Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev muxtar respublikanın gəzməli-görməli yerlərində olub, kəndlərində qonaqlayıb.

Gördüklərini, təəssüratını isə məktub halına salaraq "Şərqin səhəri" qəzetinin redaksiyasına ünvanlayıb. NUHÇIXAN İnformasiya Agentliyi həmin məktubu oxuculara təqdim edir:     

"Hörmətli redaksiya!

Əslən Naxçıvan Muxtar Respublikasından olsam da, uzun illərdir ki, işimlə əlaqədar olaraq ailə üzvlərimlə birgə paytaxt Bakı şəhərində yaşayıram. Çoxları istirahət üçün ölkənin digər yerlərinə və xaricə üz tutsalar da, mən hər il yay aylarında Naxçıvana gəlirəm. Əvvəla ona görə ki, ata-babam burada dünyaya göz açıb, qohum-əqrəbam Naxçıvanda yaşayır. Yəni, məni bu yerlərə bağlayan bir doğmalıq var. Qədim diyarın təmiz havasından udub saf suyundan içəndə, mətbəxinin ləziz yeməklərindən dadanda, bu torpağı qarış-qarış gəzəndə sanki, dünyaya yenidən gəlirəm, Uca Yaradan mənə yeni bir ömür payı bağışlayır.

Budur, hava gəmisi Naxçıvan səmasında dövrə vuraraq eniş etməyə hazırlaşır. O qədər həyəcanlı və sevincliyəm ki, sanki ilk dəfədir muxtar respublikada oluram. Təyyarənin pəncərəsindən çölə baxıram və deyirəm, şükür sənə, İlahi, yenidən ata-baba yurduma gəlməyi mənə nəsib etdin. Naxçıvanlılarda bir adət var ki, adətən dost-tanış, yaxın qohumlar Bakıdan gələndə hər zaman hava limanında onları qarşılayar, necə deyərlər, “qabağına çıxarlar”. Mənə görə bu, qonaqpərvərliyin ən yaxşı formalarından biridir. Beləliklə, bizi qarşılayan bibim oğlunun avtomobilinə əyləşib Qahab kəndinə yollanırıq. Yolboyu Naxçıvan kəndlərini, ətraf aləmi seyr edirəm. Avqust ayında – Naxçıvanda temperaturun müsbət 40 dərəcəyədək yüksəldiyi bir vaxtda ətrafda səliqə ilə salınmış və qulluq edilmiş yaşıllıqlar gözümdən yayınmır. Bilirsiniz, bu yaxınlarda ölkə televiziyalarının birində yayımlanan bir verilişdə aparıcı Naxçıvanda yaşıllıqların kəsilməsi ilə bağlı cəfəng bir məlumat yaymışdı. Sonra da məlum olmuşdu ki, bu informasiyanın heç bir əsası yoxdur və müəllif növbəti verilişdə muxtar respublika sakinlərindən üzr istəmişdi. Mən həmin jurnalisti Naxçıvana dəvət edirəm. Qoy, muxtar respublikaya gələrək bu gözəlliyi, səliqə-sahmanı, gedəcəyin ünvanadək insanı müşayiət edən yaşıllıqları görsün. Görsün ki, naxçıvanlılar yaşıllıq salmağı da, elə onu qorumağı da yaxşı bacarırlar.Bu mövzuya yekun vuraraq deyirəm ki, əhsən sizə, zəhmətkeş naxçıvanlılar.

Naxçıvanda olduğum bir aya yaxın müddət ərzində, demək olar ki, bütün yaxın qohumların evində oldum. Hər biri bizi yüksək qonaqpərvərliklə qarşıladı, ən yaxşı nemətlərini süfrəyə düzdülər. İlin-günün bu vaxtında Naxçıvan üzümü, balı, alması, ənciri, qarpızı və adını çəkmədiyim neçə-neçə təbii nemətdən ləzzətli nə ola bilər?.. Ərinmədik, bu müddət ərzində Naxçıvan nemətlərindən qış tədarükü də gördük. Bu məhsulların keyfiyyətinə, dadına, hazırlanma qaydasına söz ola bilməz.

