Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatıb. Onların 18-i qadın, 10-u uşaqdır.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

www.naxcivantv.az