Çox gözlədik... İnandıq... Düz 27 il... Həsrətin sona yetəcəyinə... Bu ötən illər ərzində hər iki ölkə arasında  “sülh” danışıqları oldu, boş vədlər verildi.

ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin bu laqeyd münasibəti, xalqımıza qarşı törədilən vəhşilikləri görməzdən gəlməsi, ərazi bütövlüyümüzün dünya ölkələri tərəfindən tanınmasına baxmayaraq, mənfur düşmən tərəfindən işğal altında saxlanması birtərəfli münasibətdən başqa bir şey deyildi. Amma buna baxmayaraq xalqımız doğma torpaqlarımızın geri qaytarılması uğrunda mübarizəni heç vaxt dayandırmadı. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: ”Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, biz hər bir şeyə dözə bilərik, ancaq torpaqlarımızın işğal altında qalmasına dözə bilmərik və dözməməliyik.”

Və nəticə...        

Azərbaycan Ordusu Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı bir-bir azad edir. Minnətdarıq, Ali Baş Komandan! Minnətdarıq, Azərbaycan Ordusu! Minnətdarıq, bu qüruru bizə yaşatdığınız üçün.

Oktyabrın 17-i Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin azad olunduğunu xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Füzuli Azərbaycanın qədim və əhəmiyyətli bölgələrindən biridir. Əvvəlcə bu yerin adı Qarabulaq adlandırılıbdır. Təbii ki, burada bol sulu çayların olması bu adın verilməsinə səbəb olubdur. “Qara” sözü rəng mənasında yox, böyük mənasında işlədilibdir. Bədnam qonşuların-insanlıq tarixinə ləkə olan ermənilərin müdaxiləsi nəticəsində bəzi tarixi yer adlarımız da öz mənasını itirib. Sonralar bu qədim torpağımızın adı dəyişdirilərək Qaryagin olubdur. O Qaryagin ki, Sisianov kimi türklərə qənim kəsilən bir şovinist idi. Lakin haqq-ədalət öz yerini gec-tez tapır. 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə bu rayonu Füzuli adlandırırlar.   

İşğaldan əvvəl rayonda təxminən 144 min nəfər əhali yaşayıb, 1 şəhər, 1 qəsəbə, 75 kənd olubdur. Füzuli rayonu 1993-cü ilin avqustunda işğal edilən zaman yüzlərlə şəhid verib, minlərlə insan əlil olub, 100-dən çoxu isə itkin və girov düşübdür.

1994-cü ildə rayonun 22 yaşayış məntəqəsi, 50 min hektara yaxın ərazisi işğaldan azad edilibdir. Rayonun azad olunan ərazilərində yenidənqurma işləri aparılıb, iş yerləri açılıb, bir sözlə, insanların rahatlığının təmin olunması üçün hər cür şərait yaradılıbdır. Horadiz qəsəbəsində evlər bərpa olunub, yeniləri tikilib, yollar abadlaşdırılıb, həyat öz axarına qaytarılıbdır. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlər həmin evlərə köçürülübdür. Lakin erməni vandalları tərəfindən işğal olunan ərazilərimizdə 30 il müddətində heç bir infrastruktur yaradılmayıbdır. Əksinə var olanlar da dağıdılıbdır. Əslində təəccüblənməmək lazımdır. Çünki Ermənistan bərabərdir vəhşilik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr 2020-ci il tarixində xalqa müraciəti zamanı dediyi kimi: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir.”

Füzuli şəhərinin azad olunması bizə strateji üstünlük verir. Bu qədim torpağımızın erməni tapdağından azad edilməsi üçün ağır döyüşlər getdi. İtkilər verdik. Amma əzəli, tarixi torpağımızı yağı düşmənə buraxmadıq. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun şücaəti ilə düşmən silahlarını ataraq qaçır. Hətta Ermənistan Silahlı Qüvvələrində əsgərlər arasında əmrlərə tabe olmama halları baş verir. Düşmən hərbçiləri artıq döyüşmək istəmir və mövqeləri özbaşına tərk edirlər. Paylaşılan videolarda da bu, açıq-aydın görünür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik.”

Bu gün tarixi bir gündür

Ustad şairimiz Hüseyn Arifin "Sən burda qəribsən, yurd orda qərib" misrasında dilə gətirilən nisgil, Vətən həsrəti artıq vüsala çevrilir. Bu vüsala yetişməyin başlıca səbəbkarı isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qüdrətli ordumuzdur. Bu gün Azərbaycan tarix yazır və bütün dünya bu tarixə şahidlik edir. Bir milyondan çox qaçqın, məcburi köçkünümüz artıq ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. Bu gün xeyirin şər üzərində qələbə çaldığı gündür. Bu gün tarixi gündür. Azərbaycan xalqı həyəcanla gözlədiyi günün-ərazi bütövlüyümüzün bərpa olunmasının həyəcanını yaşayır. Bir-bir azad olunan torpaqlarımızda azan sədaları eşidilir.

Füzulidən nə qalıb?!

Füzuli rayonu tarixi-dini abidələr, ziyarətgahlar, xüsusən də türbələrlə zəngin idi. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni,  XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini, Şah Abbas karvansarayını, Qiyasəddin məscidini aid etmək olardı. Cümlələr keçmiş zamandadı. Çünki erməni vandalizmi nəticəsində həmin abidələrdən, türbələrdən, ziyarətgahlardan əsər-əlamət qalmayıb. Amma geri qayıdıb orada dayanan həyatı yenidən, qaldığı yerdən davam etdirəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.”

Azərbaycan həqiqətləri dünya mediasında

Prezident İlham Əliyev "Euronews",  "Əl-Cəzirə", CNN-Türk, "Sky News", "Əl-Ərəbiyyə" televiziyalarına, Rusiyanın "Pervıy kanal", eləcə də "Rossiya 1" telekanalının "60 dəqiqə" proqramına, Türkiyənin "TRT Haber" telekanalına, "CNN International" televiziya kanalının "Connect the World" proqramına və digər telekanallara geniş müsahibələr verdi. Təbii ki, Prezidentə ünvanlanan suallar içərisində qərəzli, təxribat xarakteri daşıyan suallar da olurdu. Amma ölkə rəhbəri həmin suallara  böyük səbrlə, təmkinlə cavablar verirdi. Azərbaycanın haqq yolunda olduğunu, öz torpağında vuruşduğunu, bu şərəfli missiyanın ləyaqətlə yerinə yetirildiyini dəfələrlə dünyaya çatdırdı.

Düşmən həmişəki kimi xainlik edib, üz-üzə döyüşdən qaçaraq mülki əhalini hədəfə alsa da, biz döyüş meydanında gücümüzü həm düşmənə, həm də dünyaya göstəririk. Biz sonadək vuruşacağıq. Vuruşacağıq ki, ərazi bütövlüyümüzü təmin edək. Vuruşacağıq ki, qələbə qazanaq. Qələbə qazanacağıq ki, şəhidlərimizin ruhu şad olsun. Və şəhidlərimizin narahat ruhu işğal altında olan torpaqlarımız azad olunandan sonra rahatlıq tapacaq. Biz xoşbəxt insanlarıq ki, o möhtəşəm günün yaxında olduğunu bilir və görürük. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”

Rəmzi İbrahimov

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...