Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkişafı təşkil edir.

Bu sahədə maddi-texniki baza möhkəmləndirilir, regionlarda müasir idman kompleksləri istifadəyə verilir, mövcud idman obyektləri beynəlxalq standartlara uyğun yenidən qurulur. Naxçıvan Muxtar Respublikası ölkənin idman mərkəzlərindən biri hesab olunur. Təsadüfi deyil ki, muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır. 

 Bununla yanaşı, Naxçıvanda bu sahədə həyata keçirilən tədbirlər idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısından xəbər verir. Bu tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Pro­qramın məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasından ibarətdir. Dövlət pro­qramında nəzərdə tutulan tapşırıqlar 37 bənddən ibarətdir. 

1 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır”.
Ötən dövrdə Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrasına başlanılmış, əhalinin fiziki inkişafa, sağlam həyat tərzinə olan tələbatının ödənilməsi, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə müxtəlif idman yarışları təşkil edilmişdir. Ordubad rayon Dəstə kənd tam orta məktəbinin idman zalında karate-do üzrə oğlan və qızlar arasında rayon birinciliyi, Şahbuz rayonunda voleybol üzrə yoldaşlıq görüşü, yüngül atletika üzrə rayon birinciliyi keçirilmişdir. Culfa rayonunda keçirilən 4 idman tədbirində 346 idmançı iştirak etmişdir.

Muxtar respublikamızda inkişaf etdirilən idman növləri içərisində şahmatın özünəməxsus yeri vardır. Görülən işlər, keçirilən respublika və beynəlxalq səviyyəli idman tədbirləri şahmata marağın artmasına və Naxçıvan Muxtar Respublikasının bu idman növünün ən çox inkişaf etdiyi bölgələrdən birinə çevrilməsinə şərait yaratmışdır. Keçirilən şahmat yarışları Dövlət pro­qramında nəzərdə tutulan idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı tapşırığın icrası istiqamətində xüsusi əhəmiyyətə malikdir. Ötən dövrdə Naxçıvan Şahmat Mərkəzi tərəfindən məktəblilər arasında onlayn şahmat yarışları, Sədərək, Ordubad, Şərur rayon şahmat məktəblərində şahmat üzrə tempo turnirləri, Babək rayonunda zona birinciliyi keçirilmişdir.
Dövlət proqramının icrasına uyğun olaraq hərbi-idman oyunlarının təşkili diqqət mərkəzində olmuş, ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsi keçirilmişdir.
Proqramda diqqəti cəlb edən tapşırıqlardan biri də Naxçıvan Muxtar Respublikasında ildə bir dəfə olmaqla “İdman festivalı”nın keçirilməsidir. Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilmiş, festivalda idman federasiyalarının, uşaq-gənclər idman məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilmişdir. Muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində xidmətlərə görə fərqlənən məşqçi-müəllimlər və idmançılar mükafatlandırılmışdır. Gənc­lərin potensialından istifadə edilməsi məqsədilə Gənclər Fondu tərəfindən “İdman könüllüləri”nin əsasnaməsi hazırlanmış, 20 könüllü gənc təlimlərə cəlb olunmuşdur.
Müasir dövrdə dünyada bir sıra ölkələr iqtisadiyyatlarını gücləndirmək, davamlı inkişafa nail olmaq üçün turizmin müxtəlif sahələrindən istifadə edirlər. Hazırda idman iqtisadiyyatın əsas gəlirgətirən sahələrindən biri olduğu üçün idman turizminə də xeyli üstünlük verilir. Müasirləşmə və əhəmiyyətli dəyişik­liklər idman sektorunda da müəyyən yeniliklərin ortaya çıxmasına zəmin yaratmışdır. Dövlət proqramında muxtar respublikada idman turizminin inkişafı ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Bu məqsədlə ötən dövrdə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində Xizək kompleksinin yaradılması istiqamətində işlər davam etdirilmiş, “Naxçıvan Muxtar Respublikasında İdman Turizmi” adlı kataloqun hazırlanmasına başlanılmışdır.