Muxtar respublikada olduğum ötən bir ay ərzində bir günü belə bada vermək istəmirdim. Ona görə də Naxçıvanı qarış-qarış gəzmək, bu diyarı yenidən kəşf etmək istəyirdim.İlk öncə ailə üzvlərimlə birgə mənəvi rahatlıq tapdığım “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksinə üz tutdum. Naxçıvana gələsən, “Əshabi-Kəhf”ə getməyəsən, yəqin ki, günah olar. Bilənlər bilir ki, bu ziyarətgah hər il minlərlə yerli və xarici turisti qəbul edir. Dünyanın dörd bir yerindən bu müqəddəs məkana gələn zəvvarlar dualarının məhz bu ziyarətgahda Allaha çatdığına, Uca Yaradana bir addım daha yaxın olduqlarına inanırlar. “Əshabi-Kəhf”də yaradılan şərait, təmizlik ürəyimizi oxşayır. “Damcıxana”nı, “Cənnət bağı”nı ziyarət etdikdən sonra qurban kəsdik, dualar etdik. Ulu Tanrı hamının dualarını və qurbanlarını qəbul etsin.

Naxçıvana “Tanrı möcüzəsi” deyənlər, məncə, qətiyyən yanılmırlar. Bu möcüzənin ən yaxşı nümunələrindən biri də Nəhəcir kəndində yerləşən mineral sərvətdir. Kənddən 2-3 kilometr cənubda, dağın ətəyində yerləşən Nəhəcir mineral suyu təxminən 50 dəqiqədən bir yerin altından qaynayıb fontan şəklində yuxarı qalxır. Bu mineral suyun əsas özəlliyi onun müalicəvi əhəmiyyətindədir. İstifadə edib xeyrini görənlər deyir ki, Nəhəcir mineral suyu mədə-bağırsaq xəstəlikləri, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı tətbiq edildikdə faydalı olur. Bu müddət ərzində bir neçə dəfə həmin mineral suda yuyundum, bir neçə qab tədarük edib Bakı şəhərinə də gətirmişəm.

Qədim diyara hər gəlişimdə başqa bir yeniliyin, gözəlliyin şahidi oluram. İndi boş görünən hər hansı bir ərazidə bir neçə aya istirahət yeri, turistik mərkəz, əyləncə məkanı inşa edilir. Naxçıvançay vadisində salınan “Sahil parkı” da onlardan biridir. Mənə görə ailəvi şəkildə istirahət etmək, asudə vaxtı səmərəli dəyərləndirmək üçün “Sahil parkı” ən ideal məkanlardan biridir. Əvvəllər bu ərazi çay vadisi idi. İndi isə beş hektarlıq sahə Naxçıvanın ən gözəl istirahət məkanlarından birinə çevrilib. Babək rayonunun Badaşqan kəndində yerləşən “Atçılıq və İstirahət Mərkəzi”ni də xüsusi qeyd etməliyəm. Axşam saatlarında burada, necə deyərlər, “iynə atsan yerə düşməz”. İnsanlar iş saatlarının yorğunluğunu burada çıxarır, istirahət edir. İstirahət demişkən, Naxçıvandakı idman obyektlərini də ən yaxşı istirahət yerləri hesab edirəm.Açıq hava şəraitindəki mini-futbol meydançalarında bir neçə dəfə futbol oynadıqdan sonra bu qənaətə gəlmişəm.

Naxçıvan həm də qonaqların yaddaşına təmizliyi və abadlığı ilə həkk olunur. Fikir vermişəm ki, həmişə muxtar respublikaya kənardan gəlib təəssüratları barədə mətbuata müsahibə verənlər onun təmizliyindən ürək dolusu danışırlar. Şəhər, qəsəbə və kəndlərdə aid qurumlar tərəfindən daim təmizlik işləri diqqətdə saxlanılır, tullantılar ərazilərdən vaxtında yığışdırılır. Bu təmizliyi həm də naxçıvanlıların vətəndaş məsuliyyəti ilə əlaqələndirirəm. Ona görə ki, insanlar əllərindəki adi boş su butulkasını belə, hara gəldi atmırlar.

Beləliklə, bir aya yaxın müddət başa çatır və biz doğma diyardan ayrılırıq. Budəfəki səfərim yenə də zəngin duyğularla yaddaşıma həkk olundu.Naxçıvanda qazandığım təəssürat, nikbin duyğular bir ömür yaddan çıxan deyil.Bir daha şahid oldum ki, sən cənnətin gerçəyisən,sən Tanrı möcüzəsisən, Naxçıvan!. Nə qədər uzaqda olsam da, qəlbim daim səninlə döyünür, ana yurdum. Bilirəm ki, növbəti görüşümüzə qədər çox dəyişəcəksən, yeniləşəcəksən, müasirləşəcəksən, yenə də məni təəccübləndirəcəksən. Salamat qal!".

Elsun Əliyev

Bakı şəhər sakini

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Erməni əsir: “Erməni xalqına müraciət edirəm: Bizə məxsus olmayan torpağa görə döyüşmək lazım deyil” - VİDEO

23-10-2020-14-00 Xəbərlər

Erməni əsir: “Erməni xalqına müraciət edirəm: Bizə məxsus olmayan torpağa görə döyüşmək lazım deyil” - VİDEO

“Mən erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə məxsus olmayan t...

Ordumuza təslim olan mayor erməni xalqına müraciət edib: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - VİDEO

23-10-2020-13-53 Xəbərlər

Ordumuza təslim olan mayor erməni xalqına müraciət edib: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - VİDEO

Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.

Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib - VİDEO

23-10-2020-13-50 Xəbərlər

Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib - VİDEO

Erməni əsir kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyünü etiraf edib. ...

Erməni deputatın qardaşı da məhv edildi

23-10-2020-12-57 Xəbərlər

Erməni deputatın qardaşı da məhv edildi

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatı Vaqarşak A...

Ermənistana məxsus daha bir PUA məhv edilib

23-10-2020-12-17 Xəbərlər

Ermənistana məxsus daha bir PUA məhv edilib

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirm...

“Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub

23-10-2020-12-06 Xəbərlər

“Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrini...

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

23-10-2020-11-18 Xəbərlər

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 ...

Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

23-10-2020-11-12 Xəbərlər

Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Dağlıq Qarabağ münaqişə...

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur

23-10-2020-10-46 Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələr...

Müdafiə Nazirliyi: düşmən fərarilik edərək mövqeləri tərk edir

23-10-2020-08-40 Xəbərlər

Müdafiə Nazirliyi: düşmən fərarilik edərək mövqeləri tərk edir

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-C...

Erməni əsgərlər müharibəyə getməkdənsə, COVID-19 testinin “müsbət” nəticəsini pulla almağa üstünlük verirlər

22-10-2020-17-33 Xəbərlər

Erməni əsgərlər müharibəyə getməkdənsə, COVID-19 testinin “müsbət” nəticəsini pulla almağa üstünlük verirlər

Son günlərdə Ermənistanda COVID-19-a yoluxma hallarının sayı kəskin şəkildə artı...

Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsü - VİDEO

22-10-2020-15-40 Xəbərlər

Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsü - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının...

Naxçıvan nümayəndəliyinin rəhbəri Pakistan səfiri ilə görüşüb

22-10-2020-15-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Pakistan səfiri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Putin Paşinyanı ələ salıb...

22-10-2020-14-59 Xəbərlər

Putin Paşinyanı ələ salıb...

Erməni komandirlər isə İrəvanı təslim olmağa çağırır.

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirakdan imtina edirlər

22-10-2020-12-23 Xəbərlər

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirakdan imtina edirlər

Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan sila...

Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan var

22-10-2020-12-16 Xəbərlər

Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan var

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsip...

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalını davam etdirir

22-10-2020-10-14 Xəbərlər

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalını davam etdirir

Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yara...

Müdafiə Nazirliyi: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

22-10-2020-10-00 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməl...

Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

22-10-2020-09-43 Xəbərlər

Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kü...

Müdafiə Nazirliyi: Düşmən mövqelərimizi atəşə tutur

22-10-2020-09-42 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən mövqelərimizi atəşə tutur

Oktyabrın 22-də saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olu...

Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb

22-10-2020-08-59 Xəbərlər

Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-...

Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

22-10-2020-08-50 Xəbərlər

Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən ar...

Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

22-10-2020-08-46 Xəbərlər

Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəb...

Düşmən öldürülən daha 62 əsgərinin adını açıqlayıb

21-10-2020-18-20 Xəbərlər

Düşmən öldürülən daha 62 əsgərinin adını açıqlayıb

Ermənistanın Müdafiə Nazirliyi döyüşlərdə öldürülən hərbçilərin növbəti hissəsin...

Ermənistana məxsus daha 3 PUA məhv edilib

21-10-2020-16-23 Xəbərlər

Ermənistana məxsus daha 3 PUA məhv edilib

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus da...

Düşmənin məhv edilən növbəti hərbi texnikaları - VİDEO

21-10-2020-14-38 Xəbərlər

Düşmənin məhv edilən növbəti hərbi texnikaları - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb-qaçdığı, həmçinin bö...

Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq – Təhlil

21-10-2020-14-21 Xəbərlər

Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq – Təhlil

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi ...

Gülnarə xalanın qapısını xəcalətlə döyməyin hayqırtısı

21-10-2020-13-42 Xəbərlər

Gülnarə xalanın qapısını xəcalətlə döyməyin hayqırtısı

Mən bu gün hisslərin sözlərlə ifadə edilə bilmədiyi bir ruh halındayam. Sözlər n...

Ermənistanın növbəti PUA-sı məhv edilib

21-10-2020-12-49 Xəbərlər

Ermənistanın növbəti PUA-sı məhv edilib

Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növ...

Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21-10-2020-11-42 Xəbərlər

Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı ə...