NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2020-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında nazir Nicat Babayev məruzə edib.

Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikanın əmək bazarı müntəzəm olaraq təhlil olunur, peşə kursları təşkil edilir, əmək yarmarkaları keçirilir. Cari ilin  birinci yarısında Dövlət Proqramının icrası ilə bağlı aktiv məşğulluq tədbirləri davam etdirilib, əmək bazarının təhlilinə əsasən 1211 şəxs iqtisadiyyatın müxtəlif sahələrində daimi işə göndərilib. Eyni zamanda, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ilin altı ayı ərzində 624 nəfər ailə üzvü olmaqla, sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib.

Nicat Babayev diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş, dünyada pandemiya elan olunan virusun muxtar respublikada yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar xüsusi karantin dövründə muxtar respublikada yaşı 65-i keçən tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq payları verilib, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən əcnəbi tələbələrə ərzaq payları və maddi yardım təqdim olunub. Bununla yanaşı, pandemiya nəticəsində Naxçıvan Muxtar Respublikasında xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 9116 vətəndaşa 190 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Vurğulanıb ki, bu ilin mart ayından etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti uzadılıb və karantin dövründə Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslərə səyyar xidmətlər göstərilib.

Cari ilin 6 ayında muxtar respublikada kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilib, onlara evlərində sosial məişət xidmətləri göstərilib. O cümlədən, Şahbuz şəhərindəki Ahıllar Evi sakinlərinin tibbi və sosial reabilitasiyası müvafiq dövr ərzində diqqət mərkəzində saxlanılıb.

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən tibbi reabilitasiya tədbirlərinin həcmi ildən-ilə artırılır. İlin birinci yarısında da bu sahədə tədbirlər davam etdirilib. Belə ki, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin müalicəsi təşkil edilib, muxtar respublikadan kənarda yerləşən müalicə mərkəzlərinə göndərişlər verilib. Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi təşkil olunub.

Nazir qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin maddi-məişət şəraitinin yaxşılaşdırılması 2020-ci ilin birinci yarısında da diqqət mərkəzində saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən müvafiq kateqoriyalı 22 nəfərə minik avtomobili, 2-si şəhid ailəsi olmaqla, 7 ailəyə isə mənzillər təqdim olunub.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası davam etdirilməli, özünəməşğulluq tədbirləri genişləndirilməlidir. Nazirlik sosial qayğıya ehtiyacı olanlara və tənha ahıllara xidmət işini diqqətdə saxlamalı, sosial könüllülərin imkanlarından geniş istifadə olunmalıdır.

Bildirilib ki, verilən tapşırıqların icrası məqsədilə qarşıdakı dövrdə Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində səylər artırılmalı, keçirilən tədbirlərin yüksək səviyyədə təşkilinə nail olunmalı, eyni zamanda bu sahədə maarifləndirmə işi gücləndirilməlidir.

Sonra məruzə ətrafında çıxış edənlər müvafiq dövr ərzində görülən işləri diqqətə çatdırıb. Gündəlikdə duran məsələ ilə bağlı qərar layihəsi oxunub.

Ərhan Novruzov

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

21-09-2020-18-02 Xəbərlər

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, Zəroş Həmzəyeva və İstiqlal küç...

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

21-09-2020-17-20 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıva...

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

21-09-2020-17-14 Xəbərlər

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası xalq artisti, professor Mənsum İb...

Gənc ədliyyə qulluqçuları and içdilər

21-09-2020-14-59 Xəbərlər

Gənc ədliyyə qulluqçuları and içdilər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə v...

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

21-09-2020-14-00 Xəbərlər

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Y...

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

21-09-2020-12-37 Xəbərlər

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan...

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

21-09-2020-11-31 Xəbərlər

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

Muxtar respublikada illərdir ki, həyata keçirilən quruculuq tədbirlərinə şahidik...

Sabahdan Azərbaycanda payız fəsli başlayır

21-09-2020-10-43 Xəbərlər

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycana payız fəsli daxil olacaq. 

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2020-17-14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

20-09-2020-15-47 Xəbərlər

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçi...

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

20-09-2020-15-16 Xəbərlər

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirv...

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

20-09-2020-10-15 Xəbərlər

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənədd...

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

19-09-2020-17-42 Xəbərlər

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunun ümumtəhsil məkt...

Naxçıvanda sabaha olan hava proqnozu

19-09-2020-16-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2020-14-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

19-09-2020-12-26 Xəbərlər

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının ...

NDU-da Milli Musiqi Günü qeyd olunub

19-09-2020-11-27 Xəbərlər

NDU-da Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmu...

Gəzməyə Vətən yaxşı…

19-09-2020-09-21 Xəbərlər

Gəzməyə Vətən yaxşı…

Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil e...

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

18-09-2020-17-59 Xəbərlər

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya bl...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

18-09-2020-17-05 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəy...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

18-09-2020-16-44 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini q...

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

18-09-2020-16-41 Xəbərlər

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və ba...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-38 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-26 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

18-09-2020-15-19 Xəbərlər

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühü...

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

18-09-2020-13-50 Xəbərlər

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

18-09-2020-13-11 Xəbərlər

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

18-09-2020-12-45 Xəbərlər

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Ötən günün mənzərəsi - VİDEO

18-09-2020-11-13 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

18-09-2020-09-57 Xəbərlər

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev mu...