Muxtar respublikada yeniyetmələrin fiziki və mənəvi hazırlığının yüksəldilməsi, sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Ötən dövrdə Dövlət proqramının icrasına uyğun olaraq bütün təhsil müəssisələrində idman klublarının yaradılması, idmanın müxtəlif sahələri üzrə şagirdlərin idmana cəlb edilməsi məqsədilə Təhsil Nazirliyində şəhər (rayon) təhsil şöbələrinin müdirlərinin və uşaq-gənclər idman məktəblərinin direktorlarının iştirakı ilə kollegiya iclası keçirilmişdir. Kadr potensialı və mövcud şərait nəzərə alınaraq təhsil müəssisələrində yaradılacaq idman klubları müəyyənləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin dinləyici və kursantları üçün həftədə 2 dəfə idmanın əlbəyaxa döyüş və güləş növləri üzrə əlavə məşğələlər təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında zərərli vərdişlərin qarşısının alınması ilə bağlı görülən işlər davamlı xarakter almışdır. İdman da bu sahədə xüsusi əhəmiyyətə malikdir və Dövlət proqramında bu məqsədlə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İdmançıların sağlam ruhda böyümələri, zərərli vərdişlərdən uzaq durmaları məqsədilə 2020-ci il 27 fevral tarixdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında voleybol üzrə Şərur və Ordubad rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmiş, görüşdə 25 idmançı iştirak etmişdir. Bununla yanaşı, muxtar respublikanın ümumtəhsil müəssisələrində yetkinlik yaşına çatmayanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili, bədən tərbiyəsi və idman vasitəsilə zərərli vərdişlərin qarşısının alınması istiqamətində “Sağlam həyat tərzi”, “Tütün məhsullarının istifadəsinin zərərli təsirləri” və “İdmana cəlb olunma” mövzularında 33 maarifləndirici tədbir keçirilmişdir.
Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindəndir. Onların reabilitasiyası və sosial adaptasiyasının təmin edilməsində diqqət cəlb edən vasitələrdən biri də idmandır. Ötən dövrdə Dövlət proqramının icrasına uyğun olaraq bu istiqamətdə də işlər davam etdirilmiş, sağlamlıq imkanları məhdud şəxslər arasında 19 fevral 2020-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində armreslinq (qol güləşi) idman növü üzrə muxtar respublika birinciliyi, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə boccia idman növü üzrə Kəngərli rayon birinciliyi və Paralimpiya Federasiyasının idmançıları arasında “Peleton” intellektual oyunu keçirilmişdir.
İdmanın inkişafı, ilk növbədə, bu sahədə peşəkar kadrların hazırlanması və peşə hazırlığının müasir standartlar səviyyəsində qurulmasından asılıdır. Proqramda nəzərdə tutulan tapşırığın icrası istiqamətində ixtisaslı kadr hazır­lığına dəstək məqsədilə 17 fevral 2020-ci il tarixdən başlayaraq “Naxçıvan” Universitetinin Bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alan 21 tələbəsinə ümumtəhsil müəssisələrində təcrübə keçmələri üçün şərait yaradılmışdır.
Yalnız fiziki cəhətdən sağlam gəncliklə dövlətin irəliləyişinə nail olmaq mümkündür. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi baxımından onların idmanla məşğul olmasının rolu əvəzsizdir. Eyni zamanda idman asudə vaxtın səmərəli və faydalı keçməsinə, şəxsi inkişafa təsir göstərən amillərdəndir. Dövlət proqramında istirahət parklarında sadə idman qurğularının quraşdırılması və idman guşələrinin yaradılması, əhalinin bütün təbəqələrinin bu qurğulardan istifadəsi üçün tədbirlərin görülməsi ilə bağlı tapşırıq müəyyən edilmişdir. Ötən dövrdə bu məqsədlə Sədərək rayon Heydər­abad qəsəbəsindəki istirahət parkında sadə idman qurğuları yerləşdirilmiş, idman guşələri yaradılmış, parkda mini-idman meydançası gənc­lərin istifadəsinə verilmişdir. İdman infrastrukturunun gücləndirilməsi istiqamətində işlər davam etdirilmiş, mart ayından etibarən Ordubad şəhər stadionunun yenidən tikintisinə başlanılmışdır.
Təbliğat işi uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsi ilə bağlı başlıca şərtlər arasındadır. Ötən dövrdə yeniyetmə və gənclər arasında idman növlərinin “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə təbliğat işlərinin aparılması diqqətdə saxlanılmış, “Bilmədiklərimiz”, “İdman vaxtı” adlı sosial şəbəkə aksiyaları vasitəsilə müxtəlif idman növlərinin üstünlükləri və evdə məşğul oluna biləcək ümumi inkişaf hərəkətləri barədə məlumatlar verilmişdir.

