Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 14-də keçirilmiş II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul, I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanların (Azərbaycan və ya rus dili) protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanılıb.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) mərkəzin saytında yerləşdirilib.

Xatırladaq ki, imtahanlar 19 şəhər və rayonda təşkil olunub. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 80 imtahan binası, 1427 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasında 80 ümumi imtahan rəhbəri, 243 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi iştirak edib.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin edilib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə aparılıb. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Bir nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyi əsasında imtahana buraxılmayıb. Bir nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ermənistan müxalifətinin lideri həbs olunub

26-09-2020-10-51 Xəbərlər

Ermənistan müxalifətinin lideri həbs olunub

Yerevan Ümumi Hüquq Məhkəməsi müxalif “Çiçəklənən Ermənistan” partiyasının lider...

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur

25-09-2020-18-06 Rəsmi

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur

Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi ...

Dövlət vergi orqanlarına keçirilən imtahanlarda 22 nəfər müvafiq keçid balını toplayıb

25-09-2020-17-41 Xəbərlər

Dövlət vergi orqanlarına keçirilən imtahanlarda 22 nəfər müvafiq keçid balını toplayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna bu il 60 qədim əlyazma və çap kitabı daxil olub

25-09-2020-16-00 Xəbərlər

Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna bu il 60 qədim əlyazma və çap kitabı daxil olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Bölmənin Əlyazmalar Fondunda...

Naxçıvanın beşqat dünya mükafatçısı

25-09-2020-13-17 Xəbərlər

Naxçıvanın beşqat dünya mükafatçısı

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu ta­nınmada güləşçiləri...

Naxçıvanın bugünkü inkişafı müstəqil dövlət quruculuğuna böyük töhfədir

25-09-2020-12-56 Xəbərlər

Naxçıvanın bugünkü inkişafı müstəqil dövlət quruculuğuna böyük töhfədir

Gözlərimiz qarşısında gündən-günə cavanlaşan, müasirləşən, şəhərsalma mədəniyyət...

Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır

25-09-2020-11-59 Xəbərlər

Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır

Tələbə adı qazanmış şəxslərbu gündən oktyabrın 7-dək sənədlərini daxil olduqları...

Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər - VİDEO

25-09-2020-11-39 Xəbərlər

Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olara...

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib - VİDEO

25-09-2020-10-43 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda “Ən yax...

Naxçıvanda sabaha olan hava proqnozu

24-09-2020-18-41 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqla...

Payız-qış mövsümündə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi üçün hazırlıqlara başlanıldı

24-09-2020-17-34 Xəbərlər

Payız-qış  mövsümündə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi üçün hazırlıqlara başlanıldı

Muxtar respublikada payız-qış mövsümündə rabitə və internet xidmətlərinin keyfiy...

Naxçıvanda valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı evlərdə keçirilən monitorinqlər davam etdirilir

24-09-2020-16-25 Xəbərlər

Naxçıvanda valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı evlərdə keçirilən monitorinqlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

100 yaşlı Hüseyn Hümbətovla görüş olub

24-09-2020-15-45 Xəbərlər

100 yaşlı Hüseyn Hümbətovla görüş olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Ahıllar Günü ərəfəsind...

Naxçıvan nümayəndəliyinin rəhbəri İran səfiri ilə görüşüb

24-09-2020-14-44 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İran səfiri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020-12-56 Xəbərlər

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyya...

Ötən günün mənzərəsi - VİDEO

24-09-2020-10-40 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib - VİDEO

24-09-2020-09-54 Xəbərlər

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının ...

Gələcək polislərin and içmə mərasimi keçirilib

24-09-2020-09-35 Xəbərlər

Gələcək polislərin and içmə mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəb...

Al şəfəqli məmləkətim - Naxçıvan

23-09-2020-17-27 Xəbərlər

Al şəfəqli məmləkətim - Naxçıvan

Deyirlər hər kəsin Vətən adlı  bir dünyası var. 

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb - VİDEO

23-09-2020-17-08 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında t...

Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı” məscidinə ikinci həyat verilir - VİDEO

23-09-2020-16-10 Xəbərlər

Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı” məscidinə ikinci həyat verilir - VİDEO

Tarixi və mənəvi dəyərlərə sahib çıxmaq, onu qorumaq bu gün hər kəsin vətəndaşlı...

Naxçıvanda rentgen-flüoroqrafik müayinələri aparılıb

23-09-2020-15-10 Xəbərlər

Naxçıvanda rentgen-flüoroqrafik müayinələri aparılıb

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əhali ar...

Naxçıvanda hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 4000 manat olub

23-09-2020-13-38 Xəbərlər

Naxçıvanda hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 4000 manat olub

Muxtar respublikada 2020-ci ilin yanvar-avqust aylarında 1 milyard 840 milyon 97...

Naxtel muxtar respublikanın ucqar kəndlərində baza stansiyalar qurur - VİDEO

23-09-2020-12-29 Xəbərlər

Naxtel muxtar respublikanın ucqar kəndlərində baza stansiyalar qurur - VİDEO

Muxtar respublika əhalisinin, xüsusilə də gənclərin böyük əksəriyyəti Naxtel 4G ...

Muxtar respublika əhalisinin sayı artıb

23-09-2020-11-32 Xəbərlər

Muxtar respublika əhalisinin sayı artıb

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xid...

Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək - VİDEO

23-09-2020-11-07 Xəbərlər

Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, festival sentyabrın 26-ı və 27-i ...

Ötən günün mənzərəsi - VİDEO

23-09-2020-10-54 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib

23-09-2020-09-00 Xəbərlər

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və...

Azərbaycana payız gəldi...

22-09-2020-17-30 Xəbərlər

Azərbaycana payız gəldi...

Azərbaycana payız fəsli daxil olub.

Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

22-09-2020-16-40 Xəbərlər

Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

Bu günə qədər ABŞ-ın “Eurasia Review” qəzetində Naxçıvan Muxtar Respublikası bar...