Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək, Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermişdir.

Heydər ƏLİYEV
Ümummilli lider

Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət doktoru, “Humay” mükafatı laureatı, Abbasqulu Ağa Bakıxanov adına mükafatın üç dəfə laureatı, “Uğur” mükafatı laureatı, “Min bir mahnı” milli musiqi və mahnı mükafatı laureatı, İran İslam Respublikasında keçirilən ilk muğam festivalının Fəxri mükafatçısı, Tehran “Surə” Universitetinin Fəxri diplom mükafatçısı, ABŞ-ın “Fulbrayt-Heys” təqaüdü laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar, Naxçıvan MR-nın Əməkdar incəsənət xadimi, İran İslam Respublikasının Tehrandakı Musiqi və Memarlıq “Azad” Universitetinin Fəxri Doktoru Tofiq Əhməd Ağa oğlu Bakıxanov Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli davamçılarından biridir.

Çoxşaxəli və məhsuldar yaradı­cılığı, əsasən, XX əsrin ortalarında formalaşmağa başlayan T. Bakıxanov bugünədək, demək olar ki, operadan başqa musiqinin bütün janrların­da əsərlər yazmış, musiqili səhnə əsərləri – baletlər, musiqili komedi­yalar, simfonik orkestr üçün əsərlər (simfoniyalar, simfonik poemalar, uvertüralar, simfoniyettalar, simfo­nik muğamlar, konsertlər), xor üçün əsərlər, instrumental əsərlər, kamera-vokal əsərlər və s. onun qələminin məhsulu olmuşdur. Zəngin yaradıcılıq irsi yaratmış bəstəkarın hər bir əsəri – istər irihəcmli, istərsə də kiçikhəcmli əsərləri olduqca qiymətlidir.

Azərbaycanın mötəbər nəsillərindən birinin – Bakıxanovlar nəslinin nümayəndəsi olan Tofiq müəllimin milli musiqi tariximizə yüksək məharətlə öz adını yaz­dırması elə gözlənilən bir hadisə idi. Atası görkəmli tarzən, muğam bilicisi Əhməd ağa Bakıxanovdan öyrəndiyi muğamlar onun yaradıcı­lığı üçün əsaslı bünövrə olması ilə yanaşı, dahi Qara Qarayevin sinfində musiqinin incəliklərini öyrənməsi T.Bakıxanovun dünyagörüşünün, ya­radıcılıq üslubunun formalaşmasına, professional zirvəyə çatmasına səbəb olmuşdur.

Görkəmli bəstəkarımız Tofiq Quliyev deyirdi: “Tofiq Bakıxanov ona görə xoşbəxt sənətkardır ki, elə bir ailədə doğulub, böyük bəstəkar və gözəl insan Qara Qarayevin sinfində təhsil alıb. Belə bir şəxsin Azərbaycan musiqisində mühüm rol oynaması təbiidir. T.Bakıxanov musiqinin bütün janrlarında fəal yaradıcılıq göstərən bir sənətkardır. Onun simfonik, kame­ra, səhnə musiqisindən ibarət əsərləri dəyərli sənət nümunələridir”.

Müəllimi Q.Qarayev kimi klassik musiqinin milli ənənələr əsasında inkişaf etdirilməsi və bu inkişafda müasirlik mövqeyindən çıxış etmək prinsipi T.Bakıxanovun da yaradı­cılıq üslubunda özünü büruzə verir. Bəstəkarın əsərlərində xalq musiqisi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaradır. Belə ki, o, istər irihəcmli, istərsə də kamera əsərlərində milli musiqi xəzinəsindən bacarıqla bəhrələnərək uğurlu bədii nəticələrə nail olur.

