Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Mayın 31-də Bakı vaxtı ilə saat 21.55-də Türkiyənin Şırnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində göyərtədəki 13 hərbçinin hamısı həlak olub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı şəhid hərbçilərin həlak olması ilə əlaqədar onların ailələrinə başsağlığı verib.

“Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində havaya qalxdıqdan 3 dəqiqə sonra yüksək gərginlikli elektrik xəttinə toxunaraq yerə düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qəzadan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı məlumatlandırılıb. Türkiyənin milli müdafiə naziri Fikri İşıq qəza ilə əlaqədar Şırnak vilayətinə gedib.

www.naxcivantv.az