3 PUA məhv edilib

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus da...

Düşmənin məhv edilən növbəti hərbi texnikaları - VİDEO

21-10-2020-14-38 Xəbərlər

Düşmənin məhv edilən növbəti hərbi texnikaları - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb-qaçdığı, həmçinin bö...

Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq – Təhlil

21-10-2020-14-21 Xəbərlər

Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq – Təhlil

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi ...

Gülnarə xalanın qapısını xəcalətlə döyməyin hayqırtısı

21-10-2020-13-42 Xəbərlər

Gülnarə xalanın qapısını xəcalətlə döyməyin hayqırtısı

Mən bu gün hisslərin sözlərlə ifadə edilə bilmədiyi bir ruh halındayam. Sözlər n...

Ermənistanın növbəti PUA-sı məhv edilib

21-10-2020-12-49 Xəbərlər

Ermənistanın növbəti PUA-sı məhv edilib

Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növ...

Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21-10-2020-11-42 Xəbərlər

Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı ə...

Cəbrayılın işğaldan azad olunan Çərəkən kəndinin görüntüləri - VİDEO

21-10-2020-11-22 Xəbərlər

Cəbrayılın işğaldan azad olunan Çərəkən kəndinin görüntüləri - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kən...

MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

21-10-2020-11-01 Xəbərlər

MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfi...

Gecə və gündüz artilleriya atışlarının görüntüləri - VİDEO

21-10-2020-10-31 Xəbərlər

Gecə və gündüz artilleriya atışlarının görüntüləri - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi gecə və gündüz artilleriya atışlarının videogörüntü...

Müdafiə Nazirliyi: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb

21-10-2020-10-22 Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb

Ermənistan tərəfinin Azərbaycana məxsus hərbi təyyarənin guya vurulması barədə y...

Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib

21-10-2020-09-00 Xəbərlər

Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadl...

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib

21-10-2020-08-59 Xəbərlər

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl ...

Naxçıvan nümayəndəliyinin rəhbəri Kolumbiya səfiri ilə görüşüb

20-10-2020-17-35 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Kolumbiya səfiri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Hacı Bədəl körpüsü

20-10-2020-16-46 Xəbərlər

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Hacı Bədəl körpüsü

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağ...

Ermənilərin Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı

20-10-2020-16-09 Xəbərlər

Ermənilərin Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblər...

Zəngilana Azərbaycan bayrağı sancıldı - VİDEO

20-10-2020-15-31 Xəbərlər

Zəngilana Azərbaycan bayrağı sancıldı - VİDEO

Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə edi...

Naxçıvan DTX ermənilərə dair yeni faktlar əldə etdi - VİDEO

20-10-2020-14-10 Xəbərlər

Naxçıvan DTX ermənilərə dair yeni faktlar əldə etdi - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan ordusunun ...

Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

20-10-2020-13-30 Xəbərlər

Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutu...

Semyon Peqov Qarabağdan qaçıb

20-10-2020-12-26 Xəbərlər

Semyon Peqov Qarabağdan qaçıb

Teleqramda təxribatçı videolarla populyarlıq qazanan “WarGonzo” kanalının qurucu...

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbələr endirir - VİDEO

20-10-2020-11-36 Xəbərlər

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbələr endirir - VİDEO

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbəl...

“Hər yarım saatdan bir erməni əsgərinin meyiti basdırılır...”

20-10-2020-11-03 Xəbərlər

“Hər yarım saatdan bir erməni əsgərinin meyiti basdırılır...”

“Bilirsiniz nə qədər belə morq var?...”

Düşmənin zirehli texnikaları məhv edilib - VİDEO

20-10-2020-10-08 Xəbərlər

Düşmənin zirehli texnikaları məhv edilib - VİDEO

Ermənistan silahlı qüvvələrinə məxsus zirehli texnikaların məhv edilməsinin növb...

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

20-10-2020-09-00 Xəbərlər

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə Azərbaycan Ordusu tərəfindən həyat...

Cəbhədə son vəziyyət: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

20-10-2020-08-00 Xəbərlər

Cəbhədə son vəziyyət: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadr...

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19-10-2020-17-01 Xəbərlər

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini ...

Ermənilər Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub

19-10-2020-16-19 Xəbərlər

Ermənilər Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub

Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə t...

Erməni psixoloq: “Əsgərlərimiz müharibədən qorxur”

19-10-2020-15-03 Xəbərlər

Erməni psixoloq: “Əsgərlərimiz müharibədən qorxur”

Erməni professor, psixologiya elmləri doktoru Mels Mkrtumyan etiraf edib ki, Erm...

Düşmən, indi də Ordumuzun qarşısına qadınlarını çıxarır - Ermənistan MN miskin vəziyyətini etiraf edir

19-10-2020-14-20 Xəbərlər

Düşmən, indi də Ordumuzun qarşısına qadınlarını çıxarır - Ermənistan MN miskin vəziyyətini etiraf edir

Qarabağın ətraf rayonlarında gedən şiddətli döyüşlərdə minlərlə itki verən Ermən...