Azərbaycan musiqi tarixində ilklərə imza atan Tofiq Bakıxanov Azərbaycanda ilk solist skripkaçı­lardan olmuş, viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq müraciət etmiş, Azərbaycanda ilk birpərdəli baletin yaradıcısı olmuş­dur. Dahi Q.Qarayevdən yüksək qiymət almaq violonçel ilə simfonik orkestr üçün birinci konsertinin ilk dinləyişindən sonra da (1958-ci il) T.Bakıxanova qismət olmuşdur. Belə ki, əsəri dinlədikdən sonra Qarayev bəstəkarı təbrik edərək demişdir: “Tofiq Bakıxanov fəxr edə bilər ki, Azərbaycan musiqi tarixində ilk violonçel konsertinin müəllifidir”.

Ü.Hacıbəyovun anadan olması­nın 60 illiyi münasibəti ilə keçirilən konsertdə T.Bakıxanovun solist kimi “Arşın mal alan” musiqili komediya­sının mövzuları əsasında fantaziyanı ifa etməsini bəstəkar belə xatırlayır: “Xoşbəxtliyimdən dahi bəstəkarın 60 illik yubileyi ərəfəsində simfo­nik orkestrin müşayiətilə “Arşın mal alan” musiqili komediyasının əsasında yazılmış “Fantaziya”nı ifa etdim. Üzeyir Hacıbəyov adına Dövlət Simfonik orkestri, solist-skrip­kaçı mən və dirijor Moskva Dövlət Konservatoriyasının professoru Leo Qinzburq idi. Konsertdə ifa olunmuş əsər dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.”

1950-ci illərdən başlayaraq, Azərbaycan Dövlət Filarmoniyası­nın nəzdindəki trioda skripkaçı kimi fəaliyyət göstərməsi də bəstəkarın uğurlu yaradıcılıq inkişafından xəbər verir. Görkəmli bəstəkarlarımızın bir sıra əsərlərinin ilk ifaçısı olmuş T.Bakıxanov F.Əmirovun skrip­ka, fortepiano və simfonik orkestr üçün ikili konsertini, S.Ələsgərovun “Xatirə”, “Romans” triolarını (S.Əliyev və E.Əliyeva ilə birlikdə), skripka və fortepiano üçün sonatasını, C.Cahangirovun skripka və fortepiano üçün sonatinasını, skripka və simfonik orkestr üçün konsertini məharətli ifası ilə musiqisevərlərə təqdim etmişdir.

Görkəmli bəstəkar Tofiq Bakı­xanova müəllimi dahi Üzeyir bəyin adına olan mükafatı almaq da nəsib olmuşdur. Onun AMEA-nın akade­mik Üzeyir Hacıbəyli adına mükafatı ilə təltif olunması 2017-ci ilin aprel ayında baş tutmuşdur. Bəstəkar özü deyir ki, bu mükafat onun üçün ən ali, ən əziz olan mükafatlar sırasındadır.

T.Bakıxanovun həyat və yaradı­cılığında Azərbaycanımızın ən qədim və səfalı güşələrindən olan doğma Naxçıvanımızla bağlılıq qabarıq şəkildə özünü göstərir. Bəstəkarın özünün təbirincə desək, Naxçıvan diyarı ilə bağlı olan anları onun həyatının ən gözəl xatirələrinin mü­hüm hissəsini təşkil edir.

Tofiq Bakıxanovun Naxçıvana olan sevgi və məhəbbəti Muxtar Respublika rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmiş və daim diqqət mərkəzində saxlanılmışdır. Ali Məclisin Sədri Vasif Talıbovun milli musiqimizin, mədəniyyətimizin inki­şafına, təbliğinə, sənətə və sənətkara verdiyi önəm sayəsində Naxçıvan musiqi ictimaiyyəti Tofiq Bakıxanov yaradıcılığı ilə daha dərindən tanış olmaq şansı əldə etmişdir.

Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sərəncamları ilə Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri, eyni zamanda, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi Naxçıvanda yüksək səviyyədə qeyd olunmuşdur.

