Bu günə qədər ABŞ-ın “Eurasia Review” qəzetində Naxçıvan Muxtar Respublikası barədə 40-dan artıq məqalə nəşr olunub. 17 sentyabr 2020-ci il tarixdə amerikalı jurnalist və diplomat Peter Tasenin “Eurasia Review” qəzetində “Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı” başlıqlı məqaləsi nəşr edilib.

NUHÇIXAN İnformasiya Agentliyi həmin məqalənin birinci hissəsini təqdim edir:

2014-cü ilin sentyabr ayında Avropa Şurasının keçmiş baş katibi, tanınmış avstriyalı diplomat Walter Schwimmer ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olduq. Naxçıvan şəhərində olduğumuz müddətdə Avrasiya məkanında nadir memarlıq abidəsi olan Yusif Küseyir oğlu və Qarabağlar türbələrini ziyarət etmək fürsətimiz oldu.

Yusif Küseyir oğlu türbəsi Naxçıvan şəhərində memarlıq abidəsidir. Bu abidə Xiyabani prospektində yerləşir və xalq tərəfindən Atababa türbəsi və ya Atababa günbəzi olaraq tanınır. Memarlıq şah əsəri səkkiz əsr bundan əvvəl tikilmiş, XX əsrin əvvəllərində müəyyən bərpa işləri aparılmış, mühəndis qurğuları gücləndirilmişdir. Bu nadir türbə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəklindədir.

Türbənin səkkizbucaqlı prizmatik gövdəsi xaricdən piramidaşəkilli, daxildən isə tavan çatma tağşəkilli sferik günbəzlə örtülmüşdür. Türbədə ikiqat günbəz quruluşunun ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş və indiyə qədər gəlib çatmış yeganə bir nümunəsini görürük. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyiroğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabədə bildirilir ki, “Bu türbə xacə, sanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Həmin kitabədə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi 1162) tikildiyi göstərilir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunmuşdur. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada kitabə yerləşdirilmişdir. Qurşaqda kufi xətlə “Quran”dan ayələr yazılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu əzəmətli abidənin və onun kitabələrinin qorunub saxlanmasına xüsusi diqqət yetirmiş, mühüm əhəmiyyətə malik olan xüsusi memarlıq şah əsərini qorumaq üçün vəsait ayrılmışdır.

Türbənin yeraltı hissəsi sərdabə, yerüstü hissəsi isə xatirə qülləsindən ibarətdir. Səkkizüzlü türbənin çıxıntılı dayaqlar şəklində olan tilləri sadə hörgülü kərpicdən yaradılmışdır. Binanın qəfəsini təşkil edən bu qurğuların arasındakı sahələr həndəsi ornamentli formada üzlənmiş, ayrı-ayrı səthlər müstəqil motivli naxışlarla işlənmişdir. Ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, gəc məhlulu ilə səthlərə bərkidilmişdir. Türbənin qərbə baxan səthi digər səthlərdən fərqli olaraq, giriş baştağı şəklində tərtib edilmişdir. Ornament bəzəkləri tikilinin memarlıq formaları ilə həmahəngdir. Sərdabə ilə yerüstü hissə arasındakı günbəz də çatma tağlıdır. Sərdabə günbəzinin ortasında binanı nəmişlikdən qorumaq üçün silindrik formada xüsusi havatəmizləyici boşluq qoyulmuşdur. Sərdabəyə qərb tərəfdəki pilləkənlərlə enilir. Əsas fasaddakı giriş portalı çatma tağlı taxça, qapısı isə düzxətli tağ formasındadır. Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli, qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol işıq-kölgə çalarları ilə bu koloriti zənginləşdirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında bu böyük şah əsər bərpa olunmuşdur.

Naxçıvan dünya mədəniyyətinin bir xəzinəsidir, beynəlxalq səviyyədə tədqiq edilməli və daimi olaraq təbliğ olunması vacib olan memarlıq xüsusiyyətlərinə malikdir. Doğma, qədim Naxçıvan, həqiqətən, beynəlxalq diqqətə layiq incidir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19-10-2020-17-01 Xəbərlər

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini ...

Ermənilər Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub

19-10-2020-16-19 Xəbərlər

Ermənilər Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub

Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə t...

Erməni psixoloq: “Əsgərlərimiz müharibədən qorxur”

19-10-2020-15-03 Xəbərlər

Erməni psixoloq: “Əsgərlərimiz müharibədən qorxur”

Erməni professor, psixologiya elmləri doktoru Mels Mkrtumyan etiraf edib ki, Erm...

