Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Labirint”strateji intellektual oyunu üzrə birincilik Naxçıvan şəhərindəki Sahil Parkında baş tutub.

Oyunda gənclər 10 maneə və 2 oyun daşından istifadə edərək mübarizə aparıblar.

Oyunun keçirilməsində məqsəd gənclərin strateji düşüncə qabiliyyətini inkişaf etdirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Qaliblər final mərhələsində qarşılaşıblar. Final turunun nəticələrinə uyğun olaraq Dürəyya Məmmədova I, Məşdi Ələkbərov II, Samir Qəhrəmanov isə III yerlərə layiq görülüblər. Qaliblər hədiyyə və diplomlarla mükafatlandırılıblar.

                                                                                 Mahmud Hüseynov 

www.naxcivantv.az