Bəstəkar Tofiq Bakıxanov Naxçıvana hər gəlişində buradan olduqca razı halda geri dönmüş, xoş təəssüratlarını mətbuatda, televi­ziyada öz müsahibələrində dilə gətirmişdir: “Mənim Naxçıvana olan səfərlərimin hamısı maraqlı və yaddaqalan olub. Ancaq bu sonuncu səfərimdən (2016-cı ilin oktyabr ayı. G.M.) daha böyük təəssüratla qayıt­dım. Çünki Naxçıvanın möhtəşəm inkişafının son nailiyyətlərini gör­düm, oradakı elm, təhsil, mədəniyyət xadimlərinin hər cürə qayğı ilə əhatələndiyinin şahidi oldum, şəxsən öz yaradıcılığımın yüksək səviyyədə qiymətləndirilməsinin sevincini yaşadım. Hörmətli Vasif Talıbov yenə də məni şəxsən qəbul etdi və Azərbaycan mədəniyyətinin bu günkü uğurları barədə əhatəli şəkildə, səmimi söhbətimiz oldu. Həm də ona görə məmnun oldum ki, Naxçıvan­da atam Əhməd Ağa Bakıxanovdan musiqinin bir çox sirlərini öyrənmiş sənətkarlarla yanaşı, özümün keçmiş tələbələrimlə də görüşdüm. Qətiyyətlə deyə bilərəm ki, bu gün Naxçıvanda musiqi mədəniyyətimiz, həqiqətən, heç zaman görünməmiş inkişaf mərhələsini yaşayır. Yerli sənətkarların ifasında elə musiqi parçaları eşitdim ki, onları dinləyən istənilən azərbaycanlı sadəcə fəxr edə bilər.”

Görkəmli bəstəkar Naxçıvana təkcə yubileydən-yubileyə yox, həm də burada fəaliyyət göstərən musiqi ocaqlarında müəllim və tələbələrlə görüşlərə, ustad dərslərinə də dəvət olunmuşdur. O, dəfələrlə Naxçıvan Dövlət Universitetində, Naxçıvan Musiqi Kollecində, eyni zaman­da, musiqi məktəblərində həm tələbələrə ustad dərsləri keçmiş, öz dəyərli məsləhətlərini vermiş, həm də tələbələrin ifasında təşkil olunan konsertlərin, tədbirlərin dinləyicisi olmuş, çox razı qalmış­dır. Bəstəkar bu barədə öz geniş təəssüratlarını bölüşərkən, Naxçıvanda müəllimlərin, sözün həqiqi mənasında, milli mədəniyyətimizə, musiqi incəsənətimizə özünəməxsus töhfələr verə biləcək gənclərə xüsusi qayğı ilə yanaşdıqlarını, istedadlı musiqiçilər nəsli yetişdiyini vurğulamışdır.

2017-ci ildə ilk peşəkar naxçıvanlı bəstəkar olan Məmməd Nəsirbəyovun anadan olmasının 120 illik yubileyi Naxçıvanda yüksək səviyyədə qeyd olunmuşdu. Həmin yubiley tədbirinə Tofiq Bakıxanovun da dəvət olunması və şəxsən iştirakı təsadüfi deyil­di. Çünki Tofiq müəllim bəstəkar Məmməd Nəsirbəyovun yaradıcılıq irsinin tədqiqatçısı (bəstəkar Nazim Quliyevlə birlikdə) olmuş, Məmməd Nəsirbəyov haqqında kitab ərsəyə gətirmişdir. Tədbirdə iştirak edən Tofiq müəllim öz ürək sözlərini və xatirələrini bölüşmüşdü.

