Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar nəinki Naxçıvanı, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən dahi lider Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarları Naxçıvanda milli dirçəlişin əsasını qoymaqla Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji  əsaslarını müəyyən etdi. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazdığı Ali Məclisin Qərarında deyilirdi:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:

1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.

Həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırıldı, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edildi. Hələ kommunist partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar  Azərbaycanın müstəqillik yoluna işıq saldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunmuşdur. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edildi. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımız dövlət rəmzi kimi təsbit edilib. Burada göstərilir ki,  Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımızdakı mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng- İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Görkəmli dövlət xadiminin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezident cənab İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Dövlət başçısının 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən isə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. “Ginnes” dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkəmizin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılıb. Belə bayraq meydanlarından biri də dövlət atributlarımıza sevgi və hörmətin göstəricisi kimi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasındadır. Muxtar respublikamızda dövlət rəmzlərinin qorunması, yaşadılması və təbliğinə böyük diqqət göstərilir, dövlət rəmzlərimiz və atributlarımız daim uca tutulur. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Naxçıvan şəhərindəki Bayraq Meydanında unikal quruluşa malik Bayraq Muzeyi yaradılıb. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafinda yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir. Muzeydə nümayiş olunan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları dövlətçilik tariximizi, Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə geniş imkanlar yaradır, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işində mühüm rol oynayır.

Qeyd edək ki, bayraq meydanları muxtar respublikamızın bütün bölgələrində yaradılır, üçrəngli bayrağımız bu yerlərdə müstəqilliyimizin simvolu kimi əzəmətlə dalğalanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin  nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. Qürurvericidir ki, illər öncə cənab Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün real həyatda təsdiqini tapıb. Bir aydan çox idi dövlətimizin ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda başlanan Vətən müharibəsindən qalib çıxan, zəfər çalan Azərbaycan oldu. Müzəffər Ordumuzun cəsarəti, peşəkarlığı, Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində Qələbə qazandıq. İndi əzəmətli Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımız olan Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, Şuşada, digər kənd və qəsəbələrimizdə xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində  qürurla dalğalanmaqdadır.  Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın  sayəsində ucalan zəfər bayrağımız əbədidir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...