İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü işdən könül rahatlığı tapmaqdır könüllülük. İşin asan və çətin olmağından  asılı olmayaraq  bir adla adlandırılırsan-könüllü. 

Yəqin ki , siz də ətrafınızda tez-tez “könüllü olaraq  fəaliyyət göstərir” ifadəsini  eşidirsiniz. Kimlərəsə kömək etmək, hansısa bir sahədə təmənnasız  çalışmaq könüllülüyün əsas meyarıdır. Könüllülük mənəvi qazancı üstün tutanların işidir. Könüllü gənclərimizdən söz açacağıq bu dəfə...

2020-ci ilin  ölkəmizdə “Könüllülər ili” olması  insanların  sülhsevər, xeyirxahlıq kimi ümumibəşəri dəyərlər ətrafında birləşməsinə, parlaq gələcəyimizin təminatçısı olan  gənclərin dövlətə, vətənə  bağlı məsuliyyətli bir vətəndaş olaraq formalaşmasına və uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs gətirir. Çünki, könüllülər deyiləndə də  əsasən  gənclər nəzərdə tutulur. Təbii ki, bu da könüllülər hərəkatının əsas hərəkətverici qüvvəsinin  enerjili,həvəskar və cəmiyyətə fayda vermək istəyi  yüksək olan gənclərin olması ilə bağlıdır. Ancaq könüllülük yaşla məhdudlaşan bir fəaliyyət deyil, insan hər yaşda könüllü ola bilər və olmalıdır.  

Muxtar Respublikamızda gənclərin özlərini hər sahədə  göstərmələri üçün münbit şərait  var. O cümlədən, könüllü fəaliyyət üçün... Xüsusilə Gənclər Fondununun Könüllülük hərəkatının inkişafındakı rolu və mövqeyi danılmazdır. Bu səbəbdən gənclərimiz heç bir çətinlik çəkmədən  könül rahatlığı ilə fondun könüllülük fəaliyyətinə qoşulur, fəaliyyətləri ilə sağlamlıq imkanı məhdud, yaşlı insanlara qayğı göstərir, mədəni-tarixi sərvətlərimizi təbliğ edir, ətraf mühitə, ekoloji tarazlığa öz töhfələrini verir, muxtar respublikada baş tutan kütləvi tədbirlərdə yaxından iştirak edir,eyni zamanda dövlət qurumlarında könüllü fəaliyyət göstərərək təcrübə qazanırlar. Belə könüllü gənclərdən biri  Məhərrəm Həsənovdur.

Könüllü  gəncimiz “Naxçıvan” Universitetinin üçüncü kurs tələbəsidir. Oxuduğu ali təhsil ocağında TGT-nin üzvü olmaqla yanaşı, ötən ildən  muxtar respublikadakı bir sıra  dövlət müəssisələrində  könüllü kimi fəaliyyət göstərir. Düşünür ki,  ictimai işlərdəki fəallıq, könüllü fəaliyyət hər bir  gəncin inkişafına müsbət təsir göstərir.

 Könüllü olmaqda məqsədi asudə vaxtlarını səmərəli keçirmək, yeni dostluqlar qazanmaq və  ən əsası cəmiyyətə bir gənc kimi fayda verməkdir. Könüllü fəaliyyəti ilə iştirak etdiyi layihələr, qazandığı uğurlar fərdi və sosial inkişafına,gələcək karyerasına təsir edib. “Sosial könüllülük”, “Ekoloji  könüllülük,“Səyyari dövlət qulluğu könüllülüyü” layihələrinin fəal könüllüsü  olan Məhərrəm  Gənclər Fondunun  keçirdiyi  müxtəlif intellektual yarışlar və təlimlərdə iştirak edir, öz layihələrini reallaşdırır. Eyni zamanda, özü kimi gəncləri də könüllü fəaliyyətə cəlb edir.  Ötən il “5 Dekabr Beynəlxalq Könüllülər günü” münasibətilə “İlin ən fəal könüllüsü”adına layiq görülən Məhərrəm bu ilin “ Könüllülər ili” olmasını isə  könüllü gəncliyə  göstərilən diqqət kimi dəyərləndirir.  

Hazırda 400-ə yaxın könüllüsü olan Gənclər Fondunun könüllü gənclərindən biri də Alsu Məmmədlidir. Şəki rayonunda anadan olan Alsu ali təhsil üçün “Naxçıvan”Universitetini seçib. Birinci kurs tələbəsidir. Könüllü olmağı özünə mənəvi borc bilib. Alsu deyir ki, könüllü fəaliyyətinə qoşulmaq  onun həyata və insanlara olan münasibətini tamamilə dəyişib. O burda özünə çoxlu dostlar  və  gələcək iş fəaliyyəti üçün təcrübə qazanıb.  Könüllü fəaliyyəti ilə  layihələrin birbaşa iştirakçısı olan, təşəbbüslərə qoşulan Alsu deyir ki,gənclərin fəaliyyətinə qayğı olmasaydı bunların öhdəsindən təkbaşıma gələ bilməzdim.Tənha  ahıllarla görüşüb, sağlamlıq imkanları məhdud insanları ziyarət edən, onlara qayğı göstərən Alsu üçün könüllülük mənəvi zənginlikdir.“Sosial könüllü”  kimi  həssas qrupdan olan  insanlara   pandemiya şəraitində könüllü  fəaliyyəti ilə  seçilən  Alsunun bu fəallığı diqqətdən kənarda qalmayıb.  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mükafatlandırılan Alsu gələcəkdə həyata keçirmək istədiyi layihələrin də sosial layihələr  olacağını deyir.

