Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-cı ilin aprel döyüşləri barədə erməni ictimaiyyətinə çatdırdığı “həqiqətlər” yalan və iftiradır, onun iflasa uğramış reytinqinin bərpa edilməsi üçün atılmış növbəti uğursuz addımdır.

O, səsləndirdiyi fikirlərə bəlkə də Ermənistandakı öz tərəfdaşlarını inandıra bilər. Əslində isə aprel döyüşlərinin həqiqətləri hamıya bəllidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri S.Sarkisyanın fikirlərini jurnalistlərə şərh edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı söyləyib.

Polkovnik V.Dərgahlının sözlərinə görə, aprel fiaskosundan sonra Ermənistan parlamentində döyüşlərin nəticələrini araşdıran istintaq komissiyası yalnız canlı qüvvə sarıdan ermənilərin 560 hərbçisinin öldürüldüyünü açıqlamışdı. Həmin döyüşlərdə ermənilərin 33 tankının və 15 topunun da məhv edildiyi danılmazdır.

“S.Sarkisyan Ermənistan silahlı qüvvələrinin itkilərinin sayını azaltmaq və Azərbaycan Ordusu tərəfindən azad edilən ərazilərin ölçülərini kiçiltməklə öz çirkin niyyətlərinə nail olmaq və bacarıqsızlığına haqq qazandırmaq istəyir. O, ikiüzlülük edərək real faktları danmaqla guya apreldə qələbə qazandıqlarını utanmadan bəyan edir. Sual olunur: əgər o dediyi kimi, Aprel döyüşlərində qalib gəlibsə, bəs nə üçün həmin hadisələrdən qısa bir müddət sonra onun yaxın dostu və silahdaşı, müdafiə naziri vəzifəsində olan Seyran Ohanyan, ardınca isə Ermənistan silahlı qüvvələrinin bütün ali rütbəli rəhbərliyi istefaya göndərildi?

Məgər döyüşlərdə erməni tərəfi xeyli sayda itki verdiyinə görə Ermənistan cəmiyyətinin ayağa qalxması, erməni analarının kütləvi etiraz aksiyaları keçirməsi, “Sasna Srer” qruplaşmasının hakimiyyətə qarşı kortəbii silahlı üsyanı və nəhayət, Sarkisyanın özünün siyasi hakimiyyətinə son qoyulması Azərbaycan Ordusunun aprel zəfərinin əks-sədası deyildimi? Bütün bunların dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini bilə-bilə ancaq erməni xislətli Sarkisyan həqiqəti danaraq hansısa qələbədən danışa bilər.

Azərbaycan Ordusunun ön xətt bölmələrinin sərəncamında olan silah və hərbi texnikanın az bir hissəsini istifadə edərək qısa zamanda 2000 hektar ərazini işğaldan azad etməsinə rəğmən, Sarkisyan Ermənistan silahlı qüvvələrinin məğlubiyyətinə ciddi cəhdlə bəraət qazandırmağa çalışaraq utanmadan qələbədən danışır.

Döyüşlər zamanı Serj Sarkisyanın guya Ermənistan ordusundan bu əraziləri qaytarmağı tələb etməməsinin səbəbinin erməni əsgərlərinin həyatının xilas edilməsinə üstünlük verməsi fikrinə gəldikdə isə, bu, onun Ermənistan tərəfindən yenidən işğala cəhd edilərsə, həm canlı qüvvə və hərbi texnikada, həm də işğal olunmuş ərazilərin azad edilməsi baxımından böyük itkilər verəcəklərini yaxşı başa düşdüyünə bir daha dəlalət edir.

Əminliklə demək olar ki, Aprel döyüşləri və bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin verdiyi itkilər təkcə Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyi üçün deyil, eyni zamanda, Ordumuzla baş verə biləcək növbəti döyüşlərin bərpa olunmayacaq itkilərə, o cümlədən Sarkisyan rejimi ilə olduğu kimi, hakimiyyət itkisinə gətirib çıxaracağını yaxşı anlayan hazırkı rejim üçün də əsl dərs oldu.

Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, bu çıxışı ilə Ermənistan ictimaiyyətini növbəti dəfə aldatmağa çalışan Sarkisyan özünü qəhrəman kimi qələmə verməklə canını qurtarmaq üçün çürük saman çöpündən yapışır”, - deyə polkovnik V.Dərgahlı bildirib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

21-09-2020-18-02 Xəbərlər

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, Zəroş Həmzəyeva və İstiqlal küç...

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

21-09-2020-17-20 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıva...

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

21-09-2020-17-14 Xəbərlər

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası xalq artisti, professor Mənsum İb...

Gənc ədliyyə qulluqçuları and içdilər

21-09-2020-14-59 Xəbərlər

Gənc ədliyyə qulluqçuları and içdilər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə v...

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

21-09-2020-14-00 Xəbərlər

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Y...

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

21-09-2020-12-37 Xəbərlər

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan...

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

21-09-2020-11-31 Xəbərlər

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

Muxtar respublikada illərdir ki, həyata keçirilən quruculuq tədbirlərinə şahidik...

Sabahdan Azərbaycanda payız fəsli başlayır

21-09-2020-10-43 Xəbərlər

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycana payız fəsli daxil olacaq. 

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2020-17-14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

20-09-2020-15-47 Xəbərlər

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçi...

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

20-09-2020-15-16 Xəbərlər

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirv...

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

20-09-2020-10-15 Xəbərlər

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənədd...

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

19-09-2020-17-42 Xəbərlər

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunun ümumtəhsil məkt...

Naxçıvanda sabaha olan hava proqnozu

19-09-2020-16-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2020-14-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

19-09-2020-12-26 Xəbərlər

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının ...

NDU-da Milli Musiqi Günü qeyd olunub

19-09-2020-11-27 Xəbərlər

NDU-da Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmu...

Gəzməyə Vətən yaxşı…

19-09-2020-09-21 Xəbərlər

Gəzməyə Vətən yaxşı…

Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil e...

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

18-09-2020-17-59 Xəbərlər

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya bl...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

18-09-2020-17-05 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəy...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

18-09-2020-16-44 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini q...

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

18-09-2020-16-41 Xəbərlər

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və ba...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-38 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-26 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

18-09-2020-15-19 Xəbərlər

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühü...

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

18-09-2020-13-50 Xəbərlər

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

18-09-2020-13-11 Xəbərlər

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

18-09-2020-12-45 Xəbərlər

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Ötən günün mənzərəsi - VİDEO

18-09-2020-11-13 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

18-09-2020-09-57 Xəbərlər

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev mu...