Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

"Apple" və IKEA şirkətləri mənzildə mebelin ölçülməsi üçün birgə mobil əlavə yaradır.

Naxcivantv.az-ın Vladtime.tu-ya istinadən xəbərinə görə, əlavə mağazadan alınana qədər mebelin interyerdə necə görünməsini görməyə imkan verəcək.

IKEA şirkətinin nümayəndələri bildirib ki, mobil əlavənin tərtibatı yekun mərhələdədir və indiyədək analoqu olmadığı üçün müştərilərin çox xoşuna gələcək.

Mebelin ölçülməsi "Iphone" kamerası və əlavə reallıq texnologiyası vasitəsilə reallaşdırılacaq. Payızda istifadəyə veriləcək əlavədə ilkin olaraq 600 mebel predmeti olacaq, zaman keçdikcə bu say artırılacaq.

www.naxcivantv.az