Tofiq Bakıxanov, həmçinin Naxçıvana olan sevgisini və heyran­lığını belə ifadə etmişdir: “Bilirsiniz, Naxçıvan mənim üçün çox ulu bir şəhərdir. Həm də çox müqəddəsdir. Ona görə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu torpaqda dünyaya göz açıb. Hava limanında təyyarədən enərkən elə oradaca qeyri-adi hisslərə bürünürəm. Mən dünyanın bir çox gözəl şəhərlərində olmuşam. Bu gözəl şəhərlər sırasında Naxçıvan da yaddaşımda möhkəm yer tutub. So­nuncu dəfə 2006-cı ildə olmuşdum. O zaman da çox gözəl idi. İndi isə daha da gözəlləşib. Buranın təkcə suyu, havası yox, siması da gözəldir. Mü­asir binalar, səliqəli yollar, təmizlik insana xoş təsir bağışlayır. Burada hər şey çox ürəkaçandır. İnsanları da xoşbəxtdirlər ki, belə bir qədim və eyni zamanda, gözəl bir diyarda yaşayırlar.”

Bu qədim diyar Tofiq Bakıxano­vun həm də ilham mənbəyi olmuş, bəstəkar öz məhəbbətini musiqi ilə də dilə gətirmişdir. Bəstəkarın xalq çalğı alətləri orkestri və simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyet­tası maraqlı əsərlərindən biridir. Əsəri dinləyərkən doğma elimizin füsunkar təbiəti, qədim tarixi və mədəniyyəti, mehriban insanları sanki gözlərimiz önündə canlanır. Əməkdar jurnalist İttifaq Mirzəbəyli bu əsər haqqında öz qiymətli fikirlərini belə qələmə almış­dır: “Bu simfoniyettada Naxçıvanın Əcəmi Naxçıvanidən Hüseyn Cavidə qədər olan mədəniyyətinin, Əshabi- Kəhfdən Batabata qədər olan Allah vergisinin, Babəkdən Heydər Əliyevə qədər olan şəxsiyyətlərinin obrazını görməmək mümkün deyil.”

Ümumiyyətlə, zəngin yaradıcılıq irsinə malik olan bəstəkarın kamera-vokal əsərləri arasında “Naxçıvan təranələri”, “Xoş ovqatlı mahnılar” mahnı məcmuələrində naxçıvan­lı şairlərin sözlərinə bəstələdiyi doğma diyarımıza həsr olunmuş mahnılar da Tofiq müəllimin qədim Naxçıvanımıza olan sevgisinin ifadəsidir. Məcmuədə akademik İsa Həbibbəylinin, tanınmış şairlər İslam Səfərlinin, Ramiq Muxtarın, Asim Yadigarın, Adil Babayevin və s. sözlərinə yazılmış mahnılar mövzu və melodiya baxımından rəngarəngdirlər. “Naxçıvan” (bu mahnı Azərbaycan Televiziyası Baba Salahov adına xalq çalğı alətləri ansamblının müşayiəti ilə əməkdar artist Nuriyyə Hüseyno­vanın ifasında lentə alınaraq Dövlət Radiosunun “Qızıl fondu”nda saxla­nılır), “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” və s. mahnılar onun qələmindən çıxmış, ümummilli lider Heydər Əliyevdən bəhs edən “Həmişə bizimləsən” adlı simfonik poema­sı da bəstəkarın məhz Naxçıvan səfərlərindən aldığı yüksək enerji və ilhamın meyvəsi olmuşdur. “Həmişə bizimləsən” simfonik poeması da To­fiq müəllimin dəyərli əsərləri sırasına daxildir. İlk dəfə məhz Naxçıvanda, bəstəkarın 75 illik yubiley tədbirində səsləndirilmiş bu əsər Bakıdan əvvəl Naxçıvanda ekranlaşdırılmışdır.

