Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə nəşr olunan Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Sahil Tahirlinin “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək deyib ki, Naxçıvan Dövlət Universiteti artıq bir neçə ildir, muxtar respublikamızın jurnalist kadr hazırlığını məqsədyönlü şəkildə həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə qayğısı nəticəsində universitetdə Media Mərkəzi və Jurnalistika ixtisasının fəaliyyəti üçün yaradılan geniş maddi-texniki baza, eyni zamanda təcrübi imkanlar günün tələblərinə cavab verən jurnalistlərin yetişdirilməsinə şərait yaradır. Bu gün universitetdə təhsil alan tələbə-jurnalistlər Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Şərq qapısı” qəzeti redaksiyasında təcrübə keçir, bilik və bacarıqlarını artırır.

Hər iki kitabın müəllifi təbrik edən Elbrus İsayev vurğulayıb ki, təqdimatı keçirilən kitablar mövzu-məzmun, forma-metodiki cəhətdən zəngindir. Dövrün aktual mövzularının öz əksini tapdığı kitablar həm dərs vəsaiti kimi tələbələrimizə peşəkar jurnalistikanın qaydalarını mənimsəməkdə, həm də gələcəyin təcrübəli jurnalisti kimi yetişmələri üçün mühüm mənbə rolunu oynayacaqdır.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov muxtar respublikada kütləvi informasiya vasitələri üçün yaradılan müasir şəraitdən danışıb.  

“Naxçıvanın publisistik xəritəsi” kitabının müəllifi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Mətanət Məmmədova bildirib ki, muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək sərbəst və müstəqil fəaliyyətləri ilə cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemləri işıqlandırırlar. Göstərilən bu qayğı muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatını əks etdirən yazılarla mətbuatda çıxış etməyimiz və bu yazıların kitab şəklində nəşr olunması ilə nəticələnir. Bu il Azərbaycan milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən tədbirdə Ali Məclisin Sədri cənab Vasif Talıbov “Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” kitablarının Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında dərs vəsaiti kimi istifadə olunmasını tövsiyə edib.

“Yaratmaq amalı” kitabının müəllifi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli bildirib ki, bu gün dövlətimiz, xalqımız, cəmiyyətimiz Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsi aparır.  Bu milli mübarizə isə təkcə döyüş meydanında yox, informasiya meydanında da uğurla davam etdirilir.  Yaradılmış yüksək imkan və şəraitdən istifadə edən muxtar respublikanın kütləvi informasiya vasitələri də ordumuzun apardığı Qarabağa böyük qayıdış mübarizəsini, eləcə də Naxçıvan həqiqətlərini yaxından izləyir, istər televiziya, istərsə də qəzetlər, agentliklər, internet resursları, sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya çatdırır. Bu gün biz illərdir blokada şəraitində yaşayan Naxçıvanın müdafiə, ərzaq, enerji və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin xüsusi əhəmiyyət daşıdığını daha dərindən dərk edirik.

Sahil Tahirli deyib ki, ötən əsrin 90-cı illərində düşdüyümüz informasiya blokadası tam yarılıb.  İndi Naxçıvan həqiqətləri bir neçə dildə bütün dünyaya çatdırılır. Mediamız düşmənin təbliğat maşınını nəzərəçarpacaq dərəcədə üstələyib. Bununla bərabər, istedadlı gənc jurnalistlərin yetişdirilməsinə, yeni kitab və tədris vəsaitlərinin yazılmasına da böyük diqqət göstərilir. Bu gün təqdimatı keçirilən kitablar da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Mətanət Məmmədova və Sahil Tahirli yaradıcı şəxslərə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək demişdir ki, Azərbaycanın şərəfli tarixinin yazıldığı bir dövrdə hər bir jurnalist əsl vətənpərvər ziyalı kimi müsəlləh əsgər missiyasını şərəflə yerinə yetirməyə çalışmalı, öz cəbhəsində, fəaliyyətində əzmlə mübarizə aparmalıdır. Jurnalistika sahəsində yaradılan şərait muxtar respublikada bu sahəyə göstərilən böyük dövlət qayğısıdır. Təqdimatına toplaşdığımız kitablar isə günümüzün salnaməsinin yazılması baxımından dəyərli vəsaitlərdir.

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Qızbəsti Quliyeva çıxış edərək muxtar respublikada gənc jurnalistlərin yetişdirilməsi üçün yaradılan şəraitdən danışmışdır.  

Sonra Universitetin Jurnalistika ixtisasının Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə və “Şərq qapısı” qəzeti redaksiyasının hamiliyinə verilməsi istiqamətində görülən işlər müzakirə olunub, təkliflər verilib, gələcək perspektivlər müəyyənləşdirilmişdir.

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hamiliklə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra Universitetin Media Mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, hamilik proqramı çərçivəsində jurnalistika ixtisasını bitirən 17 gənc Naxçıvan teleradiosunda işə götürülüb. Hazırda isə 3 tələbə müqavilə əsasında televiziya ilə əməkdaşlıq edir. Onlar Media Mərkəzinin də imkanlarından yararlanaraq ilkin praktik vərdişlərə yiyələnirlər. Media Mərkəzinin arxivi Naxçıvan televiziyasının və radiosunun hazırladığı veriliş və filmlərlə müntəzəm olaraq zənginləşdirilir.

“Şərq qapısı”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...