“İnsanlara sevgi, təbiətə sevgi,vətənpərvərlik, ideyaların  həqiqətə çevrilməsi  ...bunların hər biri bizim  bir komanda olaraq  ətrafında sırf  birləşdiyimiz dəyərlərdir. Biz könüllülər  pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə  birlikdə  həyata keçirilən  tədbirlər  çərçivəsində  sağlamlıq imkanları məhdud insanların  görüşünə  getdik,  onlarla birlikdə vaxt keçirdik, gülər üzlərlə qarşılandıq, xeyir-dualarla yola salındıq. Bütün bunlar xatirimdən heç vaxt silinməyəcək. Bu görüşlərdən diqqətimi çəkən məqam isə odur ki, insanlarımız dövlətin daim onlarla olduğuna əmindirlər. Müxtəlif səbəblərdən tənha yaşayan ahıllarımız qətiyyən tək  və kimsəsiz deyillər. Bundan sonra da könüllü fəaliyyətimi davam etdirəcəm.  Biz böyük bir ailənin üzvüyük. Könüllü fəaliyyət kənardan  sadə səslənə və asan görünə bilər  amma həqiqətən də çox məsuliyyətli və çətin bir fəaliyyətdir”-bu fikirləri isə Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin  İnformasiya texnologiyaları ixtisası üzrə dördüncü kurs tələbəsi Çimnaz Abbasova deyir. “Sosial könüllülük” və  “Ekologiya könüllülüləri”  layihəsinin  könüllüsü olan  Çimnaz   deyir  ki, könüllülük hər şeydən öncə bir dəyərdir, hər bir insanın həyatında bu fəaliyyət olmalıdır.  Biz  könüllü gənclər  olaraq bu dəyəri yaşatmağa çalışırıq.  Könüllü fəaliyyət gənclər üçün sabaha açılan pəncərədir. Həyatımıza müsbət təsir edir, daxilimizdəki istedadı üzə çıxarır, ideya və layihələrimizi reallaşdıra bilirik.  Bir sözlə könüllülük bir yoldur və biz bu yolu seçərək uğurlarımıza doğru getməyə çalışırıq. Maraqlı və təcrübələrlə dolu bir fəaliyyətdir. Könüllü fəaliyyətimizlə   həm özümüz xoşbəxt oluruq, həm də insanları xoşbəxt edirik. Naxçıvan Gənclər Fondunun bir çox layihələrində iştirak edən Çimnaz üçün ən unudulmaz layihə isə ötən il qatıldığı  “Yer saatı” aksiyası olub.

Könüllü fəaliyyəti bitsə də o  özünü hər zaman  könüllülər  ailəsinin bir  üzvü bilir. “Ekoloji könüllük”də  təbiətə qarşı sevgisini nümayiş etdirir,eyni zamanda  kitab müzakirələrinə qatılaraq oxuduğu kitablardan qazandığı düşüncələri başqaları ilə bölüşür. Gələcəkdə hansı sahədə çalışmağından asılı olmayaraq könüllü fəaliyyətini davam etdirməyi düşünür. Çünki KÖNÜLLÜ fəaliyyət onun ruhuna hopub və həyat tərzinə çevrilib.

Gəncləri könüllülər ailəsinə cəlb edən hər şeydən öncə  səmimi, yaradıcı mühüt,fərqli düşüncəyə malik gənclərin varlığıdır. Onlar boş vaxtlarını burada səmərəli keçirə və cəmiyyətə fayda verə, gələcək fəaliyyətlərində təcrübə qazana bilirlər. Gənclərimiz bu fəaliyyətləri ilə hər kəsə nümunə olur. Hər keçən gün Gənclər Fondunun könüllülüləri sırasına yeni adlar qoşulur.

İllər keçib,nəsillər dəyişsə də “Gənclər  gələcəyimizdir” şüarı heç zaman dəyişmir. Çünki hər bir ölkənin gələcəyi onun gəncliyidir. Bu gün gənclərimiz həm də könüllülərdir. Ölkəmizin  gələcəyi bu günkü vətənpərvər, yardımsevər, milli dəyərlərə bağlı bacarıqlı gənclərlə daha parlaq olacaq.

                                                               Türkanə Əmoyeva

                                                                   NUHÇIXAN

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

05-07-2020-15-00 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azə...

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

05-07-2020-12-21 Xəbərlər

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində ə...

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

05-07-2020-08-58 Xəbərlər

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

Hazırda dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunur.

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

04-07-2020-17-57 Xəbərlər

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsind...

Babək rayonunda taxıl biçini davam edir

04-07-2020-14-50 Xəbərlər

Babək rayonunda taxıl biçini davam edir

Babək rayonunda taxıl biçini davam edir. 

Ötən günün mənzərəsi - VİDEO

04-07-2020-10-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...