Əsər beş il sonra, bəstəkarın 80 illik yubileyi zamanı təşkil olunmuş konsertdə yenidən dinləyicilərin gu­rultulu alqışlarını qazanmışdır. Hətta həmin vaxt geniş tədbirdən sonra səhnə arxasına keçən Ali Məclisin Sədri Vasif Talıbov bütün ifaçılara səmimi təbriklərini çatdırmış, Tofiq Bakıxanov yaradıcılığını yüksək musiqişünalıq qabiliyyəti ilə təhlil edərək demişdir: “Tofiq Bakıxanovun yaradıcılığı o qədər geniş, mənalıdır ki, onun əsərlərinin – simfoniyaları­nın, lirik və tərənnüm mahnılarının hər birinin öz yeri, öz gözəlliyi vardır. Rəssam insanı nə qədər dərindən tanısa, onun xarakterini bilsə, həmin əsər o qədər gözəl alınar. Bəstəkarın Vətəninə bağlılığı, Azərbaycana dərindən bələd olması mahnılarından görünür. Azərbaycanı tanımayan­lar Tofiq Bakıxanovun Vətənimizi tərənnüm edən mahnılarını dinləyib ölkəmizi tanıya, sevə bilərlər. Onun simfonik orkestr üçün yazdığı “Həmişə bizimləsən” əsəri ümummil­li liderimizin unudulmaz xatirəsinə tükənməz məhəbbətin ifadəsidir”.

Tofiq Bakıxanov sadəcə, görkəmli bəstəkar deyil, həm də heyrətamiz insan və gözəl müəllimdir. Bu qədər tanınmış ustad olmasına baxmayaraq, daimi axtarış cəsarətini itirməyən və yaradıcılıq enerjisi əvvəlki kimi aşıb-daşan sənətkara səmimi və mehriban xarakteri, həssaslığı və məsuliyyəti ətrafdakı insanların sevgisini və dərin hörmətini qazandırıb. Bu fikri Tofiq müəllimlə əyani surətdə tanış olan hər bir kəs tam əminliklə təsdiq edə bilər. Tofiq Bakıxanovun çalışmaq, yazıb-yaratmaq eşqi onu ilk dəfə tanıyan insanlara sirayət edir, onun sənətə bağlılığı gənc nəsildə sənətə qarşı sevgi və məsuliyyət hissi oyadır.

Bu il Azərbaycan musiqi mədəniyyəti tarixində və inkişa­fında özünəməxsus xidmətləti olan görkəmli bəstəkarımızın anadan olmasının 90 ili tamam olur. Çoxas­pektli və geniş yaradıcılıq fəaliyyətinə malik olan, milli ənənələrə böyük məsuliyyət və ciddiliklə yanaşan, musiqinin akademik janrlarında ya­zıb-yaradaraq milli musiqi sənətimizə dəyərli əsərlər bəxş edən, əsərlərində yüksək peşəkarlıq və orijinal yanaş­ma tərzi nümayiş etdirən bəstəkar, qocaman sənətkar Tofiq Bakıxanovu qarşıdan gələn yubiley münasibətilə ürəkdən təbrik edir, ona sağlam ömür arzu edirik!

Günay Məmmədova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, musiqişünas,

Bəstəkarlar İttifaqının üzvü

"Xalq" qəzeti 

21.09.2020

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Erməni əsir: “Erməni xalqına müraciət edirəm: Bizə məxsus olmayan torpağa görə döyüşmək lazım deyil” - VİDEO

23-10-2020-14-00 Xəbərlər

Erməni əsir: “Erməni xalqına müraciət edirəm: Bizə məxsus olmayan torpağa görə döyüşmək lazım deyil” - VİDEO

“Mən erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə məxsus olmayan t...

Ordumuza təslim olan mayor erməni xalqına müraciət edib: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - VİDEO

23-10-2020-13-53 Xəbərlər

Ordumuza təslim olan mayor erməni xalqına müraciət edib: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - VİDEO

Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.

Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib - VİDEO

23-10-2020-13-50 Xəbərlər

Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib - VİDEO

Erməni əsir kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyünü etiraf edib. ...

Erməni deputatın qardaşı da məhv edildi

23-10-2020-12-57 Xəbərlər

Erməni deputatın qardaşı da məhv edildi

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatı Vaqarşak A...

