Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə Mülki Aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmışdır. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmişdir. 1976-1980-ci illər üçün Azərbaycanda Mülki Aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün uçuş-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsi ilə təchiz edilmişdir. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülmüşdür.

Muxtar respublikanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş qısa müddətdə həyata keçirilmişdir. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdi. Bunula əlaqədar 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə olmuşdur. 2002-ci ilin oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud hava limanlarının maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması sahəsində görülən işlər ardıcıl və sistemli xarakter almış, inkişaf proqramları qəbul olunaraq həyata keçirilmişdir. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsini diqqətdə saxlamış, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilmişdir. Son illər həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını yeni inkişaf mərhələsinə çıxarmışdır. Ölkə Prezidentinin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası, 2015-ci ildə isə “Şərq Terminalı” istifadəyə verilmişdir.

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə hava limanının “Qərb Terminalı” istifadəyə verilmişdir. Həm “Şərq”, həm də “Qərb” terminallarının yenidənqurulması zamanı Beynəlxalq Mülki Aviasiya təşkilatının, Beynəlxalq Mülki Nəqliyyat Asossasiyasının tələb və tövsiyyələrinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşların və aviasiya təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunmuşdur. Aerovağzal kompleksinin yenidənqurulması illik sərnişin dövriyyəsinin və yükdaşımaların artırılmasında mühüm rol oynamış, hava limanının saatlıq sərnişin dövriyyəsi 300 nəfərdən 600 nəfərə çatdırılmışdır. Hər iki terminalda beynəlxalq səviyyəli uçuşların həyata keçirilməsi üçün sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, Aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir.

Muxtar respublikanın sosial-iqtisadi inkişafı, turizm imkanlarının genişlənməsi hava nəqliyyatına tələbatı da artırmışdır. Hava limanında əhaliyə və turistlərə hərtərəfli xidmət göstərmək üçün lazımlı şərait yaradılmış, infrastruktur təkmilləşdirilmişdir. Həyata keçirilən işlərin tərkib hissəsi olaraq Naxçıvan, Ordubad, Şərur və Şahbuz şəhərlərində müasir aviakassa binaları tikilib istifadəyə verilmiş, sərnişinlərin rahatlığı və xidmətin səviyyəsi yüksəldilmişdir. Xidməti personalın bilik səviyyəsinin yüksəldilməsi, müasir texnoloji avadanlıqlardan istifadə qaydaları və onların tətbiq edilməsi üçün də tədbirlər görülmüş, əməkdaşlar Milli Aviasiya Akademiyasında təşkil olunmuş ixtisasartırma kurslarında iştirak etmişlər. Hava limanında müasir xidmət tələblərinə cavab verə biləcək yüksək ixtisaslı gənclərin işə cəlb olunması ən böyük uğurlardan biridir.

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağınının tikintisi 2019-cu ildə yekunlaşmışdır. Uzunluğu 3300, eni 60 metr olan uçuş-enmə zolağı enmə, işıq-siqnal sistemləri, yan təhlükəsizlik, son tormozlama zolaqları, meteoroloji avadanlıqlar və digər qurğularla təmin olunmuşdur.  Uçuş-enmə zolağı böyük həcmli yük təyyarələrinin qəbuluna imkan verəcəkdir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən 2019-cu ilin avqust ayının 15-dən Naxçıvan Muxtar Respublikasına Türkiyə üzərindən birbaşa hava dəhlizi açılmışdır. Yeni hava dəhlizinin açılması  muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. İlk növbədə Naxçıvan Muxtar respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcəkdir. Türkiyə üzərindən yeni açılan hava dəhlizi gələcəkdə yeni beynəlxalq reyslərin açılmasına şərait yaradacaqdır.

Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşlar dünyada istismar olunan müasir tipli hava gəmiləri vasitəsilə yerinə yetirilir. Hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikası üçün hava nəqliyyatında xidmətin hərtərəfli təşkili daha vacibdir. Çünki muxtar respublikaya gələn qonaqlar əsasən hava limanından istifadə edirlər. Hava limanında yaradılan şərait, göstərilən xidmət gələn qonaqlarda Naxçıvan haqqında ilk təəssürat yaradır. Ona görə də işçilər yaradılan şəraitdən səmərəli istifadə etməli, qurulanları qoruyub saxlamalı, xidməti vəzifələrini öyrənməli, nümunəvi xidmət göstərməlidirlər”.

Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, muxtar respublika əhalisinə və turistlərə nümunəvi xidmət göstərəcəklər.

 

Naxçıvan Beynəlxalq

Hava Limanı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

05-07-2020-15-00 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azə...

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

05-07-2020-12-21 Xəbərlər

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində ə...

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

05-07-2020-08-58 Xəbərlər

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

Hazırda dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunur.

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

04-07-2020-17-57 Xəbərlər

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsind...

Babək rayonunda taxıl biçini davam edir

04-07-2020-14-50 Xəbərlər

Babək rayonunda taxıl biçini davam edir

Babək rayonunda taxıl biçini davam edir. 

Ötən günün mənzərəsi - VİDEO

04-07-2020-10-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...