Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Yurdumun rəngləri” albom-kataloqun təqdimat mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Surə Seyid çıxış edərək bildirib ki, dövlətçilik tariximizə qızıl hərflərlə yazılan 15 iyun 1993-cü il – Milli Qurtuluş Günündən ötən dövr ərzində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan və möhtəşəm iqtisadi uğurlara imza atan dövlət kimi tanınır.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında zəngin keçmişə malik olan rəssamlıq məktəbinin qorunub saxlanılması və inkişafı üçün ardıcıl tədbirlər görülür, yaradıcı şəxslərin sənətinə dəstək verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il mayın 25-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəsm Festivalının keçirilməsi haqqında” Sərəncamı Rəssamlar Birliyinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, Naxçıvanda rəssamlıq sənətinin inkişafına dəstək olan Rəsm Festivalının təşkili və festivala həsr olunmuş albom-kataloqların, internet resurslarının hazır­lanmasına imkan verməklə, ümumilikdə, rəssamlığın inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli işlərin davamlılığını təmin edib. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə “Naxçıvan 95” devizi altında festival-müsabiqə keçirilib. Festival-müsabiqəyə təqdim olunan əsərlərdə xalqımızın milli dəyərləri, tarixi keçmişini əks etdirən memarlıq abidələri, son illərin aparılan abadlıq-quruculuq töhfələri və Naxçıvan mənzərələri tərənnüm edilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında qeyd edib ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Respublikamız müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də böyük işlər görülüb. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında qurtuluş missiyasını həyata keçirən böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var.

Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında qeyd edib ki, ötən il ok­tyabrın 3-də Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində naxçıvanlı rəssamların “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında “Yurdumun rəngləri” adlı Rəsm Festivalı və eyniadlı müsabiqə keçirilib, qaliblər mükafatlandırılıb. Məhz bu gün Rəssamlar Birliyində təşkil olunan “Yurdumun rəngləri” adlı albom-kataloqun təqdimatı da şanlı tariximizin bəhrəsi və töhfəsidir.

Sonra “Yurdumun rəngləri” müsabiqəsinin iştirakçıları və qaliblərinə eyniadlı albom-kataloq hədiyyə edilib, sərgiyə baxış olub.

Qeyd edək ki, “Yurdumun rəng­ləri” albom-kataloqun və rəssamların əl işlərinin nümayiş olunduğu sərgi 1 həftə davam edəcək.

Məlumat üçün bildirək ki, ötən il təşkil olunan “Yurdumun rəngləri” Rəsm Festivalına və eyniadlı müsabiqəyə 4 nominasiya – rəngkarlıq, qrafika, plakat və dekorativ-tətbiqi sənət növləri üzrə 29 rəssam 40-a yaxın əl işi ilə qatılıb, qaliblər mükafatlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində festivalda nümayiş olunmuş əsərlərdən ibarət “Yurdumun rəng­ləri” adlı nəfis tərtibatlı albom-­kataloq nəşr edilib.

Nail Əsgərov

Şərq qapısı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

04-08-2020-17-47 Rəsmi

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Na...

Naxçıvanda sabaha olan hava proqnozu

04-08-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb...

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

04-08-2020-13-31 Xəbərlər

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtaha...

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

04-08-2020-10-46 Xəbərlər

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ o...

Nakhchivan news - VİDEO

04-08-2020-10-02 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

03-08-2020-18-39 Xəbərlər

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda Naxçıvanbank Açı...

Sərxanlı kəndində yeni içməli su şəbəkəsi qurulacaq - VİDEO

03-08-2020-18-11 Xəbərlər

Sərxanlı kəndində yeni içməli su şəbəkəsi qurulacaq - VİDEO

Muxtar respublikada insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində hə...

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

03-08-2020-17-45 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında y...

Türkiyəli hərbçilər Naxçıvanla yaxından tanış olublar

03-08-2020-17-30 Xəbərlər

Türkiyəli hərbçilər Naxçıvanla yaxından tanış olublar

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda keçirilən Azərbaycan-T...

Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək

03-08-2020-16-58 Xəbərlər

Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək

Avqust 5-dən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonl...

Yas mərasimlərinə qoyulan qadağa davam edəcək

03-08-2020-16-52 Xəbərlər

Yas mərasimlərinə qoyulan qadağa davam edəcək

31 avqust tarixinədək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, e...

Əshabi-Kəhf ziyarətgahı Qurban bayramı günlərində insanların ən çox üz tutduğu məkanlardan biridir - VİDEO

03-08-2020-16-36 Xəbərlər

Əshabi-Kəhf ziyarətgahı Qurban bayramı günlərində insanların ən çox üz tutduğu məkanlardan biridir - VİDEO

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ən qədim zamanlardan müqəd...

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib

03-08-2020-16-11 Xəbərlər

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alı...

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə

03-08-2020-14-20 Xəbərlər

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtaha...

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

02-08-2020-15-20 Xəbərlər

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə b...

Viruslara qarşı mübarizənin təbii vasitəsi – heyvanın faydaları

02-08-2020-14-31 Xəbərlər

Viruslara qarşı mübarizənin təbii vasitəsi – heyvanın faydaları

Tərkibi vitamin və minerallarla zəngin olan heyva qədim zamanlardan bir çox xəst...

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

01-08-2020-16-55 Xəbərlər

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda Azərbaycan-Türkiyə bir...

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

01-08-2020-14-00 Xəbərlər

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur şəhər Sutəmizləyici Qurğula...

Ötən günün mənzərəsi - VİDEO

01-08-2020-12-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

01-08-2020-11-50 Xəbərlər

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib.

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

01-08-2020-09-00 Xəbərlər

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər ...

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

31-07-2020-15-49 Xəbərlər

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayram...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

31-07-2020-14-47 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustda havanın orta aylıq...

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

31-07-2020-14-18 Xəbərlər

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri ilə seçi...

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

31-07-2020-12-20 Xəbərlər

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri “TurAz Qartalı-2020” birgə təli...

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

31-07-2020-11-43 Xəbərlər

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1 avq...

Müdafiə Nazirliyi: Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

31-07-2020-11-24 Xəbərlər

Müdafiə Nazirliyi: Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya N...

Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

31-07-2020-11-14 Xəbərlər

Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

Niyyət və əməl bir-birini tamamlayan ruh və bədən kimidir.

Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

31-07-2020-09-38 Xəbərlər

Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

NUHÇIXAN İnformasiya Agentliyi məlumat verir ki,  Naxçıvan Muxtar Respublikası A...