Qədim və zəngin tarixə malik Naxçıvanın iyirminci əsrdə yetirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun (1892-1983) özünəməxsus yeri vardır.

Onun qələmə aldığı roman, povest və hekayələr, sayı yüzlərlə ölçülən ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr öz dəyərini bu gün də saxlamaqdadır. Vətənpərvər ədibin milli mücadilədə fədəkarlığı da böyük tarixi əhəmiyyətə malikdir.

Görkəmli ziyalının çoxşaxəli fəaliyyətinin, zəngin yaradıcılığının sistemli, əhatəli şəkildə öyrənilmədiyini nəzərə alan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, Əməkdar elm xadimi, professor mərhum  Hüseyn Həşimli uzun müddətli araşdırmalarının nəticəsi olaraq “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiya nəşr etdirmişdir. Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapdan çıxmış 232 səhifəlik bu dəyərli kitabın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev və bu sətirlərin müəllifidir.

Kitabın giriş hissəsində Əli Səbri Qasımovun ədəbi və ictimai fəaliyyətinin əsas mündəricəsindən söz açılarkən Naxçıvan Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın muxtariyyət ststusu qazanmasının doxsan illiyinə həsr olunmuş tədbirdəki çıxışında (8 aprel 2014-cü il) Əli Səbrinin tarixi xidmətlərinə verdiyi aşağıdakı yüksək  qiymət nəzərə çatdırılır: Naxçıvan ziyalıları yaxşı başa düşdülüər ki, mübarizə aparmadan muxtariyyət qazanmaq mümkün deyil. Odur ki, əlində qələm tutanlar da siyasi mübarizə cəbhəsində vuruşurdular. Onlardan yazıçı-publisist Əli Səbri Qasımovun və Naxşıvanın ləyaqətli oğlu Behbud ağa Şahtaxtinskinin adını xüsusi qeyd etmək istəyirik”. Vətənpərvər ziyalı Əli Səbri Araz-Türk Cümhuriyyəti dövründə Naxçıvanın erməni basqınlarından qorunması üçün aparılan mübarizələrdə yaxından iştirak edib, özünün qətiyyətli milli mövqeyini ortaya qoyubdur.

Hüseyn Həşimli belə bir görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş kitabı yazmaq üçün arxivlərdən, kitabxanalardan, yüz ildən artıq bir dövrün mətbuatından çoxsaylı və  müxtəlif səpkili materiallar toplayıb, onları ilk dəfə sistemli tədqiqata cəlb edibdir.

Monoqrafiyanın “Şərəfli ömür yolu” adlanan ilk fəslində yazıçının 1892-ci ildə Naxçıvandan başlanıb 1983-cü ildə Bakıda tamamlanan doxsan bir illik həyatının əsas bioqrafik faktları, mərhələləri, fəaliyyətinin başlıca istiqamətləri ardıcıllıq və dəqiqliklə nəzərə çatdırılıbdır. İlk təhsilini Naxçıvan şəhərində alan Əli Səbrinin 1909 -1913-cü illərdə Qori Müəllimlər Seminariyasında oxuması, sonra Bakıda müəllimliklə yanaşı, ədəbi-mədəni mühitdə fəallığı, Birinci Dünya müharibəsi illərində Osmanlı türklərinə yardım hərəkatında yaxından iştirakı, Araz-Türk Cümhuriyyəti dövründə və sonrakı vaxtlarda Naxçıvanın qorunması istiqamətində mübarizələrdə fədakarlığı, sovet dövründəki məşəqqətli taleyi, stalinizm dönəmində dəfələrlə həbsə alınması, ömrünün on səkkiz ilini həbsdə və sürgündə keçirməsi, 1950-ci illərin ortalarından sonrakı fəaliyyəti və digər məsələlərin böyük qismi ilk dəfə aşkara çıxarılan çoxsaylı faktlar və  materiallar əsasında diqqət mərkəzinə çəkilibdir.

“Əli Səbri Qasımovun bədii yaradıcılığı” adlanan ikinci fəsildə yazıçının müxtəlif  vaxtlarda yazdığı oxunaqlı nəsr əsərləri tədqiqata cəlb olunubdur. Onun hələ tələbə ikən, 1912-ci ildə çap etdirdiyi “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti hərtərəfli şəkildə araşdırıllıbdır. Onu da demək yerinə düşər ki, yazıçının sonralar kitablarında yer almayan bu əsərini monoqrafiya müəllifi bir neçə il bundan əvvəl nəşr etdirərək ilk dəfə müasir oxuculara çatdırıbdır. Əli Səbri yaradıcılığının ən qiymətli nümunələrindən olan “Solğun çiçək” romanı 1913-cü ildə qələmə alınsa da, indi də maraqla oxunur, ideya-bədii mükəmməlliyi ilə diqqəti çəkir. Həmin romanı da ilk dəfə əhatəli araşdırmaya cəlb edən ədəbiyyatşünas alim müxtəlif vaxtlarda ədəbi-tənqidi fikrin əsərə münasibəti barədə diqqətəlayiq faktları da aşkara çıxararaq dəyərləndiribdir. Kitabda Əli Səbrinin qələmindən çıxmış “Qaraçılar”, “Ümid işıqları”, “Himayə”, “Firuzun kədəri” kimi mükəmməl hekayələr də elmi-ədəbi təhlilə cəlb olunub, onların bir qismi həm də uşaq ədəbiyyatımızın səciyyəvi örnəkləri sırasında nəzərdən keçirilibdir. Bütövlükdə, yazıçının roman, povest və hekayələri Azərbaycan sentimentalist ədəbiyyatının təşəkkülü və  inkişafında, nəsrimizdə psixologizmin möhkəmlənməsində, ictimai mündəricənin fərdi talelər timsalında təqdimində mühüm rol oynayan bədii nümunələr kimi öz elmi qiymətini alıbdır.

1910-cu ildən mətbuata qədəm qoyan Əli Səbri Qasımov fəaliyyəti boyunca sosial-siyasi həyatın müxtəlif məsələlərinə, maarif, mədəniyyət, bədii yaradıcılıq, ədəbi dil problemlərinə dair dörd yüzdən çox məqalə yazaraq dərc etdiribdir. 1920-ci ilədək “Səda”, “İqbal”, “Yeni irşad”, “Açıq söz”, “Sovqat”, “Al bayraq”, “Azərbaycan”, “Gənclər yurdu” kimi qəzet və jurnallarda çıxış edən publisistin sovet dövründə də bir sıra mətbuat orqanlarında məqalələri dərc olunubdur. Bütün bunlar görkəmli ədibin ədəbi-tənqidi və publisistik irsinin tədqiqinə həsr olunan üçüncü fəsildə özünün dolğun elmi qiymətini alıbdır. Bu fəsildə də araşdırılan çoxsaylı materialların əksəriyyəti ilk dəfə elmi dövriyyəyə gətirilibdir. Yazıçının müxtəlif vaxtlarda qələmə aldığı memuarları, xatirat səpkili məqalələri də bir sıra tarixi  hadisələri, sosial-mədəni prosesləri, ədibin müasiri olmuş görkəmli ziyalılarla bağlı maraqlı məqamları aydınlaşdırmaq baxımından əhəmiyyətli mənbələr kimi təhlilə cəlb olunubdur.

Monoqrafiyanın sonuncu fəsli Əli Səbrinin tərcüməçilik fəaliyyətinə həsr olunubdur. Tədqiqatçı müəyyənləşdirib ki, Ə.Səbrinin ilk tərcümə kitabı 1911-ci ildə seminariya tələbəsi ikən rus yazıçısı A.P.Çexovun “Qız istəmək” adlı dramatik əsərini tərcümə və nəşr etdirməsidir. Bundan sonra o, məşhur rus ədibi L.N.Tolustoyun bir sıra əsərlərini dilimizə çeviribdir. İstedadlı mütərcimin rus yazıçısı V.İ.Dmitriyevadan “Balaca və Xallı” adlı tərcümə-təbdili, həmçinin M.F.Çumandrin, P.P.Verşiqora kimi rus yazıçılarının, ingilis ədibi V.Şekspirin, hind yazıçısı R.Taqorun bəzi  əsərlərini, gürcü ədəbiyyatından müxtəlif hekayələri, həmçinin çoxsaylı ictimai-siyasi, elmi –kütləvi, pedaqoji materialları Azərbaycan dilinə çevrilməsi də maraqlı faklardır. Ə.Səbri, həmçinin Azərbaycan ədəbiyyatının və filoloji fikrinin M.S.Ordubadi, Y.V.Çəmənzəminli, S.Şamilov, F.Qasımzadə kimi tanınmış nümayəndələrinin bəzi əsərlərini rus dilinə tərcümə edibdir.

Bütövlükdə, professor Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyası həm də çoxşaxəli yaradıcılığı ilə xalqa, Vətənə ləyaqətlə xidmət göstərmiş unudulmaz ziyalıya həsr olunan dəyərli tədqiqat kimi mühüm əhəmiyyətə malikdir.

Acı da olsa qeyd edək ki, Azərbaycan elminə ağır itki üz veribdir. Əməkdar elm xadimi, professor Hüseyn Həşimli iyun ayının 20-də 55 yaşında vəfat etmişdir. “Əli Səbri Qasımov:ömür yolu və yaradıcılığı” monoqrafiyası alimin sağlığında nəşr etdirdiyi sonuncu əsərdir.Onun çapa hazır olan neçə-neçə sanballı əsəri vardı. Professor Hüseyn Həşimlinin elmi irsinin dərindən öyrənilməsi ədəbiyyatşünaslarımızın qarşısında duran vəzifələrdəndir.

                                                                  Əbülfəz Quliyev

                                                        AMEA-nın müxbir üzvü, professor

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Tələbələrin köçürülməsinə başlanılır

14-08-2020-17-48 Xəbərlər

Tələbələrin köçürülməsinə başlanılır

Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək.

Bələdiyyə torpaqlarının icarəyə verilməsinin monitorinqi aparılır

14-08-2020-16-03 Xəbərlər

Bələdiyyə torpaqlarının icarəyə verilməsinin monitorinqi aparılır

Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətin...

