Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bütün dünya üzrə Skype istifadəçiləri servisin işində nasazlıqla qarşılaşıblar.

Naxcivantv.az xarici KİV-lərə istinadla xəbər verir ki, kompaniya hazırda problemin aradan qaldırılması ilə məşğuldur. “Biz istifadəçilərin əlavəyə daxil ola bilməməsi, yaxud məlumat göndərə və ala bilməməsi ilə nəticələnə biləcək problemdən xəbərdarıq” – kompaniyanın saytında dərc olunmuş məlumatda belə deyilir. Qeyd olunur ki, bəzi istifadəçilər qrup çağırışlarının davam etdiyini göstərən qara səhifə görə bilərlər. Onların, həmçinin dostlar siyahısına istifadəçilər daxil etməsi zamanı ləngimələrlə qarşılaşması da mümkündür.

Kompaniya artıq nasazlığın aradan qaldırılması üzərində işləyir.

www.naxcivantv.az