Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyulun 15-dək sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.

Qeydiyyat üçün tələb olunan sənədlər:

- Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti;

- Cari ildə məzun olan tələbələrin bitirdikləri universitetdən bu barədə arayışı;

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- 3x4 sm ölçüdə 4 ədəd şəkil;

- Tərcümeyi-hal;

- Sağlamlıq haqqında tibbi arayış;

- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;

- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı.

Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069-u dövlət sifarişi, 5255-i isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.

www.naxcivantv.az