Prezident İlham Əliyev iyunun 30-da Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır.

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.

Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.

Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın:

2.1. koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

10-08-2020-17-30 Xəbərlər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust...

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

10-08-2020-17-12 Xəbərlər

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinc...

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

10-08-2020-16-09 Xəbərlər

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) islamşünaslıq ixtisası üzrə qəbul olmaq i...

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...