Təbliğat işində kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə edilmişdir. Naxçıvan Dövlət Televiziyasında “İdman vaxtı” proqramının 6 sayı hazırlanaraq efirə təqdim edilmiş, Naxçıvan Dövlət Radiosunda “Həftənin idman icmalı”nın 4 sayı hazırlanmış, “Nahar vaxtı” verilişinin 1 sayı idman mövzusuna həsr olunmuş, “Şərq qapısı” qəzetində idman federasiyalarının fəaliyyəti, bütün idman növləri ilə bağlı maarifləndirici silsilə yazılar dərc olunmuş, muxtar respublikada keçirilən idman yarışlarının hər biri işıqlandırılmışdır.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş Fəaliyyət Proqramında da qeyd olunduğu kimi: “Gənclərin fiziki cəhətdən sağlam böyüməsində və asudə vaxtlarının səmərəli təşkilində bədən tərbiyəsi və idman əsas vasitə kimi götürülməlidir. Bu səbəbdən də idmanın inkişafı sahəsində qarşıya qoyulan vəzifələr və qəbul olunmuş Dövlət proqramı uğurla icra olunmalı, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində fəaliyyət gücləndirilməlidir”.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

10-07-2020-17-27 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

Son illər Muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

10-07-2020-15-59 Xəbərlər

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndiri...

145-in KADRARXASI – Ziya Məmmədov

10-07-2020-15-39 Xəbərlər

145-in KADRARXASI – Ziya Məmmədov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

10-07-2020-14-57 Xəbərlər

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə, məktəblilərin yay tətilində asud...

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

10-07-2020-14-37 Xəbərlər

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun aidiyyatı idarə ...

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

10-07-2020-14-18 Xəbərlər

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyun...

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

10-07-2020-14-00 Xəbərlər

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyy...

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

10-07-2020-12-38 Xəbərlər

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər...

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

10-07-2020-12-15 Xəbərlər

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsa...

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

10-07-2020-11-56 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçiril...

Ötən günün mənzərəsi - VİDEO

10-07-2020-11-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

10-07-2020-10-37 Xəbərlər

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən biri olan "İki sahil”in ilk nöm...

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

10-07-2020-09-19 Xəbərlər

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün sə...

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

09-07-2020-17-54 Xəbərlər

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Ki...

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu hesabat verdi

09-07-2020-17-12 Xəbərlər

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu  hesabat verdi

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən ...

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

09-07-2020-16-50 Xəbərlər

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redak...

Naxçıvanda sabaha olan hava proqnozu

09-07-2020-16-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb....

Ali Məclisin Sədri Sərəncam imzaladı

09-07-2020-14-53 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc...

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

09-07-2020-14-00 Xəbərlər

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Şərur Rayon Baytarlıq İ...

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

09-07-2020-12-48 Xəbərlər

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ...

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09-07-2020-12-04 Xəbərlər

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

09-07-2020-10-02 Xəbərlər

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüu...

Ötən günün mənzərəsi - VİDEO

09-07-2020-09-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

9 iyul Azərbaycan diplomatlarının peşə bayramıdır

09-07-2020-00-00 Xəbərlər

9 iyul Azərbaycan diplomatlarının peşə bayramıdır

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə...

Şərur sakinləri tikilən sosial obyektlərə görə minnətdarlıq edir - VİDEO

08-07-2020-18-16 Xəbərlər

Şərur sakinləri tikilən sosial obyektlərə görə minnətdarlıq edir - VİDEO

Muxtar respublikamızda əhalinin fəaliyyəti və rahatlığı üçün hər cür şərait yara...

Naxçıvanda sabaha olan hava proqnozu

08-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

08-07-2020-17-02 Rəsmi

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Alternativ və b...

Onlayn ekskursiyanın bu dəfə ünvanı Cəlil Məmmədquluzadənin ev muzeyi olub

08-07-2020-16-37 Xəbərlər

Onlayn ekskursiyanın bu dəfə ünvanı Cəlil Məmmədquluzadənin ev muzeyi olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadənin Naxçıvan ...

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

08-07-2020-14-00 Xəbərlər

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

08-07-2020-12-39 Xəbərlər

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir.