Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyində təşkil edilən ekskursiya zamanı izləyicilərə  görkəmli ədibin ev muzeyinin yaradılma tarixi haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, muzeyin fondundakı 2500-ə yaxın eksponatdan 300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi, məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirləri və tədqiqatçılarının əsərləri, rəsm əsərləri muzeyin qiymətli eksponatları sırasındadır.

Onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında  canlı yayımlanıb.

Naxçıvan televiziyasının efirindən canlı yayımlanan ekskursiya, tamaşa və konsertlər növbəti günlərdə də davam edəcək.

                                                                                                    Mədinə Rəhimli

www.naxcivantv.az