DİM tərəfindən avqustun 20-21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

14-08-2020-14-18 Xəbərlər

DİM tərəfindən avqustun 20-21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 20-21-də keçiriləcək qəbul imta...

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

14-08-2020-13-00 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 17-21-də və 24-də 2020/2021-ci ...

Ötən günün mənzərəsi - VİDEO

14-08-2020-12-18 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları torpaq mülkiyyətçiləri ilə görüşüb

14-08-2020-10-39 Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları torpaq mülkiyyətçiləri ilə görüşüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətindən məluma...

Bu gün 18 mindən çox abituriyent qəbul imtahanı verəcək

14-08-2020-09-00 Xəbərlər

Bu gün 18 mindən çox abituriyent qəbul imtahanı verəcək

Bu gün 18 min 102 nəfər abituriyent qəbul imtahanı verəcək.

Naxçıvanda sabaha olan hava proqnozu

13-08-2020-17-08 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanı...

Ali məktəblərə qəbul imtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları təqdim edilib

13-08-2020-16-25 Xəbərlər

Ali məktəblərə qəbul imtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları təqdim edilib

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə...

Təbii sərvətimizi-meşələri yanğından qoruyaq

13-08-2020-14-40 Xəbərlər

Təbii sərvətimizi-meşələri yanğından qoruyaq

Muxtar respublikamızda yeni salınmış meşə zolaqları qədim yurdumuzun təbii gözəl...

Ötən günün mənzərəsi - VİDEO

13-08-2020-14-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərin qeydiyyatı davam edir

13-08-2020-12-06 Xəbərlər

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Ötən ay Dövlət Miqrasiya Xidmətinə 105 əcnəbi vətəndaşlıq məsələləri ilə bağlı müraciət edib

13-08-2020-11-30 Xəbərlər

Ötən ay Dövlət Miqrasiya Xidmətinə 105 əcnəbi vətəndaşlıq məsələləri ilə bağlı müraciət edib

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin güclən...

Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

13-08-2020-09-00 Xəbərlər

Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

Bu gün 19 min 197 abituriyent qəbul imtahanı verəcək.

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

12-08-2020-18-20 Rəsmi

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avqustun 12-də Naxçıvan Muxtar Re...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası işıq üzü görüb

12-08-2020-17-33 Xəbərlər

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası işıq üzü görüb

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agen...

“Badamlı” mineral suyunun 44 tonu Dubay şəhərinə yola salınıb - VİDEO

12-08-2020-17-10 Xəbərlər

“Badamlı” mineral suyunun 44 tonu Dubay şəhərinə yola salınıb - VİDEO

Bu gün ölkəmizin əsas mineral su istehsalçılarından və muxtar respublikanın qaba...

Kəngərli rayonunda bələdiyyələrə metodiki vəsait paylanılıb

12-08-2020-16-49 Xəbərlər

Kəngərli rayonunda bələdiyyələrə metodiki vəsait paylanılıb

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilə...

Naxçıvan Teleradiosunun yarımillik fəaliyyəti müzakirə olunub

12-08-2020-15-59 Xəbərlər

Naxçıvan Teleradiosunun yarımillik fəaliyyəti müzakirə olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı  keçirilən iclasda ...

Naxçıvanda sabaha olan hava proqnozu

12-08-2020-15-38 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ötən ay 105 vətəndaşa əmək pensiyası təyin olunub

12-08-2020-14-58 Xəbərlər

Naxçıvanda ötən ay 105 vətəndaşa əmək pensiyası təyin olunub

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xi...

Şəhərdən kəndə gedən müəllimlər üçün güzəştlər - VİDEO

12-08-2020-14-39 Xəbərlər

Şəhərdən kəndə gedən müəllimlər üçün güzəştlər - VİDEO

Hər yeni tədris ilində muxtar respublikada müəllimləri işlə təmin etmək üçün müs...

Qəbul imtahanlarının birinci mərhələsində iştirak etməyən abituriyentlər ikinci mərhələyə buraxılacaqlar

12-08-2020-14-00 Xəbərlər

Qəbul imtahanlarının birinci mərhələsində iştirak etməyən abituriyentlər ikinci mərhələyə buraxılacaqlar

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən, lakin hər hansı səbəbdən...

Ötən günün mənzərəsi - VİDEO

12-08-2020-12-09 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib

12-08-2020-11-44 Xəbərlər

Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib

Avqustun 12-də Heydərabad seysmoloji stansiyasından 53 kilometr şimal-qərbdə - T...

Sabah 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

12-08-2020-11-22 Xəbərlər

Sabah 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

Sabah 19 min 197 abituriyent qəbul imtahanı verəcək.

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

11-08-2020-17-43 Xəbərlər

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzi...

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

11-08-2020-15-56 Xəbərlər

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-14-də respublikanın 35 şəhər...

Naxçıvanda sabaha olan hava proqnozu

11-08-2020-15-35 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

11-08-2020-14-00 Xəbərlər

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.