Düşmən, indi də Ordumuzun qarşısına qadınlarını çıxarır - Ermənistan MN miskin vəziyyətini etiraf edir

19-10-2020-14-20 Xəbərlər

Düşmən, indi də Ordumuzun qarşısına qadınlarını çıxarır - Ermənistan MN miskin vəziyyətini etiraf edir

Qarabağın ətraf rayonlarında gedən şiddətli döyüşlərdə minlərlə itki verən Ermən...

Yaralanan erməni əsgərləri döyüşməkdən imtina edirlər

19-10-2020-13-36 Xəbərlər

Yaralanan erməni əsgərləri döyüşməkdən imtina edirlər

Qarabağdakı döyüşlərdə yaralanan erməni əsgərləri döyüşlərə geri qayıtmaqdan imt...

MN: Göygöldə mövqelərimiz atəşə tutulur

19-10-2020-13-05 Xəbərlər

MN: Göygöldə mövqelərimiz atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12.00-dan başlayar...

Ermənistan silahlı qüvvələri dövlət sərhədində mövqelərimizi atəşə tutur

19-10-2020-12-46 Xəbərlər

Ermənistan silahlı qüvvələri dövlət sərhədində mövqelərimizi atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti...

Gələn il Füzulinin işğalından 28 il ötməyəcək

19-10-2020-12-10 Xəbərlər

Gələn il Füzulinin işğalından 28 il ötməyəcək

Çox gözlədik... İnandıq... Düz 27 il... Həsrətin sona yetəcəyinə... Bu ötən illə...

Baş Prokurorluq: Düşmənin ağır artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun iki kəndində 25-dən çox evə ciddi ziyan dəyib

19-10-2020-11-00 Xəbərlər

Baş Prokurorluq: Düşmənin ağır artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun iki kəndində 25-dən çox evə ciddi ziyan dəyib

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblər...

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

19-10-2020-10-42 Xəbərlər

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir

19-10-2020-10-31 Xəbərlər

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbayc...

Müdafiə Nazirliyi: Düşmən taborunun qərargah rəisi məhv edilib

19-10-2020-09-16 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən taborunun qərargah rəisi məhv edilib

Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Had...

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

19-10-2020-09-08 Xəbərlər

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Had...

Cəbhədə son vəziyyət

19-10-2020-09-00 Xəbərlər

Cəbhədə son vəziyyət

Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Had...

Prezident İlham Əliyev: Cəbrayılın bir sıra kəndləri azad edilib

19-10-2020-08-14 Xəbərlər

Prezident İlham Əliyev: Cəbrayılın bir sıra kəndləri azad edilib

"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, ...

İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

18-10-2020-19-24 Xəbərlər

İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb. ...

Hərbçilərimiz Xudafərin körpüsündən Ali Baş Komandana raport verdilər - VİDEO

18-10-2020-17-27 Xəbərlər

Hərbçilərimiz Xudafərin körpüsündən Ali Baş Komandana raport verdilər - VİDEO

Azərbaycan hərbçiləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin ...

Prezident İlham Əliyev: "Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar"

18-10-2020-16-48 Xəbərlər

Prezident İlham Əliyev: "Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar"

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayr...

Komissiya: 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətəuyğun deyil

18-10-2020-16-31 Xəbərlər

Komissiya: 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətəuyğun deyil

"Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad ...

DTX: Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır

18-10-2020-16-15 Xəbərlər

DTX: Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası...

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib - VİDEO

18-10-2020-14-07 Xəbərlər

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib - VİDEO

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatl...

Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub

18-10-2020-13-33 Xəbərlər

Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusun...

Düşmənin hərbi hissəsi ələ keçirilib - VİDEO

18-10-2020-12-13 Xəbərlər

Düşmənin hərbi hissəsi ələ keçirilib - VİDEO

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermə...

Ermənistan ordusunun yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Ağdam rayon sakini xəsarət alıb

18-10-2020-09-22 Xəbərlər

Ermənistan ordusunun yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Ağdam rayon sakini xəsarət alıb

Ermənistan silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmi...

Cəbhədə son vəziyyət

18-10-2020-08-56 Xəbərlər

Cəbhədə son vəziyyət

Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhən...

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

18-10-2020-07-00 Xəbərlər

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına ...

Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə yalan məlumat yayıb

18-10-2020-01-30 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə yalan məlumat yayıb

Azərbaycan hərbçilərinin guya mühasirəyə düşməsi barədə Ermənistan tərəfinin yay...

Müstəqilliyimiz daimidir, əbədidir

18-10-2020-00-00 Xəbərlər

Müstəqilliyimiz daimidir, əbədidir

XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin ...

Ermənistan ordusunun daha bir polkovniki məhv edildi

17-10-2020-23-24 Xəbərlər

Ermənistan ordusunun daha bir polkovniki məhv edildi

Qarabağ istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu Ermənistan ordusunun Ma...

Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

17-10-2020-22-57 Xəbərlər

Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat ...