- Ətraflı
- Bölüm: Xəbərlər
Hər gün bir yeni xəbər, hər gün bir qələbə sevinci...
İndi təkcə bizim coğrafiyada deyil, planetimizin hər yerində yaşayan azərbaycanlıların və türklərin əhval-ruhiyyəsi bunun üzərində köklənib. Hər səhər yuxudan oyanan kimi əl atdığımız smartfonlardan Vətən müharibəsinin Qarabağ cəbhəsində baş verən yeni müjdə dolu xəbərlərini acgözlüklə izləyirik. Dağıdılan düşmən ordusuna məxsus silah-sursat, hərbi texnika və canlı qüvvənin görüntüləri ürəyimizdən sanki 30 illik həsrətin yanğısını, nifrətini çıxarır. İşğalçı düşməni məhv edən hər mərmi şəhid oğulların qisas səsidir. İndi bu xəbərlər təkcə zəfər himninin söz-söz yazılan misraları deyil, həm də hamımızı birləşdirən dəyərdir.
Torpaqların işğaldan azad olunmasının sevincini az qala unutmuşduq. Ancaq 2016-cı ilin şanlı Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında yenidən bu xəbəri eşitmə haqqımız olduğunu bizə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə başçısı cənab İlham Əliyev yaşatdı.
Bu gün isə... Hər saatbaşı televizorun, kompüterin qarşısında, mobil telefonların ekranlarında axtarırıq işğaldan azad edilən kəndimizin, qəsəbəmizin, şəhərimizin yeni müjdəsini. Hələ bu xəbəri sadə vətəndaş qədər sevinərək, dünyanın ən güclü sərkərdəsi kimi qətiyyətli, tutarlı ifadələri, işğalçı düşmənə nifrəti, emosiyası ilə ölkə başçısının statusundan, öz dilindən eşitməyin ayrı bir həzzi, unudulmazlığı, qüruru var. Şükürlər olsun sənə, ulu Tanrı, bu sevinci bizə məhz bu cür yaşatdığın üçün. Sentyabrın 27-dən bu günə qədər azad edilən 150-yə qədər yaşayış məntəqəsi, mühüm, strateji yüksəkliklər, azad edilən hər qarış torpağımız- Qarabağ üçün necə darıxmışdıq?!
İndi nəinki türk dünyasının, bütün dünyanın diqqəti Azərbaycanda, Qarabağdadır. Hər kəsə isə bu savaşdan bir pay düşür: bizə geri qaytarılan minillik torpaqlarımız, dünyanın müxtəlif ölkələrinin hərbi mütəxəssisləri üçün göylə yerin arasında gedən yeni döyüş taktikası, torpaqlarında Qarabağ kimi süni problem yaradılan ölkələr üçün unikal həll yolu, kiminsə oyuncağına çevrilərək yaradılan qondarma qurumlar üçün fiaskonun bariz nümunəsi!
...Hər dəfə Müdafiə Nazirliyinin işğaldan azad edilən kəndlərimizdən yayımladığı videomateriallarda bir məqam diqqətimi çəkir. Yaşayış infrastrukturu tamamilə dağıdılan kəndlər, şəhərlər, talan edilən evlər, binalar. İlk baxışdan işğalçı ermənilərə yönələn bir sual doğur: Əgər bu kəndlərdə, şəhərlərdə yaşamayacaqdınsa, niyə onları dağıdıb, əhalisini zorla çıxmağa məcbur edirdin? Amma cavab da elə həmin anda gəlir: həmişə türkə-azərbaycanlıya nifrət edən vətənsiz erməni yaxşı bilir ki, bu torpaqlar onun deyil. İstəsə belə ondan zorla özünə vətən düzəldə bilməz. Çünki gec-tez sahibi onu geri qaytarmaq üçün qayıdacaq və onda əsl erməni xisləti üzə çıxır; dağıtmaq, yandırmaq, talamaq və bayquş kimi xarabalıqdan zövq almaq!
Bir məqam isə insana daha çox xoş gəlir. Azərbaycan əsgərinin ayağı dəyən, işğaldan azad olana qədər ermənilər tərəfindən xarabazarlığa çevrilən hər bir kənd, qəsəbə və şəhər sanki bizim üçün dünyanın ən yaraşıqlı yeridir. O dağıdılan evlərdə, uçuq divarlarda belə doğmalıq, hərarət hələ də qalır. Vallah, bir payız günündə mənə elə gəlir ki, o torpaqlara yaz yaşıllığı, yaraşığı, Qələbənin rəngi gəlib!!!
Səməd Canbaxşiyev
Bölmənin digər xəbərləri
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17-11-2020-18-25 Xəbərlər

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...
Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
17-11-2020-16-27 Rəsmi

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...
Ermənistan XİN rəhbərinin müavini də istefa verdi
17-11-2020-15-49 Xəbərlər

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...
Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı
17-11-2020-12-54 Xəbərlər

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...
Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib
17-11-2020-11-20 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...
30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır
17-11-2020-00-00 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...
Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib
16-11-2020-20-32 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...
Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”
16-11-2020-18-41 Xəbərlər

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
16-11-2020-18-19 Rəsmi

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı
16-11-2020-14-34 Xəbərlər

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...
Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi
16-11-2020-12-50 Xəbərlər

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
16-11-2020-11-26 Xəbərlər

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?
16-11-2020-10-35 Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...
Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb
16-11-2020-09-48 Xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16-11-2020-09-00 Xəbərlər

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...
General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir
15-11-2020-16-46 Xəbərlər

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...
Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib
15-11-2020-15-21 Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...
Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır
15-11-2020-15-11 Xəbərlər

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...
Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
15-11-2020-14-24 Xəbərlər

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...
Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...
Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb
14-11-2020-17-56 Xəbərlər

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan
14-11-2020-15-55 Xəbərlər

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...
Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi
14-11-2020-12-45 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...
Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur
14-11-2020-11-24 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
14-11-2020-11-05 Xəbərlər

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
13-11-2020-16-05 Xəbərlər

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...
Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib
13-11-2020-14-57 Xəbərlər

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...
Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi
13-11-2020-12-18 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...
Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
13-11-2020-10-50 Xəbərlər

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...
Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib
13-11-2020-09-24 Xəbərlər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...