- Ətraflı
- Bölüm: Xəbərlər
Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.
Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir.
Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətirilir.
Beləliklə, “KADRARXASI”nda bu dəfə “Əcəmi” Nəşriyyat -Poliqrafiya Birliyi”nin Kompüter şöbəsinin müdiri, dizayner Ziya Məmmədovdur.
Qısa təqdimat:
-Məmmədov Ziya Məmməd oğlu 1975-ci ildə Naxçıvan şəhərində anadan olub.
-1992-ci ildə İslam Səfərli adına Naxçıvan şəhər 1 nömrəli orta məktəbi bitirib.
-1995-ci ildə Türkiyə Respublikasının Anadolu Universiteti Eskişehir Yüksekokulunun “Mətbəə Proqramçılığı” bölümünü bitirib
-1999-cu ildə Qazi Universiteti “Texniki Eytim” fakültəsində “Mətbəə müəllimliyi ” ixtisası üzrə təhsil alıb.
-İlk əmək fəaliyyətinə 2001-ci ildə “Şərq qapısı” qəzetində başlayıb. Dizayner və fotomüxbir olaraq fəaliyyət göstərib.
-2007-ci ildən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində Kompüter şöbəsinin müdiridir.
-2015-ci ildə Naxçıvan muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.
Nəşriyyat işinin peşəkarlarından olan Ziya Məmmədovun adını çoxdan eşitsəm də özü ilə ilk dəfə tanış oldum. Öyrənəndəki “145-in KADRARXASI”nda bu dəfə Ziya Məmmədov var, yollandım “Əcəmi”Nəşriyyat-Poliqrafiya Birliyinə. O, həmişəki kimi işinin başında idi. Rayon qəzetlərindən birinin tərtibatı ilə məşğul idi.
Bu gün muxtar respublikamızda müxtəlif adlı onlarla kitab, jurnal, qəzet və s. çap olunur. Həvəslə oxuduğumuz hər bir çap məhsulunda məhz onun alın təri var. Yüksək zövqlə və xüsusi yaradıcılıqla ərsəyə gələn hər bir materiala öz möhürünü vurur desək, yəqin ki, yanılmarıq. Əsl mətbuat fədaisi, mətbuatımızın “ürəklə döyüşən”əsgəridir. Nə zaman yolunuz nəşriyyatdan düşsə, onu həmişə işinin başında görərsiniz. Sakit, səmimi, təmkinli və diqqətcil –Ziya Məmmədov.
Bu bir həqiqətdir ki, qəzetin simasını formalaşdıran əsas amillərdən biri də dizayn işidir. Ziya Məmmədovun bu sahəyə böyük marağı olub. Tələbəlik illərində təhsil almaqla yanaşı, həm də mətbəələrdə çalışıb, “Hürriyət” qəzetinin, “Anadolu” ajansının Ankara bürosunun mütəxəssilərindən bu sahənin incəliklərini öyrənib.
Həmsöhbətim deyir ki, çap məhsulunun tərtibatı onu oxunaqlı edən əsas amillərdən biridir. Mətbuat nümunəsi elə tərtib olunmalıdır ki, oxucu marağını cəlb etsin, oxucunu “çağırsın”. Dizayner çapa hazırlanan hər materialın mövzusuna dərindən bələd olmalı, onu məğzini əks etdirən tərtibat verməlidir. Qəzetin tərtibatında əsas amillərdən biri də mövzuya uyğun yerləşdirilən şəkillərdir. Şəkildə yazının ruhu duyulmalıdır.
Hər gün alıb oxuduğumuz kitablar, jurnallar və qəzetlər nəşriyyatlarda işıq üzü görərək, nəfis tərtibatla biz oxucuların öhdəsinə verilir. Bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi də yüksək səviyyədə texniki avadanlıqlarla təmin olunaraq nəşriyyat işinə öz töhfəsini verir. Burada qəzetlərdən əlavə, Naxçıvanda fəaliyyət göstərən elm və mədəniyyət müəssisələrinin əməkdaşları, elm adamları, şair, yazıçılar tərəfindən təqdim edilən müxtəlif çap sifarişləri yüksək standartlar və müasir dizayn əsasında qısa müddətdə nəşr edilir. On ildən artıqdır ki, dizayner kimi fəaliyyətini nəşriyyatda davam etdirən Ziya Məmmədov əvvəlki illərlə müqayisədə bu gün müasir avadanlıqların onların işini çox asanlaşdırdığını deyir.
“O vaxtlar bu cür maddi-texniki imkanlar mövcud deyildi. Formatı kiçik olan qəzetlər ağ-qara çıxırdı. Kompüterlərdə indiki kimi rəngayırma da yox idi. Qəzeti yarı-yarı çıxardırdıq. Keyfiyyət yaxşı olmurdu. İmkanlar zəif olduğuna görə nəşrlər çox vaxt aparırdı. 2010- cu ildən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində dünya standartlarına cavab verən kompüterlər, skanerlər, böyük printerlər ixtiyarımıza verildi. Rəngli “Photoshop” proqramı ilə işləyirik. Səhifəni birbaşa rəngli qəzet formatında çıxarda bilirik”.
Nəşriyyatda dizayner olmaq böyük məhsuliyyət tələb edir. Əminliklə demək olar ki, Ziya Məmmədov öz işinin öhdəsindən böyük həssaslıqla gəlir. Gün boyu onlarla nəşrlə tanış olur, onlara tərtibat verir.
Kitablar insanlar üçün heç vaxt dəyərdən düşməyən bilik mənbələridir. Düzdür, müasir dövrdə internetdən kitab oxuyan insanlar da az deyil. Amma, yaxşı dizayn olunub, yüksək poliqrafik keyfiyyətlə nəşr olunan kitablar hər zaman oxucu marağına səbəb olur.
Söhbətimiz zamanı təcrübəli dizaynerdən işin sirrlərini də öyrənməyə çalışdıq.
“Müəlliflə razılaşıb kitabın rəngli və ya rəngsiz olmasını, formatını, çap vərəqini müəyyənləşdiririk, şəkillərin ölçüsünü və yerini qərarlaşdırırıq. Nəşr hazır olduqda bir nüsxəsi çıxarılıb müəllifə verilir. Düzəlişlər edildikdən sonra son variantına yenidən baxılır və çapa verilir. Qəzetlə müqayisədə kitabların dizaynı çox vaxt aparır. Amma, sonda o nəşri əlinə alıb, baxanda bütün çətinliklər unudulur”.
Dizaynerin həm də yaradıcılıq qabilliyəti, rəssamlığı olmalıdır. Ziya Məmmədovun ixtisaslı kadr kimi öz işinə böyük sevgisi, illərin gərgin əməyi onun rəssamlıq qabiliyyətini də formalaşdırıb. Deyir ki, dizaynerin xəyal gücü, dünyagörüşü olmalıdır. Dizayner işləmək tək qəzet, jurnal, kitab yığmaq deyil. Eyni zamanda mətbəə işini, onun texniki tərəflərini, kağız formatlarını, çap texnikasını, kəsim prosesini də nəzərə almaq, incəliklərinə bələd olmaq lazımdır. Nəşriyyata təqdim olunan hər bir materiala ilk olaraq dizayner baxdığına görə, bütün bu proseslər onun gözündən yayınmamalıdır.
2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan təcrübəli dizaynerin bu illər ərzində işini sevə-sevə öyrətdiyi gənclər də az olmayıb. Təcrübəsini paylaşdığı və işin incəliklərini öyrətdiyi Abbas Əliyev, Pərvin Zülfüqarov, Pərvin Sadiqov bu gün onunla çiyin-çiyinə çalışır.
Müasir dövrümüzdə dizayn sözünü çox işlədirik. İnteryer dizaynı, səhnə dizaynı və s. Bu söz müxtəlif sahələrdə işlədilsə də bir məqsədə xidmət edir-zövq oxşayan görünüş... Qəzetin tərtibatı da onun poliqrafiya bazasının zənginliyindən əlavə, mətbəə və redaksiya işçilərinin texniki tərtibat qaydalarını bilməklərindən çox asılıdır. Mətbuat isə çətin və məsuliyyətli bir sahə, sözün əsl mənasında işini sevənlərin məkanıdır. Bu sahədə dizayn nə qədər peşəkar olsa, bir o qədər oxucu marağını cəlb edəcək. Əminliklə demək olar ki, dünəndən bugünə boylanan milli mətbuatımızın simasını formalaşdıran dizaynerlər də bu gün mətbuat səhifələrində “Əkinçi” ənənələrini yaşadırlar. Simaları görünməsə də, işləri hər zaman göz önündədir. Təkcə bu gün deyil, illər sonra da neçə -neçə nəsillər bu nəşrləri əlinə alanda Ziya Məmmədovun bacarığını, qabiliyyətini görəcək. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində daha neçə-neçə gənc dizayner onun təcrübəsindən bəhrələnəcək. Bu çətin və məsuliyyətli işdə Ziya Məmmədova uğurlar arzu edirik...
Türkanə Əmoyeva
NUHÇIXAN
Bölmənin digər xəbərləri
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17-11-2020-18-25 Xəbərlər

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...
Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
17-11-2020-16-27 Rəsmi

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...
Ermənistan XİN rəhbərinin müavini də istefa verdi
17-11-2020-15-49 Xəbərlər

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...
Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı
17-11-2020-12-54 Xəbərlər

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...
Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib
17-11-2020-11-20 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...
30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır
17-11-2020-00-00 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...
Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib
16-11-2020-20-32 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...
Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”
16-11-2020-18-41 Xəbərlər

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
16-11-2020-18-19 Rəsmi

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı
16-11-2020-14-34 Xəbərlər

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...
Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi
16-11-2020-12-50 Xəbərlər

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
16-11-2020-11-26 Xəbərlər

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?
16-11-2020-10-35 Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...
Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb
16-11-2020-09-48 Xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16-11-2020-09-00 Xəbərlər

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...
General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir
15-11-2020-16-46 Xəbərlər

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...
Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib
15-11-2020-15-21 Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...
Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır
15-11-2020-15-11 Xəbərlər

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...
Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
15-11-2020-14-24 Xəbərlər

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...
Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...
Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb
14-11-2020-17-56 Xəbərlər

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan
14-11-2020-15-55 Xəbərlər

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...
Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi
14-11-2020-12-45 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...
Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur
14-11-2020-11-24 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
14-11-2020-11-05 Xəbərlər

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
13-11-2020-16-05 Xəbərlər

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...
Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib
13-11-2020-14-57 Xəbərlər

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...
Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi
13-11-2020-12-18 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...
Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
13-11-2020-10-50 Xəbərlər

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...
Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib
13-11-2020-09-24 Xəbərlər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...