Ermənistana məxsus daha bir PUA məhv edilib

23-10-2020-12-17 Xəbərlər

Ermənistana məxsus daha bir PUA məhv edilib

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirm...

“Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub

23-10-2020-12-06 Xəbərlər

“Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrini...

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

23-10-2020-11-18 Xəbərlər

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 ...

Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

23-10-2020-11-12 Xəbərlər

Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Dağlıq Qarabağ münaqişə...

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur

23-10-2020-10-46 Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələr...

Müdafiə Nazirliyi: düşmən fərarilik edərək mövqeləri tərk edir

23-10-2020-08-40 Xəbərlər

Müdafiə Nazirliyi: düşmən fərarilik edərək mövqeləri tərk edir

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-C...

Erməni əsgərlər müharibəyə getməkdənsə, COVID-19 testinin “müsbət” nəticəsini pulla almağa üstünlük verirlər

22-10-2020-17-33 Xəbərlər

Erməni əsgərlər müharibəyə getməkdənsə, COVID-19 testinin “müsbət” nəticəsini pulla almağa üstünlük verirlər

Son günlərdə Ermənistanda COVID-19-a yoluxma hallarının sayı kəskin şəkildə artı...

Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsü - VİDEO

22-10-2020-15-40 Xəbərlər

Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsü - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının...

Naxçıvan nümayəndəliyinin rəhbəri Pakistan səfiri ilə görüşüb

22-10-2020-15-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Pakistan səfiri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Putin Paşinyanı ələ salıb...

22-10-2020-14-59 Xəbərlər

Putin Paşinyanı ələ salıb...

Erməni komandirlər isə İrəvanı təslim olmağa çağırır.

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirakdan imtina edirlər

22-10-2020-12-23 Xəbərlər

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirakdan imtina edirlər

Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan sila...

Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan var

22-10-2020-12-16 Xəbərlər

Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan var

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsip...

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalını davam etdirir

22-10-2020-10-14 Xəbərlər

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalını davam etdirir

Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yara...

Müdafiə Nazirliyi: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

22-10-2020-10-00 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməl...

Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

22-10-2020-09-43 Xəbərlər

Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kü...

Müdafiə Nazirliyi: Düşmən mövqelərimizi atəşə tutur

22-10-2020-09-42 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən mövqelərimizi atəşə tutur

Oktyabrın 22-də saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olu...

Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb

22-10-2020-08-59 Xəbərlər

Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-...

Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

22-10-2020-08-50 Xəbərlər

Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən ar...

Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

22-10-2020-08-46 Xəbərlər

Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəb...

Düşmən öldürülən daha 62 əsgərinin adını açıqlayıb

21-10-2020-18-20 Xəbərlər

Düşmən öldürülən daha 62 əsgərinin adını açıqlayıb

Ermənistanın Müdafiə Nazirliyi döyüşlərdə öldürülən hərbçilərin növbəti hissəsin...

Ermənistana məxsus daha 3 PUA məhv edilib

21-10-2020-16-23 Xəbərlər

Ermənistana məxsus daha 3 PUA məhv edilib

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus da...

Düşmənin məhv edilən növbəti hərbi texnikaları - VİDEO

21-10-2020-14-38 Xəbərlər

Düşmənin məhv edilən növbəti hərbi texnikaları - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb-qaçdığı, həmçinin bö...

Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq – Təhlil

21-10-2020-14-21 Xəbərlər

Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq – Təhlil

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi ...

Gülnarə xalanın qapısını xəcalətlə döyməyin hayqırtısı

21-10-2020-13-42 Xəbərlər

Gülnarə xalanın qapısını xəcalətlə döyməyin hayqırtısı

Mən bu gün hisslərin sözlərlə ifadə edilə bilmədiyi bir ruh halındayam. Sözlər n...

Ermənistanın növbəti PUA-sı məhv edilib

21-10-2020-12-49 Xəbərlər

Ermənistanın növbəti PUA-sı məhv edilib

Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növ...

Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21-10-2020-11-42 Xəbərlər

Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı ə...