İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühüm rol oynayır.

Son dövrlər muxtar respublikada bu mühüm sahənin inkişafı istiqamətində genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilib, müasir avtomobil yolları salınıb, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən dövrdə muxtar respublikanın əsas magistral yollarından olan, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulub. Bundan əlavə, 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurularaq istifadəyə verilib.

Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək şəhəri-Nehrəm qəsəbə-Arazkənd dairəvi avtomobil yolu, Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu və digər avtomobil yolları yenidən qurulub. Ümumilikdə, 1 yanvar 2010-cu ildən 2019-cu ilin sonuna muxtar respublikada 1097 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bu dövrdə 69 körpü tikilib və ya yenidən qurulub, 27 körpü isə təmir olunub.

Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində yeni avtobuslar alınıb, muxtar respublikanın rayon mərkəzlərinə və kəndlərinə iritutumlu və rahat avtobuslarla müntəzəm reyslərin davamlılığı təmin olunub. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri istifadəyə verilib.

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqətdə saxlanılıb, yeni inzibati bina inşa olunub. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, uçuşların təhlükəsizliyinin tam təmin olunması məqsədilə “Şərq” və “Qərb” terminalları istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb.

Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu məqsədilə karqo terminalı yenidən qurulub, maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılıb.

Muxtar respublikanın rayonlarında yaşayan əhalinin bilet təminatını yaxşılaşdırmaq məqsədilə Şərur, Ordubad və Şahbuz şəhərlərində aviakassa binaları istifadəyə verilib.

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılıb, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.

Nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilib, infrastruktur yenidən qurulub.

Bu ilin yanvar-iyul aylarında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, alçaq sərnişin platformasının və dartı yarımstansiyası binasının, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.

Həyata keçirilən tədbirlərin və ən əsası əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişinin nəticəsidir ki, 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikada nəqliyyat sektorunda 9 milyon 96 min 900 ton yük, 56 milyon 284 min 600 nəfər sərnişin daşınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 55,2, sərnişin daşınması isə 58,7 faiz artıb.

Yük və sərnişin daşınmasından, bütövlükdə, 28 milyon 932 min 200 manat gəlir əldə olunub ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz çoxdur.

Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması məqsədilə 2020-ci ilin yanvar-iyul aylarında bu sahəyə 41 milyon 169 min 400 manat vəsait yönəldilib.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi və nəqliyyat sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cari ilin ötən dövründə Naxçıvan şəhərində şəhərdaxili marşrutlara 6 yeni avtobus buraxılıb, 10 nömrəli marşrut xətti istifadəyə verilib, 6 nömrəli marşrut xətti Babək şəhərinədək uzadılıb.

Cari ilin ötən dövründə Şərur rayonunda Qarxun-Muğancıq Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yollarının və Culfa şəhərində avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.

Hazırda Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yollarının, Şərur şəhərinə giriş, Qaraburc, Təzəkənd və Şəhriyar, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın kəndlərində avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycanın DOLUNAYI, yaxud da ay var əsrə bərabər

27-10-2020-17-56 Xəbərlər

Azərbaycanın DOLUNAYI, yaxud da ay var əsrə bərabər

Tarix müəllimimiz deyirdi ki, Dara ilə böyük İskəndərin ordusu qarşı-qarşıya gəl...

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı uğurla icra edilir

27-10-2020-17-00 Xəbərlər

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı uğurla icra edilir

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf ko...

Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib - YENİLƏNİB

27-10-2020-16-27 Xəbərlər

Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib - YENİLƏNİB

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

27-10-2020-15-56 Xəbərlər

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstəri...

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

27-10-2020-14-21 Xəbərlər

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

Ermənistanın Milli Demokratik Birlik Partiyasının sədri Vazgen Manukyan ölkənin ...

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27-10-2020-13-51 Xəbərlər

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin...

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

27-10-2020-13-30 Xəbərlər

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ...

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

27-10-2020-11-43 Xəbərlər

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının qərargah rəisi, "Ermənistan v...

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

27-10-2020-11-14 Xəbərlər

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılıb.

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

27-10-2020-10-47 Xəbərlər

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində u...

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

27-10-2020-10-30 Xəbərlər

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumu...

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

27-10-2020-08-35 Xəbərlər

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də ...

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

27-10-2020-08-30 Xəbərlər

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin b...

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

26-10-2020-18-04 Xəbərlər

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Vagina...

Müdafiə Nazirliyi: Düşmən kvadrokopteri məhv edilib

26-10-2020-17-42 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən kvadrokopteri məhv edilib

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barəd...

Müdafiə Nazirliyi: Ağcabədi rayonu yenidən atəşə tutulub

26-10-2020-15-09 Xəbərlər

Müdafiə Nazirliyi: Ağcabədi rayonu yenidən atəşə tutulub

Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri...

Ermənistanın Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatları feyk oldu

26-10-2020-13-59 Xəbərlər

Ermənistanın Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatları feyk oldu

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində rusiyalı hərbçilərin səhra düşərgəsi...

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

26-10-2020-13-03 Xəbərlər

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Müdafiə Nazirliyi: Ağcabədi rayonu atəşə tutulub

26-10-2020-12-14 Xəbərlər

Müdafiə Nazirliyi: Ağcabədi rayonu atəşə tutulub

Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan s...

Müdafiə Nazirliyi: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

26-10-2020-12-00 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir...

Separatçıların liderinin iclas keçirdiyi dəqiq yer məlum olub

26-10-2020-11-57 Xəbərlər

Separatçıların liderinin iclas keçirdiyi dəqiq yer məlum olub

Dağlıq Qarabağdakı qondarma rejim başçısı Araik Arutyunyanın keçirdiyi iclas uşa...

Qubadlı şəhərinin peykdən görüntüsü

26-10-2020-11-08 Xəbərlər

Qubadlı şəhərinin peykdən görüntüsü

“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb.

Prezidentin köməkçisi erməni əsgərlərinin DSX-nin hərbi geyimindən istifadəsi ilə bağlı açıqlama yayıb

26-10-2020-10-46 Xəbərlər

Prezidentin köməkçisi erməni əsgərlərinin DSX-nin hərbi geyimindən istifadəsi ilə bağlı açıqlama yayıb

Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgə...

XİN: Ermənistan məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik edir

26-10-2020-10-39 Xəbərlər

XİN: Ermənistan məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik edir

Ermənistan silahlı qüvvələri oktyabrın 26-da saat 08.05-də yeni humanitar atəşkə...

Müdafiə Nazirliyi: Düşmən Ağdam rayonunu atəşə tutur

26-10-2020-10-04 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən Ağdam rayonunu atəşə tutur

Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atə...

Düşmən Tərtər rayonunu atəşə tutub

26-10-2020-09-00 Xəbərlər

Düşmən Tərtər rayonunu atəşə tutub

Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozar...

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

26-10-2020-08-06 Xəbərlər

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanita...

Qubadlı şəhəri işğalçılardan azad edilib

25-10-2020-23-02 Xəbərlər

Qubadlı şəhəri işğalçılardan azad edilib

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi...

Azərbaycan Ordusu tarix yazmaqda davam edir

25-10-2020-15-59 Xəbərlər

Azərbaycan Ordusu tarix yazmaqda davam edir

Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək u...