Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir.

Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il bu gün qeyd olunur.

Azərbaycanda ekologiyaya dövlət səviyyəsində münasibətin göstərilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Dahi rəhbər demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həlli diqqətdə saxlanılmış, bu sahədə dövlət siyasətini tənizmləyən zəngin qanunvericilik bazası yaradılmış, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.

Ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili”elan edilməsi, həmin ildən başlayaraq beynəlxalq ekologiya sərgilərinin keçirilməsi ekoloji problemlərin həllinə göstərilən diqqətin daha bir ifadəsidir. Azərbaycan planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması və bərpası məqsədilə 20-dən çox ekoloji konvensiyalara qoşulmuşdur.

Ulu öndərin muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümümdünya  Vəhşi  Təbiəti  Mühafizə  Fondunun Qafqaz Təmsilçiliyinin  muxtar respublikamızda  təbiəti  mühafizə sahəsində  görülən  işləri  çox  yüksək  qiymətləndirməsi bunu bir daha təsdiq edir.

Muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Son illər muxtar respublikada yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır. Muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması sahəsində də tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq muxtar respublika ərazisində min hektarlarla meyvə bağları salınmışdır. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə damcı yolu ilə suvarma sistemləri qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ekoloji təhlükəsizliyin təmin olunmasında meşə fondunun zənginləşdirilməsi mühüm rol oynayır. Son dövrlər muxtar respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması həyata keçirilən ekoloji siyasətin əsas istiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini daha da artırır”.

Yaşıllaşdırma tədbirlərinin yalnız kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasında da xüsusi amilə çevrilmişdir. Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülmüşdür. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi. İnkişaf etmiş ölkələrdə bu göstərici ümumi ərazilərin yalnız 10-15 faizini təşkil edir.

Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq, ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənmişdir. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Bundan başqa ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı ekoturizmin inkişafına da əlverişli şərait yaratmışdır.

Naxçıvan təbiətinin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilmişdir. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüz illik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrubi, tarixi əhəmiyyətə malik olan obyektlər, təbiət kompleksləri təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Müasir dünyamızda turizmin ən çox inkişaf sahəsi olan ekoturizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidələrinin qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir. 1995-ci illə müqayisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4 dəfəyə yaxın çoxalmışdır.

Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.

Muxtar respublikanın fauna ehtiyatlarının, quşların, məməli heyvanların invertarlaşması, sayısının aparılması ildə iki dəfə həyata keçirilir. Milli park, yasaqlıq və digər təbiət ərazilərində aparılmış invertarlaşma ümumilikdə fauna ehtiyatlarının ayrı-ayrı növlər üzrə müxtəlif artım tempini müəyyən etmişdir. Belə ki, nadir növlərdən olan muflon, bezoar dağ keçiləri muxtar respublika ərazisində xeyli artmışdır. Onlar sürü şəklində Şahbuz, Şərur, Ordubad və Culfa rayonlarının ərazisində müşahidə olunur. Bu heyvanların artımı dünya təbiətinin nadir növlərindən olan bəbir ailəsinin yem bazası olduğundan onların yaşam arealı genişlənmişdir. Haliyədə bəbirlərin 9 fərdinin yaşaması qeydə alınmışdır. Ümumilikdə quşların sayında 7-10 faiz, məməli heyvanların sayında 10-12 faiz artım müşahidə olunmuşdur.

Muxtar respublika ərazisinə daxil olan çaylarda suların mövcud vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə 2019-cu ildə Sədərək Rayon Su Monitorinq Laboratoriyası istifadəyə verilmiş və müasir tipli cihazlarla təmin olunmuşdur. Son illərdə muxtar respublika ərazisində hidrometeoroloji fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Sədərək, Culfa və Naxçıvan meteoroloji stansiyalarında hava məlumatlarının alınması üçün müasir tipli avadanlıqlar quraşdırılmışdır. Bu cihazlar vasitəsilə lazım olan meteoroloji məlumatlar GPRS vasitəsilə mərkəzləşdirilmiş serverə ötürülür və arxivləşdirilir.

Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbii sərvətlərin öyrənilməsi, ehtiyatın müəyyənləşdirilməsi məqsədilə kəşfiyyat işlərinin aparılması da diqqətdə saxlanılır. Bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində qurulması məqsədilə Culfa şəhərində müasir tələblərə cavab verən geoloji baza tikilərək geoloqların istifadəsinə verilmişdir. Geoloji bazada muxtar respublikanın mineral xammal bazasını təbliğ edən geoloji muzey də qurulmuşdur. Burada istifadəyə verilən və müasir laborator avadanlıqlarla təchiz edilmiş geoloji tədqiqat laboratoriyası qazıntılar zamanı əldə edilmiş süxur nümunələrinin ölkəmizdən kənara aparmadan burada öyrənilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin səmərəli qurulması, müasir dövrün tələblərinə uyğunlaşdırılaraq təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 aprel 2020-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni Əsasnaməsi təsdiq edilmişdir. Nazirlik Əsasnaməyə uyğun olaraq bundan sonra da təbiətin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, biomüxtəlifliyin zənginləşdirilməsi, təbii sərvətlərdən məqsədyönlü və səmərəli istifadəyə nəzarətin artırılması və digər ekoloji məsələlərin həlli istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

 

Naxçıvan Muxtar Respublikası

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin mətbuat xidməti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

10-07-2020-17-27 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

Son illər Muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

10-07-2020-15-59 Xəbərlər

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndiri...

145-in KADRARXASI – Ziya Məmmədov

10-07-2020-15-39 Xəbərlər

145-in KADRARXASI – Ziya Məmmədov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

10-07-2020-14-57 Xəbərlər

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə, məktəblilərin yay tətilində asud...

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

10-07-2020-14-37 Xəbərlər

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun aidiyyatı idarə ...

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

10-07-2020-14-18 Xəbərlər

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyun...

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

10-07-2020-14-00 Xəbərlər

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyy...

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

10-07-2020-12-38 Xəbərlər

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər...

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

10-07-2020-12-15 Xəbərlər

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsa...

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

10-07-2020-11-56 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçiril...

Ötən günün mənzərəsi - VİDEO

10-07-2020-11-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

10-07-2020-10-37 Xəbərlər

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən biri olan "İki sahil”in ilk nöm...

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

10-07-2020-09-19 Xəbərlər

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün sə...

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

09-07-2020-17-54 Xəbərlər

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Ki...

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu hesabat verdi

09-07-2020-17-12 Xəbərlər

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu  hesabat verdi

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən ...

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

09-07-2020-16-50 Xəbərlər

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redak...

Naxçıvanda sabaha olan hava proqnozu

09-07-2020-16-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb....

Ali Məclisin Sədri Sərəncam imzaladı

09-07-2020-14-53 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc...

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

09-07-2020-14-00 Xəbərlər

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Şərur Rayon Baytarlıq İ...

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

09-07-2020-12-48 Xəbərlər

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ...

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09-07-2020-12-04 Xəbərlər

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

09-07-2020-10-02 Xəbərlər

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüu...

Ötən günün mənzərəsi - VİDEO

09-07-2020-09-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

9 iyul Azərbaycan diplomatlarının peşə bayramıdır

09-07-2020-00-00 Xəbərlər

9 iyul Azərbaycan diplomatlarının peşə bayramıdır

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə...

Şərur sakinləri tikilən sosial obyektlərə görə minnətdarlıq edir - VİDEO

08-07-2020-18-16 Xəbərlər

Şərur sakinləri tikilən sosial obyektlərə görə minnətdarlıq edir - VİDEO

Muxtar respublikamızda əhalinin fəaliyyəti və rahatlığı üçün hər cür şərait yara...

Naxçıvanda sabaha olan hava proqnozu

08-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

08-07-2020-17-02 Rəsmi

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Alternativ və b...

Onlayn ekskursiyanın bu dəfə ünvanı Cəlil Məmmədquluzadənin ev muzeyi olub

08-07-2020-16-37 Xəbərlər

Onlayn ekskursiyanın bu dəfə ünvanı Cəlil Məmmədquluzadənin ev muzeyi olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadənin Naxçıvan ...

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

08-07-2020-14-00 Xəbərlər

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

08-07-2020-12-39 Xəbərlər

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir.