Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyada bu dəfə Ordubad və Culfa rayon gəncləri iştirak edib.

Naxcivantv.az xəbər verir ki, Həsən Əliyev adına Zəngəzur Milli Parkında olan gənclərə “5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə bağlı məlumat verilib. Təbiətin, ətraf mühitin qayğısına qalmağın və mühafizəsinin vacib amil olduğu diqqətə çatdırılıb.

Parkın flora və fauna nümunələrinin sərgiləndiyi muzeyə baxış keçirdikdən sonra gənclər Zəngəzur Milli Parkını ekskursiya ediblər. Onlar  buranın təbiətini heyranlıqla seyr edib və sosial şəbəkələrdə paylaşmaq üçün  fotoşəkillər çəkiblər.

Qeyd edək ki, 5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində yeniyetmə və gənclərin ətraf mühit barədə biliklərinin artırılması və maarifləndirilməsi məqsədi ilə keçilən bu səpkili tədbirlər zəngin flora və faunası olan muxtar respublikanın təbiətinin qorunması, təbliği istiqamətində atılan addımdır.

View the embedded image gallery online at:
http://www.naxcivantv.az/index.php/news/3610-ordubad-v%C9%99-culfa-g%C9%99ncl%C9%99ri-%E2%80%9Cg%C9%99ncl%C9%99r-%C9%99traf-m%C3%BChitin-%C3%A7irkl%C9%99nm%C9%99sin%C9%99-yox-deyir%E2%80%9D-aksiyas%C4%B1na-qo%C5%9Fulublar.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdfad518e8f6

Röyal Kərimov

NTV Xəbər

www.naxcivantv.az