Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycanda bəzi adlar paralel şəkildə həm qızlara, həm də oğlanlara qoyula bilər.

Naxcivantv.az-ın məlumatına görə, belə "birgə ad"ların siyahısına Arzu, Hicran, Şövkət, İzzət, Yadigar, Ziyafət, Ulduz, İsmət, Afər və s. kimi adlar daxildir.

Ədliyyə Nazirliyinin statistik məlumatlarına əsasən isə ölkədə uşaqlara "birgə ad"ların qoyulması halları azalır. Lakin bu az sayda qoyulan adların sırasında Arzu və Pərvin digərlərinə nisbətən son 3 ildə uşaqlara daha çox qoyulan adlar hesab edilə bilər.

2013-cü ildə Arzu 382 nəfərə qoyulduğu halda, sonrakı illərdə bu rəqəm getdikcə azalıb və 2016-cı ildə 257 uşağa qoyulub. 2016-cı ildə Arzu adı daha çox qızlara (242 nəfərə) qoyulub.

Pərvin adı 2013-cü ildə 118, 2016-cı ildə 58 uşağa verilib.

Statistik məlumatlardan eyni zamanda bu nəticəyə gəlmək olar ki, valideynlər tərəfindən digər "birgə" adlara olan maraq daha da azalıb. Məsələn, statistik rəqəmlərə görə, Şövkət adı 2013-cü ildə 37, 2016-cı ildə 19 uşağa qoyulub. Hicran adı 2013-cü ildə 15, 2016-cı ildə 14 uşağa, İzzət adı 2013-cü ildə 38, 2016-cı ildə 24 uşağa, Yadigar adı (bu ad adətən doğularkən valideyinlərindən birini, xüsusilə ananı itirmiş uşaqlara verilib) 2013-cü ildə 16, 2016-cı ildə 13 uşağa, Ziyafət adı 2013-cü ildə 20, 2016-cı ildə 16 uşağa, İsmət adı 2013-cü ildə 33, 2016-cı ildə 17 uşağa, Ulduz adı həm 2013, həm də 2016-cı ildə 29 uşağa, Məhəbbət adı 2013-cü ildə 29, 2016-cı ildə 17 uşağa, Afər adı 2013-cü ildə 8, 2016-cı ildə 6 uşağa qoyulub.

www.naxcivantv.az